adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Noyabr 2015 11:40
3788
DÜNYA
A- A+

Rusiyada helikopter qəzası 15 can aldı

Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.

Adalet.az-ın  "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova deyib. "Turuxan" aviaşirkətinə məxsus helikopter İqarka şəhərinin 10 kilometrliyində yerə düşüb. Helikopterdə ümumilikdə 25 nəfər olduğu açıqlanıb. Xəsarət alan 10 nəfər xəstəxanaya çatdırılıb.