Hərdəfə ::::Xalq Əmanəti:::: layihəsinin növbəti tədbirinə qatılanda istər-istəməzöncə Xalq Bankın 16-cı mərtəbəsindəki zala göz gəzdirirəm. Bir növ bu məndəvərdişə çevrilib. Məqsədim də təkcə tanış imzaların sahiblərini, tanış simalarıaxtarmaq, aramaq dey il. Məqsədim həmdə hər yeni təqdimatda tədbirə qatılanlarınsayının artımını, onun iştirakçılarının sırasında dəyərli ziyalıların get-gedədaha çox görünməsini müşahidə edib bundan özünəməxsus ləzzət almaqdır. Sirrdeyil ki, bu gün məmləkətimizdə kifayət qədər məclislər, mərasimlər, tədbirlərkeçirilir ki, onların böyük əksəriyyətinə adətən ya eyni kontingent qatılır, yada sadəcə bu adamların çoxluğunu elə jurnalistlər təşkil edir.
Bax,bu mənada ::::Xalq Əmanəti:::: layihəsinin növbəti təqdimatında mən həqiqətəndaxilən bir rahatlıq yaşadım. Çünki təqdimata qatılanların əksəriyyətiAzərbaycanın elit-ziyalı təbəqəsi, ictimaiyyət nümayəndələri, sayılıb-seçilənAzərbaycan insanları öz tarixinin bir növ təqdimatına toplaşmışdı. Bu::::tarix:::: sözü ağlıma elə-belə gəlmədi. Doğrudan da bu tədbirdə dövlətçiliyinatributu olan, xalqın özünütəsdiq kriteriyalarından biri sayılan Azərbaycansikkələrinin təqdimatı keçirilirdi. Düşünməyin ki, burada bizim pulvahidlərimiz sərgiyə düzülmüşdü. Xeyr, burada bizim dövlətçiliyimizinatributlarından biri olan Azərbaycan sikkələrinin toplusu, mən deyərdim ki, həryerə apara biləcəyimiz, hər yerdə təqdim etmək, göstərmək imkanını bizə verənsanballı bir albom-kataloq-kitab ortaya qoyulmuşdu. Müəllifi Azərbaycanındəyərli ziyalılarından biri olan görkəmli alimimiz, professor Əli Rəcəbli olanbu albom-kataloq-kitab sözün həqiqi mənasında xalqa, onun əmanətinə dəyərli birehtiramın göstəricisi idi. Bu gün də yaxşı xatırladığım, amma heç vaxtunutmayacağım bir məqamı diqqətə çatdırmaq istəyirəm. 1976-cı ilin may ayı idi.İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə bir dostumun yanınagəlmişdim. Onu axtarıb arxeologiya kafedrasında tapdım. Mərhum arxeoloqumuz,görkəmli alim, Azıx mağarasını kəşf edib dünyaya tanıdan Məhəmmədəli Hüseynovməni içəri dəvət etdi. Onu da qeyd edim ki, Məhəmmədəli müəllim tarixfakültəsinin bir qrup tələbələri ilə hər yay tətilini məhz Azıx mağarasındaqazıntılar aparmağa gəlir və bizim kənddə yerləşdiklərindən əksəriyyətimiziyaxından tanıyırdı. Mən otağa daxil olub buradakı qədim mədəniyyət nümunələrini,xüsusilə arxeoloji qazıntılar zamanı tapılmış qədim sikkələrə maraqla tamaşaetdim. Marağımı görüb həmin sikkələr barəsində müəyyən məlumatlar açıqlayanMəhəmmədəli müəllim onu da vurğuladı ki, yaxın vaxtlarda biz bir sərgihazırlayacağıq. Məqsədimiz tapıntıları tələbələrimizə yaxında təqdim etmək, həmdə fakültəmizə gələnlərə göstərməkdir.
Baxelə Xalq Bankın ::::Xalq Əmanəti:::: layihəsinin təqdimatına qatılanda da mənimyadıma dərhal həmin məqam, həmin sözlər gəlib düşdü. Necə deyərlər, elə həminxatirələrin əlindən tutub ::::Azərbaycan sikkələri:::: albom-kataloq-kitabınıvərəqləməyə başlayıram. Elə ilk səhifədə məni Azərbaycanın coğrafiyası, yənixəritəsi salamlayır. Bu xəritə təkcə qədimliyi ilə yox, xalqın, torpağınqədimliyi ilə adamda çox qəribə hissləroyadır. Həmin o hisslərin qoynunda iclas zalına daxil oluram. ::::Azərbaycansikkələri::::nin təqdimat mərasimini tanımış yazıçı-publisist, dəyərliteleverlişləri ilə hər kəsin hörmətiniqazanmış Yusif Günaydın açır:
-Dəyərli dostlar, çox şadam ki, yenə bir yerdəyik, yenə xalqımızın milli-mənəvisərvəti olan daha bir dəyərin, daha bir yaradıcılıq işinin, ağır zəhmətinnəticəsi olan elmi uğurun gələcək nəsillərəçatdırılması istiqamətində atılan addımın işığına toplaşmışıq. Bu güniştirakçısı olduğumuz, təqdimatına toplaşdığımız bu dəyərli sənət əsəri təkcəbir nəfərə, bir fırçaya, bir qələmə aid deyil. Bu, bütöv bir xalqa, onuntarixini araşdıran bir elm ocağına, eləcə də bu elm ocağının dəyərli biraliminin gərgin işinə, yuxusuz gecəsinə məxsusdur. Kifayət qədər zəngin olanAzərbaycan torpağı həm də kifayət qədər zəngin və möhtəşəm tarixə malikdir. Butarixin dövlətçilik rəmzlərindən biri də onun pul vahidləri, sikkələridir. Bax,hörmətli professor, gözəl alimimiz Əli Rəcəbli də məhz bu atributu toplumhalında nizama salıb, onların şərhini, tarixini təqdim etməklə xalqın, dövlətintarixinə daha gur işıq saçıbdır. Bu gur işığın altında bizim dövlətçiliktariximiz çox möhtəşəm görünür.
Tədbirdəçıxış edən akademik Arif Həşimovun söylədikləri, xüsusilə onun Əli Rəcəblininfəaliyyətinə verdiyi qiymət son dərəcə diqqət çəkəndir. Amma bu diqqətiniçərisində ::::Xalq əmanəti:::: layihəsinin yeri xüsusi görünür, xüsusi qeydolunurdu. Təbii ki, Arif müəllim elm adamına, tariximizə, bütövlükdə Azərbaycanıtanıdan, ona xidmət edən gərgin əmək sahiblərinə olan bu diqqəti təkcə bugünkütədbirin səbəbkarlarına, iştirakçılarına deyil, bütün Azərbaycana aid edirdi.
Mənimüçün çox önəmli çıxışlardan birini də akademik Vasim Məmmədəliyev etdi. Vasimmüəllimi oxucularımız, bütövlükdə Azərbaycan camiyəsi çox yaxşı tanıdığındanonun mülahizələri, düşüncələri, fikirləri həmişə dinləyicini özünə çəkib. Bumənada hörmətli alimimizin özünəməxsus şəkildə ::::Azərbaycan sikkələri::::barəsində söylədikləri, həmçinin bir canıyananlıqla, bir şövqlə ::::dostum ƏliRəcəbli çox möhtəşəm bir iş görüb, çox vacib bir sahəni araşdırıb ortaya qoyub,tariximizin bir səhifəsini də işıqlandırıb:::: deməsi hər kəs kimi mənim üçün də xoş oldu. Hissetdim ki, doğrudan da bu tədbirə qatılanların hamısı dövlətə, dövlətçiliyə,tariximizə böyük ehtiramın, böyük sevginin daşıyıcılarıdır. Vasim müəllimdənsonra kürsüyə yaxınlaşan Tarix İnstitutunun direktor müavini, professor CəbiBəhramov öncə Tarix İnstitutunun direktoru, millət vəkili, görkəmli alimimiz,professor Yaqub Mahmudovun salamlarını iştirakçılara çatdırdı. Həmişə maraqlımülahizələri ilə auditoriyanı ələ almağı bacaran Cəbi müəllim özünün qısaçıxışını bir neçə istiqamətdə qursa da, konkret olaraq bildirdi ki, bu günümüzüçün, müstəqil Azərbaycanın varlığı üçün kifayət qədər təhdidlər, basqılarolduğu bir zamanda ::::Azərbaycan sikkələri:::: ilə bağlı mükəmməl bir kitabınçap olunması mənim üçün son dərəcə sevindirici haldır. Özü də bu kitabın ənböyük məziyyətlərindən biri də odur ki, kitab üç dildə - Azərbaycan, ingilis vərus dillərində nəşr olunub. Digər tərəfdən tapılan sikkələrin coğrafiyası həmdə Azərbaycanın bütün sərhədlərini diqqətə çatdırır. Biz necə bir qüdrətlidövlətçiliyə, böyük coğrafiyaya malik olduğumuzu bu sikkələr əsasında öyrənəbilərik.
Doğrudanda Əli Rəcəblinin böyük əməyi hesabına araya-ərsəyə gəlmiş Azərbaycan sikkələrikitabı mükəmməl bir işdir. Bunu Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi, şairVaqif Bəhmənli də öz çıxışında xüsusi olaraq vurğuladı. Həmin tədbirdə atüstüsöhbət etdiyim jurnalist həmkarlarım çox sanballı bir kitabı əldə etdikləri üçün məmnunluq ifadəedirdilər. Hətta ::::Azərbaycan:::: qəzetinin şöbə müdiri, şair-publisist FloraXəlilzadə mənimlə söhbətində vurğuladı ki, bu kitab hər bir azərbaycanlınınevində, stolunun üstündə olmalıdır. Çünki bu, bizim tariximizin böyük birparçasıdır.
Bəli,::::Xalqbank::::ın 16-cı mərtəbəsində həmin axşam Azərbaycan tarixinə eləAzərbaycanın özü boyda işıq salınırdı və hər kəs də o işıqdan öz ürəyi tutuncayararlanır, məmnun olurdu. Mən, əlimdəolan albom-kataloq-kitabı elə pəncərənin önündə bir də vərəqləyirəm. 10fəsildən ibarət olan bu möhtəşəm əsəri albom-kataloq-kitab adlandırdığımaetiraz etsəniz də, mən yenə öz fikrimdə qalıram. Çünki, burda həm sikkələrinşəkilləri, həm onların tarixilik baxımından düzümü, həm də şərhləri verilib.Bax, bunun özü göstərir ki, xalq əmanətinə həmişə diqqətlə yanaşan və ::::XalqƏmanəti:::: layihəsini yüksək səviyyədə gerçəkləşdirən ::::Xalq Bank:::: buxalqın mədəniyyətinə də, incəsənətinə də, tarixinə də sevgilərlə yanaşır və onusevgilərlə də yaşada-yaşada gələcək nəsillərə çatdırmaq yolunda uğurlu addımlaratır. Necə deyərlər, əməllərinə və xidmətlərinə görə, onların qazandığıtəşəkkürlər halal haqlarıdır.
ƏbülfətMƏDƏTOĞLU