adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2015 12:22
3812
ƏDƏBİYYAT
A- A+

Tanınmış şairin 80 illik yubileyi qeyd edilib

Tanınmış şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd edilib.

Tanınmış ədiblərin, elm adamlarının qatıldığı tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Muxtar Babayev yubilyarı təbrik edib.

Qeyd olunub ki, 50 illik zəngin yaradıcılıq yolu keçən Əvəz Mahmud Lələdağın yaradıcılığının əsas qayəsini Vətənə, el-obaya tükənməz məhəbbət təşkil edir.

Əməkdar İncəsənət Xadimi Əşrəf Veysəlli yubilyarın oxucunun qəlbinə yol tapan əsərlər yaratdığını, bir sıra maraqlı kitablarının işıq üzü gördüyünü bildirib. Buna misal olaraq onun "El yada düşdü”, "Dağlar marala qaldı”, "Ömür payı”, "Ömürdən qalan izlər”, "Analı dünyam”, "Dağlar, gözləyin məni” və digər kitablarını xatırladıb.