adalet.az header logo
  • Bakı 13°C
23 Noyabr 2015 15:36
5335
MƏMLƏKƏT
A- A+

QƏZET FALÇILARI O BİRİ FALÇILARDAN ÇOXDU

Dini Komitənin sədri Mübariz Qurbanlı ölkədə falçılığın qadağan olunması ilə bağlı bir təyinat verib. Ciddi məsələdi. Və bunu həyata keçirmək də mümkündü.

Bəs qəzet falçılarını necə? Onu qadağan eləməyə kiminsə gücü çatarmı?

Qəzet və sayt falçıları gah baş naziri çıxarır, yerinə təzəsini qoyur, gah Milli Məclisin sədrini çıxarıb yerinə təzəsini qoyur, gah o naziri çıxarırlar, gah bu naziri, gah filan komitə sədrini, gah filan komitəni ləğv edirlər, onu buna birləşdirir, bunu ona birləşdirirlər.

Dostum Mübariz Qurbanlı, ən qorxulu falçılar qəzet və saytlardadı.

Birinə də gözün üstə qaşın var desən, Avropa itli-pişikli tökülüb gəlir və gələcək ki, Azərbaycanda demokratiya boğulur.

Məlum terror hadisəsindən sonra Fransada mətbuata böyük qadağalar qoyulub. Amma orda demokratiya boğulmur.

Meşədə görürlər dovşan qaçır. Soruşurlar niyə qaçırsan? Deyir ki:

- Şirin qızına sataşıblar. Sataşanın da üç yumurtası var.

Deyirlər bəs niyə qorxub qaçırsan? Sənin ki, iki yumurtan var. Dovşan deyir:

- Elə döyül ey, tutub aparırlar şirin yanına. Şir yumurtaları qoparır sayır. Deyir ə, üç dənə deyil buraxın getsin.

İndi Fransada da axşam baxırdım. Şübhləndikləri və yaxud qabaqlarına keçən müsəlmanları arvadlı-uşaqlı maşından tökürlər yerə, bir-iki təpik vurandan sonra yoxlayırlar, sonra deyirlər ki, yox, sən terrorçu deyilsən, gedə bilərsən.