adalet.az header logo
  • Bakı 20°C
25 Noyabr 2015 23:18
3944
DÜNYA
A- A+

Rusiya yardım karvanını bombaladı - Ölənlər var

Rusiya Türkiyədən Suriyaya humanitar yardım aparan tırları bombalayıb.

Adalet.az xəbər verir ki, Rusiyaya aid döyüş təyyarələri Suriya-Türkiyə sərhədi yaxınlığında, Suriyanın Aziz qəsəbəsində yardım karvanını vurub.

Türk mətbuatının yaydığı məlumata görə, hava hücumu zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. 20-ə yaxın tırın yandığı bildirilir.