adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Noyabr 2015 11:49
3812
MƏMLƏKƏT
A- A+

Erkən nikahlarla bağlı statistika bizi çox narahat edir - Açıqlama

Azərbaycanda uşaqların zorakılıqdan müdafiəsi çox güclü qanunvericilik bazası iıə tənzimlənir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün komitə tərəfindən hazırlanan təkliflərin artıq qəbul edilərək qüvvəyə minməsini yaxşı hal kimi qiymətləndirən A.Sofiyeva bildirib ki, rəsmi statistika uşaqlara qarşı zorakılıq hallarının azaldığını göstərir: "Amma hər birimiz bilirik ki, statistikaya daxil edilməyən məsələlər də var. Bu gün uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıq halları diqqətimizdədir. Erkən nikahlarla bağlı statistika da bizi çox narahat edir. Qanunvericilikdə bununla bağlı çox sərt addımlar atılıb. Amma təəssüf edirəm ki, cəmiyyətdə bu addımlara qarşı adekvat cavab görə bilmirik".