GÖZ YAŞININ TAMI…

AQİL ABBAS
94719 | 2015-11-18 17:29

Bizdən çox dadan varmı?!

Dünya qanın içində! Boğulur. Saman çöpü də yoxdu tutub çıxsın. Sərçə də yoxdudimdiyində heç olmasa bir damla su atsın onun üstünə, yanır! Dünyanı qanın içindəboğanlar, yandıranlar da hərdən timsah gözyaşları töküb bahalı dəsmalları ilə televiziyalarda poz verib göz yaşlarını silirlər.Dünya deyəndə bir az yekə çıxdı ey, YaxınŞərq.

Bir terror dövləti də yaradıblar, adını da qoyublar İraq Şam İslam Dövləti.Ən müasir silahlarla silahlandırıblar. 50-80 min arası ordusu var deyirlər. Bu boyda bir ordu dünyanıno 200 dövlətinin yüzdə doxsanında yoxdu. Hamısı da say-seçmələr, xüsusi təyinatlılar.O cılız-mılızlar var ha, onlar da o say-seçmələrə çay paylayanlardı, aftafa gəzdirənlərdi,bir də el dilində desək, dəvənin filan yerini yağlayanlardı. İslama dəxli olmayan,dünyanın qeyri-islam dövlətlərinin formalaşdırdığı bu İŞİD müsəlmanların əzrayılınaçevrilib. Cocuq-mocuq, qoca, qadın fərqinə varmadan, hamısı onun terrorunun qurbanıdı.Minillik tarixi abidələr, dünyanın ən qədim mədəniyyəti, hamısı terrorun qurbanıdı.Özü də çox dəhşətli bir terrorun.

Türkiyə ilə Rusiyadan başqa hələ ki, onlara bir dirəniş göstərən də yoxdu.

SrağagünTürkiyənin televiziya kanallarının birində çox maraqlı bir süjet göstərdilər. İŞİD terrorçuları yüzdən artıq ən bahalı CİP maşınkarvanları ilə bir şəhərə hücuma gedirdi. Bir 30-50 metr aralıda da NATO-nunvertolyotu onları müşayiət edirdi. Çox maraqlı görüntü idi. Adama elə gəldi ki,sanki onları qəfil hücumlardan xəbərdar etmək üçün müşayiət edir. Nə isə, özləri bilər, bir də Tanrıları.Əgər Tanrıları varsa.

Və bu günlərdədüyanın məhəbbət şəhəri adlanan, dünyanın mədəniyyət paytaxtı adlandırılan Parisdə dəhşətli bir terror!Yüzdən çox insan bu insanlıq dışı olan terrora qurban getdi, iki yüzdən çoxu dayaralandı – ölüm-qalım savaşında! Mən buterroru elə orda qurban gedənlərinəzizləri kimi yaşadım. Çünki mən o terrorun qurbanlarından biriyəm və 25 ildi buterrorları yaşayıram. Təkcə mən yox, mən və bizlər, bu xalq!

90-cı ilin yanvarı.Parisdəkindən çox itki verdik, Parisdəkindən çox yaralılarımız oldu, amma kimsəmənə və bizə başsağlığı vermədi.

Tbilisidən Ağdamagələn avtobus vağzala çatanda partladı, onlarla ölü və yaralı. Amma bir kimsə mənəvə bizə başsağlığı vermədi.

Qaradağlıda say-seçməoğullarımız terrorun qurbanı oldu, amma kimsəmənə və bizə başsağlığı vermədi.

Şuşada içindəcocuq-mocuğun, ağbirçəklərin-ağsaqqalların olduğu vertolyotu vurdular, adamlar içindənyana-yana töküldü. Amma kimsə mənə və bizəbaşsağlığı vermədi.

Xocavənddə dincəhalini doğrayıb quyuya tökdülər, amma kimsəmənə və bizə başsağlığı vermədi.

Ağdamın Əfətlikəndində əsgərlərimizə terror eləyib kazarmanıpartlatdılar, amma kimsə mənə və bizə başsağlığı vermədi.

Ağdamda evimi-eşiyimi partlatdılar, əzizlərimi qırdılar,amma kimsə mənə və bizə başsağlığı vermədi.

1995-ci ildəmetronu partlatdılar, evinə-eşiyinə tələsən məsum insanları terrora qurban elədilər,amma kimsə mənə və bizə başsağlığı vermədi.

Sayım?! Birdi-ikidi,görən niyə belədi?

Üç gündü baxırambütün dünya yas içində və bunu təbii qəbul edirəm, ağrıyıram, acıyıram, günahsızinsanlar vəhşicəsinə!..

Futbol matçlarındabir dəqiqəlik sükutlar, futbolçular qollarına qara lent bağlayıblar, təbiidi. İnsanlar terror qurbanlarını anırlar.

Parisdə bir cındıradı olan jurnal var, cındır-cındır işlərlə məşğuldu. Terrorçular redaksiyanı basdı, 12 adam öldürdü. Dünyanın bütün liderləriyığılıb getdilər Parisə, yasa. Küçə yürüşü keçirtdilər, təbiidi.

Bəs təbii olmayannədi? Ən böyük terror qurbanı olan bizlərəkimsə başsağlığı vermir və kimsə yasımızagəlmir. Nədən qardaş, bəlkə biz Tanrının yaratdıqları deyilik?

Təxminən üç ayöncə Türkiyənin Suruc şəhərində iki böyük partlayışda saysız-hesabsız insanlar qırıldı. Azərbaycandan başqa kimsə Türkiyəyə başsağlığıvermədi, kimsə Türkiyənin göz yaşlarını silmədi. Heç bir ölkənin komandası qoluna qara bağlayıbmeydançaya çıxmadı. Təbii olmayan budu!

Elə bu günlərdə Ankaradakı Parisdəki terrordan da dəhşətli terror. Türk vəkürdlərin bir bayraq altında keçirdikləriqardaşlıq mitinqində terror! Və Parisdəkindən də çox insan qırıldıvə yaralandı. Nə bir dəqiqəlik sükut elan edən oldu, nə də qoluna qara bağlayıb meydançaya çıxan futbolçu. Yenə Azərbaycan oldu Türkiyəninyanında. Yenə ağrıyan da, acıyan da , Türkiyənin göz yaşını da silən biz olduq.Nədən dünya belədi, qardaş?!

Sosial şəbəkələrəbaxıram. Bizimkilərin bir çoxu profillərinə özlərinin Fransa bayrağına bələnmiş şəkillərini qoyurlar. Təbiidi! Fransız xalqı ilə həmrəyliklərini bildirirlər, kədərlərinibölüşürlər. Amma Surucda və Ankarada terror olanda nədənsə Türk bayrağına bələnmişşəkillərini qoymamışdılar. Yox, adamın Allahıvar, beş-on nəfəri vardı. Bax, təbii olmayanbudu.

Parisdəki dəhşətliterrordan sonra Fransa prezidentinə ilk başsağlığıverən Azərbaycan prezidenti, hörmətli İlhamƏliyev oldu. Çünki 25 ildir ən böyük terrora məruz qalmış, ən böyük terrorları yaşamış bir xalqın, bir dövlətin başçısı kimi fransız xalqının bu dəqiqə hansıhisslər yaşadığını, hansı ağrı-acını yaşadıqlarınıhamıdan yaxşı bilir.

Kimsə bizim gözyaşlarımızı silməsə də, biz dünyada hər birməsum insanın, hər bir məsum xalqın,hər bir terror qurbanının göz yaşını silməyəhazırıq. Çünki göz yaşının tamını da hamıdançox dadmışıq.

Tanrı Azərbaycanı qorusun!

Tanrı Prezidentimizi qorusun!


TƏQVİM / ARXİV