DOSTUM RAUF ARİFOĞLUNA

AQİL ABBAS
124042 | 2015-11-23 18:37

Hörmətli Rauf bəy!

«Yeni Müsavat»da Ağcabədi ilə bağlı bir məktuba rast gəldim. Məktubun müəllifi Ağcabədini və Ağcabədidə başverən hadisələri heç bir fakta söykənmədənsərt tənqid edib. Və bu tənqid onun təxəyyülünün məhsuludu. Məsələn, yazır ki, Hüsülü-Qiyamadınlıyolu bərbad vəziyyətdədi. Yol yeni çəkilməsinə baxmayaraq, guya dağılıb. Yaxud yazırki, Qarqar çayı üzərində salınmalı körpü niyə tikilməyib? Və guya bu körpünün tikintisiüçün ayrılan maliyyə vəsaiti mənimsənilib.Bundan başqa, guya məktəblərdə vəziyyət acınacaqlıdır. Sonra yazır ki, guyaMaliyyə İdarəsinin rəisindən icra başçısının xoşu gəlmədiyi üçün onu tutduğu vəzifədənazad edib. Və sair və ilaxır.

Ağcabədini yaxşı tanıyıram. Ağcabədidəki ən xırda hadisədən belə xəbərdarolan bir şəxs kimi müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm. Əvvəla son illərAğcabədinin kənd yollarının yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamı iləmaliyyə ayrılıb və demək olar ki, Ağcabədininbir çox kəndlərini birləşdirən yollar müasir standartlara uyğun da tikilib. Həttabu yollardan birinin açılışında möhtərəm prezident İlham Əliyev özü də şəxsən iştirakedib. Və yolun başlanğıcından son nöqtəyədək də avtomobili özü idarə edib. Bu, Kəbirli-Qaradolaq yoludu. Təxminən 10-dan çox kəndi birləşdirir. İkincisi,o deyilən Hüsülü-Qiyamadınlı yolu… Bu yol da 10-dan çox kəndi birləşdirir və həminyol da müasir standartlara uyğun çəkilib və Hüsülüdən Qiyamadınlıya olan məsafə təxminən 25 km-ə qədər yoldu və buyolu15 dəqiqəyə qət edə bilərsiniz. Rahat və təhlükəsiz. Həmin yol Qarqar çayının içindən keçir. Orda da körpütikilməlidi, özü də uzun bir körpü. Qısası desək, bahalı bir körpü. Çünki Qarqarçayının həmin ərazidə yatağı çox genişdi. Həmin körpü layihələşdirilib, təsdiq olunubvə indi tikintisinə başlanılıbdı. Əgər həmin körpünün maliyyə vəsaiti yeyilibsə,nə ilə tikiləcək?

Bundan başqa,digər bir yol da Ağcabədi-Ağdam şosesindən ayrılıb Şərəfxanlıdan başlayaraq birneçə kəndi əhatə etməklə Hüsülü-Qiyamadınlı yolunun Kürdlərdən keçən ərazisindəQiyamadınlı yolu ilə birləşir.

Bundan başqa,yenə Ağcabədi-Ağdam yolunda Bayat kəndindən Hacılılar kəndinə gedən yol da müasirstandartlara uyğun tikilib və indi də o yoldan Qaraxanlıya bir qol ayrılır və ordada təmir işləri gedir.

Onu da qeyd edimki, artıq kənddaxili yolların da abadlaşdırılmasınabaşlanılır.

Qaldı məktəblərə.Ağcabədidə təhsil ön plandadı. Ən çox diqqət təhsilə ayrılıb. Məktəblərin tikintisinə,təmirinə və maddi-texniki bazasının gücləndirilməsinə. Son illər Ağcabədidə təkcə Heydər Əliyev Fondunun yardımı ilə onlarla məktəbtikilib və təmir edilib. Və həmin məktəblərheç bir cəhətdən Bakıda tikilən məktəblərdən geri qalmır. Bircə fakt deyim ki, əgər2005-ci ildə Ağcabədidə ali məktəblərə cəmi 89 nəfər şagird qəbul olunmuşdusa, burəqəm hər il artımla davam edir və 2015-ci ildə ölkənin ali məktəblərinə 321 nəfərağcabədili gənc daxil olub. Bu, Ağcabədidə təhsilə göstərilən diqqətin təzahürüdü.

Maliyyə İdarəsininrəisi ilə icra başçısı Şahin Məmmədov 10 ildi birgə çalışır, düz 10 ildi. Və buil maliyyə idarəsinin rəisini də vəzifədənicra hakimiyyəti başçısı deyil, Maliyyə Nazirliyi çıxarıb, özü də gərək ki, yaşsenzinə görə.

Hörmətli Raufbəy!

Niyə bu məktubusizə ünıvanladım? Çünki həmin şikayət məktubu sizin rəhbərlik etdiyiniz qəzetdədərc edilib. İkincisi də istəyirəm ki, Ağcabədiyənövbəti səfərimdə sizin əməkdaşlarınızın birini özümlə rayona, Qarabağa qonaq aparım.Tək Ağcabədiyə yox, Ağdama da, Bərdəyə də, lap Füzuliyə də. Və mənim dedikləriminözü şahidi olsun. Həm Ağcabədinin necə inkişaf etdiyini, həm də Qarabağ bölgəsindəkiinkişafı özü görsün.

Hörmətlə:

Qələm dostunuzAqil ABBAS


TƏQVİM / ARXİV