adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Noyabr 2015 14:54
5656
ƏDƏBİYYAT
A- A+

“Ulduz ” jurnalının noyabr sayındakılar

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Ulduz ” jurnalının noyabr sayı işıq üzü görüb. Adalet.az AYB-yə istinadən xəbər verir ki, jurnalın 11-ci sayı filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlinin ekspert yazısıyla açılır. On birinci nömrənin eksperti . "Hər çapında xüsusi çəki sərgiləyən jurnal” başlıqlı yazısında jurnalın 10-cu nömrəsini təhlil edib. 

"Özüylə söhbət” rubrikasında tanınmış dedektiv yazarı Müşfiq XAN-nın özüylə söhbəti və "Velosiped” adlı hekayəsi yer alıb.

Nəsr bölməsində Pərvanə Rəhimli "Dönüş”, Sadıq Elcanlıdan üc hekayəsi, Leyla Camalın "Yerə düşməyən göz yaşım”, Nərgizin "Kölgə”si, Çinarə Rüstəmlinin "Şaxta həkim” və s. hekayələri təqdim olunub.

Qəşəm Nəcəfzadənin "Hücrə”sində bu dəfə gənc şairə Əntiqə Səməndərdir.

Fərqanə Mehdiyeva "Bölgələrdən səslər” rubrukasında"9x9” u təqdim edib. Doqquz şairin doqquz suala fərqli cavabı burda əks olunub. 

İrs rubrikasında Sona Xəyalın "Vahidin gənclik şeirləri” yer alıb.

Dərgidə kitabda tanınmış gənc şair Elşad Ərşədoğlunun "Hörümçək zaman” kitabıyla tanış ola biləcəksiniz. 

"Ulduz” jurnalı bu nömrəsi də hədiyyəlidir. Jurnalı alan Nizami Cəfərovun "Elçin”, Nizami Cəfərov və Mehmet Akif Turalın "Atatürkün Azərbaycan səfəri”, Rahid Uluselin "Türkşunaslıq və Azərbaycanşünaslığın dialektikası” adlı kitablara sahib olacaq.