adalet.az header logo
  • Bakı 19°C
25 Noyabr 2015 23:24
4065
HADİSƏ
A- A+

Piyada öldü, sürücü isə qaçdı - Salyanda

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun 13-cü kilometrliyində, Salyan rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Adalet.az  Salyan rayonunun Xıdırlı kənd sakini, 1984-ci il təvəllüdlü Seymur Hüseynov naməlum avtomaşınla vurulub. Piyada hadisə yerindəcə keçinib.

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq İdarəsində cinayət işi qaldırılıb. Hadisə yerindən qaçmış sürücünün axtarışlarına başlanılıb.