adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Noyabr 2015 16:01
8289
KRİMİNAL
A- A+

Nardaranda əməliyyat zamanı dörd polis əməkdaşı həlak olub - Yenilənib

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.
Polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.
Atışma zamanı daha bir neçə nəfər yaralanıb.
Onların arasında polis əməkdaşları da var.

***

 Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.
Hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı  polisə silahlı müqavimət göstərilib. 

Bakıda xüsusi əməliyyat keçirilib.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən əməliyyat keçirildiyini  təsdiqləyiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, baş vermiş insidentlə bağlı prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.