adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Fransa terrorunun pərdəarxası

ƏDİLZADƏ ƏDİL
38575 | 2015-11-14 16:02

Terror sərhədtanımır. Ötən gün Fransada baş verən hadisələr bir daha bunu sübut etdi.Günahsız insanların ölümü, eyni zamanda minlərlə insanın təlaş içində yaşaması... 

Məsələnin mahiyyəti bu terrorun Suriyada, Türkiyədə və yaFransada baş verməsi deyil. Mahiyyət bu kimi hadisələrin niyə və hansı zərurətdəndoğmasıdır. Dünyanı lərzəyə salan Fransa hadisələrini İŞİD öz üzərinə götürməyinəbaxmayaraq qaranlıq məqamlar hələ də qalmaqdadır.

Bir sırapolitoloqlar hesab edir ki, Fransa terroru heç də sıradan bir hadisə deyil.İŞİD bununla Avropaya meydan oxuyur və Fransanın timsalında Almaniya, İtaliya,İspaniyada da bu kimi hadisələrin təkrar oluna biləcəyini ortaya qoyur.Terrorun Fransada baş tutmasının siyasi tərəfləri ilə yanaşı dini tərəfləri dəvar.

Öncəsiyasi tərəfləri barəsində.  Araşdırmalaronu deməyə əsas verir ki, Fransa Suriya hadisələrində kənarda qalsa da, əslindəprosesin tam ortasında yer alırdı. ABŞ-a açıq dəstək verməyən Olland Bəşər Əsədidevirmək üçün bütün imkanlarından istifadə edirdi. Məsələ budurmu? Xeyr. Məsələninmahiyyəti G 20-lərin Türkiyədə keçiriləcək  toplantısıdır. Belə ki. bu toplantıda dünyaliderlərinin əsas müzakirə mövzusu dünyada baş verən iqtisadi böhran və buböhrandan çıxış yollarının tapılması olacaqdı. Güman olunur ki, Fransua OllandTürkiyəyə əliboş getməyəcəkdi. Fransa prezidentinin bu toplantıda ABŞ, Almaniyavə Türkiyə ilə müştərək plan hazırlayacağı, bu planın əsas hədəfi isə neftinqiymətinin 60-80  dollar arasındasaxlanması olacaqdı. Bu isə bir başa İŞİD-in işinə yaramır. Çünki hazırda İŞİDneft gəlirlərindən əldə etdiyi gəlirlər hesabına ayaq üstə dura bilir. Bu üzdənFransada belə bir hadisənin törədilməsi ilə gündəmi dəyişməyi bacaran terror təşkilatı  əslində neftin qiymətinin qalxmasınınqarşısını almış oldu.

İddiaoluna bilər ki, İŞİD-in əsas neft alıcıları elə inkişaf etmiş ölkələrdir. Beləolan təqdirdə neftin qiymətinin qalxması onların işinə yarayırmı? Bu məsələdəneftin qiyməti əsasən rıçaq rolunu oynayır. Çünki istər ABŞ-ın, istərsə dəFransa və digər inkişaf etmiş ölkələrin neftə olan tələbatını ödəyəcək başqa mənbələrdə var. Ancaq indiki halda bu qiymətlər digər neft ixrac edən ölkələrininkişafının qarşısını almış olur. Bu isə dünya birliyinə sərf etmir.

Məsələninsiyasi tərəfləri ilə yanaşı dini tərəfləri də var və bu ehtimallar heç də əsassızdeyil. Məlum məsələdir ki, bir müddət öncə Fransada Məhəmməd peyğəmbərinkarikaturası yayımlanmışdı. Böyük qalmaqala səbəb olan hadisə nəticəsində birneçə jurnalist həyatını itirmişdi. Üstəlik Ərəb ölkələri Fransa ilə münasibətlərinəyenidən baxmağa məcbur olmuşdu. İndi isə Fransada terror oldu. İnsanlar qorxu vəçaşqınlıq içindədir. Dini ekspertlər isə məsələnin karikatura ilə bağlıolduğunu irəli sürür. Güman olunur ki, bu kimi terror hadisəsinin Fransada başverməsi yaradanın işidir. Bu hadisə gec-tez olmalı idi. Çünki Məhəmməd peyğəmbəritəhqir etmək, peyğəmbərə küfr etmək heç kimə xeyir gətirməyib.

Sonda isəonu qeyd edək ki, İŞİD-in arxasında bir müddətə qədər hansısa dünya dövlətidura bilərdi. Artıq bu terror təşkilatı canlı bomba kimi dünyanı lərzəyəsalmağa başlayıb. Güman ki, terrorun növbəti hədəfi İŞİD-in pərdə arxasındagizlənən himayədarları olacaq.

TƏQVİM / ARXİV