adalet.az header logo
  • Bakı 12°C
24 Noyabr 2015 14:45
4500
ƏDƏBİYYAT
A- A+

Erməni əli ilə daşlaşan rus yazıçı

Tanınmış rus yazıçısı Mixail Bulqakova Moskvada heykəl qoyulacaq. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər rəhbərliyi artıq heykəlin harada yerləşəcəyinə qərar verib.  Heykəl Patriarx gölünün ətrafında qoyulacaq. Bulqakovu daşlaşdıran isə erməni heykəltəraş Georgi Franqulyan olacaq. Onun sözlərinə görə, yazıçı əlində şlyapa, əynində palto, ağzında siqaretlə əbədiləşəcək.

Franqulyan buna qədər şair İosif  Brodskinin də tuncdan heykəlini düzəltmişdi.

Yazıçının heykəli 125 illiyi münasibətilə qoyulur. Yubiley mərasimi isə 2016-cı il mayın 15-də baş tutacaq.

Bulqakovun (1891-1940) ən məşhur əsəri olan "Master və Marqarita” dünyanın bir çox dillərinə tərcümə edilib və ekranlaşdırılıb. Sovet kinosunun incilərindən olan "İvan Vasilyeviç peşəsini dəyişir” komediyası da Bulqakovun əsəri əsasında çəkilib.