adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Noyabr 2015 11:12
3621
DÜNYA
A- A+

İraqda terror - 12 ölü, 40 yaralı

İraqın paytaxtı Bağdadda, həmçinin Diyalə və Ənbər şəhərlərində bomba partlaması və silahlı hücumlar nəticəsində 12 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, Bağdadın əl-Yusifiyyə bölgəsində polis avtomobilinin keçdiyi zaman partlayan bomba 2 nəfərin həyatına son qoyub, daha 3 nəfəri yaralanıb.

Bağdadın Besmaye, Rəşidiyyə, Əs-Salih, əl-Vərdiyyə və Diyalə körpüsü adlı yerlərində bomba hücumları nəticəsində daha 7 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Bağdadın cənubunda əl-Mədain bölgəsində bomba yüklənmiş avtomobil partlaması 5 nəfərin həyatına son qoyub, Cəmilə bölgəsində silahlı hücum nəticəsində 2 nəfər öldürülüb.

İraqın qərbində yelrəşən Ənbər şəhərində koalisiya qüvvələrinin hava hücumu nəticəsində Zübeyr məscidi və ətrafdakı evlər zərər çəkib, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Ölkənin şərqindəki Diyalə şəhərində bombalı hücum nəticəsində 1 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, daha bir nəfər yaralanıb.