adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

::::YEMƏKDƏN ÜMİD YAXŞI...:::: OLA BİLMƏZ...

BABƏK YUSİFOĞLU
61435 | 2012-12-27 11:03

Türkiyə-Ermənistanmünasibətlərinin normallaşması istiqamətində davam edən proses bir neçə ildir dalğavari xətt üzrədavam etməkdədir. ::::Sürix protokolları:::: adı ilə tarixə düşən bədnamsənədlərini türklər arxivə göndərdikdən sonra Yerevan da adekvat cavab kimimüzakirələrin dondurduğunu bəyan etdi. Əslində isə bu ::::dondurulma::::bəyanatı yalnız görüntü və ya ucuz siyasi gediş kimi dəyərləndirilməlidir.Çünki, bundan sonra ermənilər ən müxtəlif formalarda iki ölkə arasındadiplomatik münasibətlərin bərpası, sərhədlərin açılması üçün görünməyənhoqqalara əl atmaqdan çəkinmirlər.

Ermənilobbisi və Ermənistandan Avropanınaparıcı ölkələrinə, Birləşmiş Ştatlara göndərilən diplomatlar bütünvasitələrdən istifadə edirlər ki, kənardan Ankaraya təzyiq göstərib onuErmənistana yaxınlaşmağa məcbur etsinlər. Hətta bunun üçün ağılabatmayandezinformasiyalar da dövriyyəyə buraxırlar ki, qarşı tərəfin hansı addımlaratacağını görsünlər. Ən çox da Vaşinqtonun köməyinə ümid bəsləyirlər.

Eləqondarma ::::erməni soyqırımı::::nın tez-tez gündəmə gətirilməsi, təbliğatmaşınının durmadan işləməsi Türkiyəni müəyyən məsələlərə məcbur etmək məqsədigüdür. Çox maraqlıdır ki, bəzi hallarda göstəriş almış siyasilər yumuşaqmünasibətlərin yarandığını da nümayiş etdirirlər. Əlbəttə, bu da ermənibicliyinin, erməni hiyləgirliyinin bir elementi hesab olunmalıdır. Belədavranışlarla onlar guya Türkiyəyə normal münasibət bəslədiklərini ortayaqoymağa çalışırlar. Məqsədsə birdir. Ölkəni sosial-iqtisadi böhrandan çıxarmaqüçün nəyin bahasına olursa-olsun sərhədlərin açılmasını təmin etmək.

Əlbəttə,bütün bunlar qeyri-normal siyasətin yürüdülməsindən başqa bir şey deyil. Çünki sağlam düşüncə ilə anlamaq olmur ki,bütün parametrlərə görə Ermənistandan böyük, güclü, oturuşmuş, nəhəng qonşuyaqarşı əsassız ərazi və təzminat tələblərində, qondarma ::::soyqırım::::iddialarında bulunduqdan sonra həmin ölkə ilə necə normal münasibətlər qurmaqmümkündür? Hələ Türkiyə-Ermənistan sərhədlərinin qapadılması səbəblərini, Azərbaycantorpaqlarının işğalını nəzərə almıram. Məhz bu cür davranışlarının nəticəsidirki, bu gün ermənilər aclıq və səfalətdən qurtulmaq üçün bir parça çörək ardıncavətənlərini kütləvi şəkildə tərk edərək hara gəldi gedirlər. Vəziyyətsəgün-gündən pisləşməkdə davam edir.

Erməniideoloqlarının qənaətinə görə, 2013-cü ildəsərhədlərin açılması istiqamətində iş gücləndirilməlidir. Yeni-yenivariantlar işə salınmalıdır. Hətta bundan ötrü qeyri-rəsmi işçi qurumu dayaradılıb. Lobbidən də həm ideoloji, həm də maliyyə məsələsində maksimum dəstəkistənilib. Bir müddət öncə Ermənistan prezidenti Serj Sərkisyan Yerevanda::::Şərq tərəfdaşlığı:::: ölkələrin liderlərinin iştirak etdiyi Beynəlxalqsammitdəki çıxışında Türkiyə sərhədlərinin açılması üçün Avropa ölkələrinəçağırış etməkdən belə utanmadı. ::::Avropada sonuncu bağlı sərhəd -Ermənistan-Türkiyə səhədi - təcili və ön şərtlər irəli sürülmədənaçılmalıdır::::.

Qeydedim ki, bu müddət ərzində hakimiyyətdəkilərin deyil, erməni əhalisininümidlələri hər dəfə təzələnir. Dəyişiklik olacağına inanırlar. Lakin bəzimüstəqil ekspertlər bu məsələdə bütün çabaların bir fayda verəcəyinəinanmadıqlarını bildirirlər. Ermənistan elmlər akademiyasının şərqşünaslıqinstitutunun eksperti Vaqram Ter-Matevosyan jurnalistlərin suallarınıcavablandırarkən bildirib ki, 2013-cü ildə də erməni-türk münasibətlərindəyaxşılığa doğru nəyəsə ümid etmək lazım deyil. Onun qənaətincə diplomatikmünasibətlərin bərpası üçün bir sıra ciddi əngəllər mövcuddur.

VaqramTer-Matevosyan bu sahədə erməni əngəllərini bir tərəfə qoyaraq diqqətiTürkiyəyə yönəltməyə cəhd edib: ::::Bu məsələnin həlli üçün Türkiyənin özündəbir sıra maneələr mövcuddur. Həm dəonların elə daxili problemləri vardır ki, erməni-türk münasibətlərininnormallaşdırılması məsələsi ikinci plana keçib::::. ::::Sərhəd məsələsinin ikinci planakeçməsini:::: dilə gətirməklə özlərinin Ankaranın siyasətində vacib roloynadıqlarına işarə vuran ekspert Türkiyədəki növbəti seçkilərdən narahatlığınıda gizlətməyib.

Odeyib: ::::Bildiyimiz kimi Türkiyədə 2014 və 2015-ci illərdə seçkilərkeçiriləcək. Buna görə də Ankaranın siyasi gündəmi ola bilər ki, başqa biristiqamət alsın::::. Bəli, bu doğrudanda belədir. Yerevanın nəyi, necə istəməsindən hələ heç nə asılı deyil, əsasdudur ki, Ankara nə istəyəcək. Yerevanın beləməsələlərdə iştirakçıdan başqa bir rolu yoxdur. Əslində onlaranlamalıdırlar ki, Moskvanın diqtəsi ilə öz militarist siyasətlərinə sonverib qonşuları ilə dost olmağa çalışmalı, onların etibarını qazanmağa cəhdetməlidir. Əks təqdirdə belə bir zaman da gələcək ki, onlar indiki vəziyyətlərinə belə həsəd aparacaqlar.

BABƏK YUSİFOĞLU

[email protected]

TƏQVİM / ARXİV