adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2015 12:42
5085
ƏDƏBİYYAT
A- A+

Herbert Uellsin fantastik hekayələri Azərbaycan dilində

Görkəmli ingilis yazıçısı və alimi Herbert Uellsin hekayələri Azərbaycan dilinə tərcümə olunaraq toplu şəkildə çap edilib. Adalet.az xəbər verir ki, toplu  "Altun Kitab" Nəşriyyatında işıq üzü görüb. 

Hekayələri Azərbaycan dilinə Şəfiqə Şəfa və Kifayət Haqqverdiya tərcümə ediblər. 

H. Uells (1866-1946) elmi-fantastik ədəbiyyatın ən tanınmış simalarından biridir. O, "Dünyaların savaşı”, "Görünməz adam”, "Doktor Moronun adası”, "Zaman maşını”, "Aydakı ilk insanlar”, "Allahların qidası” və s. məşhur romanları ilə yanaşı, "Möcüzə yaradan”, "Sehrli dükan”, "Büllur yumurta”, "Pərilər ölkəsində”, "Qəribə səhləb çiçəyi”, "Almaz düzəldən adam” və s. kimi kəskin süjetli hekayələrin də müəllifidir. Yazıçının yuxarıda adları çəkilən romanları 1919-cu ildən indiyə kimi dəfələrlə ekranlaşdırılmışdır. 

H.Uellsin ilham mənbəyi görkəmli fransız yazıçısı Jül Vernin yaradıcılığı olmuş, xüsusən də onun "Aya səyahəti”ndən ilhamlanaraq "Aydakı ilk insanlar” romanını qələmə almışdır. H.Uells sonralar elmi fantastikada böyük populyarlıq qazanmış bir çox mövzuların müəllifidir.  O, hələ 1898-ci ildə zəhərləyici qazlar, aviasiya, lazerə bənzəyən qurğuların istifadəsi ilə aparılan müharibələri, 1914-cü ildə yazdığı "Azad olmuş dünya” romanında isə atom bombasını təsvir etmişdi.