adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Noyabr 2015 11:54
5410
MARAQLI
A- A+

Bitkilər də enerji verəcək

Alimlər hər şeydən enerji aldı, bir qalmışdı bitkidən enerji yığmaq. Onu da elədilər. İnsan dünyanın nemətlərini öz xeyrinə istifadə üçün məhv etmədiyi yer qoymayıb. Əlbəttə, sonuc insanın mənfəətinə hesablanıb. Amma dünya təkcə insanın deyil ki, heyvanın da, bitkinin də ona haqqı çatır. Günəşdən, sudan, küləkdən, oddan, təbii sərvətlərdən alınan enerjilərdən sonra indi də bitkilərdən enerji alınacaq, həm də onların böyümə prosesindən - fotosintezdən istifadə olunacaq. Adalet.az xəbər verir ki, İsveçin Linçopinq Universitetinin alimləri adi bağ qızılgülünü süni cərəyan keçiriblər. 

Bu yolla gələcəkdə alimlər enerji alınması üçün fotosintezdən istifadə edəcək yanacaq hüceyrələrini yaratmaq niyyətindədirlər. İsveç alimləri toksinsiz cərəyan keçirən material aşkarlayıblar. Bu maddə bitkiyə asanlıqla hoparaq onun ksilema, yəni suötürücü toxumalarında bir növ naqillər formalaşdırır. Bu material elektronikada geniş istifadə olunan PEDOT (polietilendioksitiofen) adlı üzvi polimerdir.