adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Noyabr 2015 12:43
4318
ƏDƏBİYYAT
A- A+

Visotskinin sonuncu şeiri 200 min avroya satılıb

Rusiyanın mərhum şairi  Vladimir Visotskinin sonuncu şeiri 200 min avroya satılıb. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, satış Parisdə Drouot hərracında baş tutub.

Qeyd edək ki, şairin həyat yoldaşı Marina Vladi ərinin şəxsi əşyalarını və çap olunmamış şeirlərini hərraca çıxarıb. Dediyinə görə, bunu pula görə eləmir. Həyatından keçmişi silib, gələcəyə adlamaq istəyir. Bunu etməyə isə ərinin evdə qalan xatirələri imkan vermirmiş.

Rus oxucuları məktublarla Vladini bu addımdan vaz keçməyə çağırsalar da, xanım öz bildiyini edib.