adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Noyabr 2015 12:03
3799
DÜNYA
A- A+

Qırğızıstanın 6 milyonuncu sakini doğulub

Bu gün Qırğızıstanın 6 milyonuncu sakini olan qız dünyaya gəlib. Oş vilayətində yaşayan hərbçi Almaz Kojoşevin ailəsində doğulan körpənin çəkisi 3 kiloqram 870 qramdır. Yeni doğulan körpə və onun anası Raxat Belejova özlərini yaxşı hiss edirlər. Qırğızıstanın 6 milyonuncu sakini ilə təxminən eyni vaxtda 10 uşaq da doğulub.

Almazbek Atambayev 6 milyonuncu körpənin ailəsinə yeni ev hədiyyə edib və bankda onun adına 1 milyon som (təxminən 14 min dollar) həcmində depozit hesabı açılması barədə ölkənin Baş nazirinə tapşırıq verib. 

Ölkə başçısı 6 milyonuncu uşağın ailəsinə teleqram vurub, xoşbəxt ata və ananı bu münasibətlə təbrik edib.