adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2015 22:53
3300
SİYASƏT
A- A+

İlham Əliyev Belarusiyaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusa rəsmi səfər edəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilir.

Məlumata əsasən, Azərbaycan prezidenti Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Prezident İlham Əliyevin Minskdəki Qələbə abidəsinə əklil qoyması və Belarusun Böyük Vətən Müharibəsi tarixi muzeyinə ziyarət etməsi gözlənilir.