adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Noyabr 2015 18:49
9195
SİYASƏT
A- A+

İlham Əliyev və Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.

Adalet.az-ın AzərTAc-a istinadən məlumata görə, görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar.