adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Noyabr 2015 13:39
4113
İDMAN
A- A+

Dünya çempionatında uğursuz gün

Ağır atletika üzrə dünya çempionatı sona yaxınlaşır.

Adalet.az xəbər verir ki, Hyuston mundialının 6-cı günündə daha 3 təmsilçimiz körpücük üzərinə çıxıb.

Kişilərin mübarizəsində 94 kq-da mübarizə aparan təmsilçilərimizdən İntiqam Zairov toplam 380 kq-lıq nəticə ilə 9-cu, Rövşən Fətulayev isə 373 kq ilə 12-ci olub.

Bu çəkidə Belarus təmsilçisi birinci olub. Digər mükafatlar Qazaxıstan atletləri arasında bölüşdürülüb.

Qadınlar arasında 69 kq çəki dərəcəsində təmsil olunduğumuz Anastasiya İbrahimli isə 230 kq ilə 13-cü olub.
Çin təmsilçisinin qalib olduğu mübarizədə Qazaxıstan və Rusiya atletləri müvafiq olaraq gümüş və bürünc mükafatlara sahib çıxıblar.

Sahib Əsədbəyli