adalet.az header logo
  • Bakı 20°C
15 Noyabr 2015 20:55
7184
KRİMİNAL
A- A+

Nə az nə çox 240 min manatı yoxa çıxdı

Bakı sakini külli miqdarda vəsaitinin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, Tünzalə Əliyeva adlı qadın bildirib ki, Nəsimi rayonu Quliyev küçəsində tikilən çoxmərtəbəli binada mənzil almaq məqsədi ilə həmin ərazidə tikinti aparan şirkətin rəhbərlərindən olan İlkin adlı şəxsə 239 min 840 dollar pul verib. Həmin şəxs bu pulun qarşılığında T.Əliyevaya 3 ədəd ikiotaqlı mənzil təqdim etməli olsa da, vədinəəməl etməyib və vəsaiti mənimsəyib.

T.Əliyeva məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

Müraciət əsasında araşdırma aparılır.