adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÜZ SUYU

ƏBÜLFƏT MƏDƏTOĞLU
63297 | 2015-11-13 18:15

Quraqlıqtəhlükəsi hər gün artır

Neçəgündür ki, başımda bir fikri özümə yük eləmişəm. Hara gedirəm aparıram özümlə.İndi də ondan canımı qurtarmaq qərarınagəlib dayanmışam bilgisayarın qabağında.İstəyirəm çox yumşaq bir şəkildə nə o fikri, nə bilgisayarı, nə də bilgisayararxasında əyləşmiş xanımın xətrinə dəymədən canımı bu fikirdən qurtarım. O dərahat olsun, mən də. ona görə də bir nağıla üz tuturam və…

Biri varidi, biri yox idi, on beş məmləkətin toplumu olan bir Şura hökuməti var idi.Daha doğrusu, sovet dövləti var idi, ucu-bucağı bilinmirdi. Bir tərəfində günçıxanda o biri tərəfində gün batırdı. Bir üzü gecəydi, bir üzü gündüz. Bu onbeş məmləkətin hamısının dədəsi, anası məlumolsa da, amma bir damın altına yığışıb özlərini qardaş elan eləmişdilər. Bəzilərikönüllü, bəziləri zor gücünə. Nə isə…

Hə, deməli,bu sovet hökumətinin özünəməxsus tarixi var idi və bu tarixin də bir səhifəsiibarət idi şüarlardan. İndi o şüarlardanbirini dilə gətirəcəm. Yaşıdlarım, az-çox kitab oxuyanlar o şüarı yəqin ki,unutmayıblar, xüsusilə meliorasiya işçiləri. Çünki onların çörəyi məhz oşüardan çıxırdı…

Hə, deməli,çox böyük hərflərlə məlum yerlərə yazılırdı bu şüar və birbaşa adamıngözünün içinə girirdi:

- SUHƏYATDIR!

Bəli, buşüarın mənası da, onun tutumu da, onun əhatə etdiyi coğrafiya də öz əhəmiyyətinibu gün də saxlayır. Necə deyərlər, bu şüar «Yaşasın Lenin babamız!» şüarındanyerlə göy qədər fərqlənir. Ona görə də ömrü uzun olub bu şüarın. Elə bu günşüar formasında olmasa da, məna, məram formasında biz yararlanırıq «Su həyatdır!»deyimindən. Axı doğurdan da insanın yaşamı üçün, özü də təkcə insanın yox,bütün canlı aləmin, təbiətə mövcudluğu üçün su bəlli şərtlərdən biridi. Həttaoda sitayiş edən bizlər, yəni Odlar yurdunun övladları yaxşı bilir ki, çərşənbələrimizinbirinin də adı su çərşənbəsidi. Ona görə də su məsələsi həmişə önəmli olub vəbu gün də önəmlidi. Məhz mən də həmin önəmə söykənib neçə vaxtdı özümə yüketdiyim fikrin tilsimini qırmaq istəyirəm. Belə ki, sizə zarafat kimi görünsə də,mən bunu ciddi şəkildə bəyan edirəm və vurğulayıram ki, o şura hökumətininzamanında su deyəsən daha bol idi. O qədər bol idi ki, adamların da üzündə suvar idi. Yəni üzüsulu insanlar hər yerdə, hər addımda adamın qarşısına çıxırdı. Baxırdın üzünün suyuna və başa düşürdün ki,bu, adam oğlu adamdı. Bununla danışmaq da olar, görüşmək də, hətta yol-yoldaşıda seçmək olar bunu özünə. Deməli, bu günə üz tutanda məhz həmin o üzüsuluadamlar üçün içimdə bir təəssüf, bir nisgil hissi yaşayıram. Hardasa elə bilirəmki, rəhmətlik şura hökuməti gedəndə özü ilə o dünyaya bir xeyli adamın üzününsuyunu da aparıb. Ona görə də bir qisim üzlər susuz qalıb, par-par parıldayır.Adamı qınayan olmasa o üzlərə baxıb saçını-saqqalını tumarlayar və… Salavatçevirər!

Bəli, mənimbu dediklərimi dağa-arana yozmayın. Həqiqətən bu gün üz suyu böyük birproblemdi. Üzün suyu azaldıqca böyük-kiçiklik də, sayğı da, yerini, dəyərinibilmək də arxa plana keçir. Hətta nəyin nə olduğunu, kimin kimdən törədiyini fərqedə bilməyənlər öz susuz üzləriylə üzüsulu adamları elə tapdalayıb keçirlər ki,adamın yadına məşhur «Axırıncı aşırım» filmində Kərbəlayının dediyi fikirlərdüşür. Mən o fikirləri bir az təhrif edib belə deyərdim:

- Üzsuyuna hörmət etməyənlər üzüsulu adamların üstündən tank kimi keçirlər!..

Bəli,düşünürəm ki, nəyə işarə vurduğumu və niyə məhz üz suyundan danışdığımı dəyərlioxucular təxmin etdilər. Təxmin etməyənlər edənlərdən soruşarlar. Soruşmaq istəməyənlərəisə onu deyə bilərəm ki, su nemətdi. Deməli, bunemət də dəyərləndirilməlidi, özü də bütün mənalarda. Hətta əl-üzünüyuyanda belə düşünməlisən ki, bu suyaüzümün suyu qarışıb durulanmasın. Yoxsa dərim çat-çat olar, üzüm susuz qalar.Bir az da qəliz desəm, üzün elə parıladayacaq ki, işığı bütün içalatını göstərəcək. Yəqin ki, bunuarzu etməzsən!..

Hə, mənyazımı nağıl diliylə başladım və suyun həyat olduğunu vurğulamaqla sözarasıdedim ki, üzüsulu adamlar yaman azalıb. Belə getsə, üzüsulu adamları əliçıraqlaaxtaracağam. Tapanda da onları tütiyə sayacağıq. Deməli, bizi bir fəlakət dəgözləyir. O da üz suyunun qırmızı kitabadüşməsidi. Bunu yəqin ki, düşünməyə başlayacağıq. Təbii ki, bu işdəüzüsulu adamlar qabağa düşməlidi. Əgər qarşı tərəfdən çəkinmirlərsə. Çəkinməkdeyəndə mən qol gücünü nəzərdə tutmuram, abır-həyaya işarə edirəm. Axı üzüsuluadamlar elə üzlərinin suyunu abır-həyayla qoruyublar və onlara heç nə xonçadabağışlanmayıb. Dişlə-dırnaqla qazanıblar onlar hər şeyi. Elə bu yerdəövladlarıma yazdığım bir şeir yadıma düşür. Onlara yazmışdım ki:

həyatda

heç nə

qarşıma

gəlmədixonçada…

əksinə

yaşadıqlarım,

dahadoğrusu

nə gəldisəbaşıma -

hamısı

güvəndiklərimin

qatdığı

su idi

istiaşıma…

odur ki,

seçdiyim

vəkeçdiyim

bu yolu

bəzən əzmlə,

bəzənbizimlə

dirsəyimlə

açdım…

hətta

addımlamalıolanda da

qaçdım…

qaçdımki,

ətəkdəntutmayım

təmənnalı,

minnətli

hava daudmayım!..

həyatda

ayaqlarımda

əllərimkimi

qabarbağladı -

zəhmətdən…

dilimdodağım da

ürəyimkimi

qubarbağladı

yurd həsrəti

çəkməkdən!..

həyatda

qarşımdaxonçada

görmədiklərimidə

mənovcumda

aparmadım

övladlarımın önünə

odur ki,

şüküredirəm

xonçasızolan bəxtimin

bugününə!

***

Eşitdiyiməgörə, dünyanı nə vaxtsa quraqlıq öz cənginə alacaq və bir də eşitdiyim görə buproses artıq başlayıb. Və mən də başlanan bu prosesin ilk əlamətlərini eləsusuz üzlərdə görürəm. İnanın ki, müxtəlif adlı, müxtəlif geyimli, müxtəlifgörkəmli cinsini dəyişənlər və onlara uyğun olanlar barəsində mətbuatda müəyyənbir informasiya ilə qarşılaşanda və yaxud da həmin o bəndəciklərin hüquqlarınınqorunması barədə bəyanatları eşidəndə, onların müdafiəsi üçün yaranan təşkilatlarınqeydiyyata alınmasını və ən vacibi isə bu yaramazların digər əməllərini dəstəkləyənlərigörəndə, duyanda ayağımın altından az qala yer qaçır. Elə bilirəm ki, yerin buqaçmasının ən böyük səbəblərindən biri də məhz o su məsələsidi. Çünki quraqlıqyerin də üzünü çatladır. Yəqin gəzib görmüş olarsınız susuz ərazilərin necəçatlaq-çatlaq olduğunu. Nə isə…

Bütünhallarda günah insanın üzərində qalır. Çünkiyaradılan şərait öz ilkinliyindən, öz parametrlərindən uzaq düşəndəboşluğa həmişə bir axın olur. Bax, aliinsanlıq barədə düşünənlərin yol verdikləri nöqsanlar həmin o boşluğunyaranmasına və bu boşluğa da xəstə təfəkkürlü yaramazların meyl etməsinə imkanverib. Yəni qaş düzəltmək istəyənlər gözün də korluğuna şərait yaradıblar. Bunuqəbul etsək də, etməsək də, bu həqiqətdi, bir gerçəklikdi. Mən də düşünürəm ki,gerçək nə qədər acı olsa da, onu görmək, demək, onu aradan qaldırmaq insanın təbiiki, əxlaqlı insanın borcudu. Bu mənada son günlər paytaxtda həmin o «bəndəcik»lərinbirinin boğazının kəsilməsi barədə oxuduğum informasiya bir insan kimi məni təlaşlandırdı,narahat etdi. Amma həm də hara gəldi çıxdığımızı, hansı nöqtədə durduğumuzudüşünməyə məcbur etdi. Necə deyərlər, bəs bundan sonra?

Bəli,söhbət elə bu sualdan, yəni bundan sonradadı… Bilmirəm, daha doğrusu, bilməkgücündə deyiləm bundan sonra nə olacaq? Bildiyim təkcə odur ki, biz insanlığınerroziyasını yaşayırıq. Bu aşınma insanlığı məhvə aparır. Onu durdurmaq, onumüalicə etmək nə qədər çətin olsa da, mütləq lazımdı. Kimsə məni münəccimlikdəvə yaxud ağlıma gələni yazmaqda qınayabilər. Lakin mən birmənalı şəkildə özüm üçün dəqiqləşdirmişəm ki, bəli, bizözümüz özümüzdən get-gedə uzaqlaşırıq. Özü də yaxşıya doğru yox. Deməli, mənfiliklərinartması fəsadların çoxalmasına və bu çoxluğun da sonda böyük faciələrə yolaçmasına indidən son qoymaq hökmünü vermək heç də günah olmazdı. Nə bilim, sizi deyə bilmərəm,amma mən bu fikrimdə israrlıyam.

Bir gerçəkdə var. Təbii ki, o da həmin o dediyim aşınmanın fonunda açıq bir şəkildə görünür. Yəni insanın ən müqəddəs,ən ali hisslərinin kütləşməsi, şablonlaşması öz mənasını kosmetik bir şəkləçevirməsini yəqin ki, hiss edirsiniz. Burada söhbət sevgidən, duyğulardangedir. Çox təəssüf ki, həmin o sevgi də, o hisslər də indi hazır mesajlarkimidi. Hansısa bir düyməni basırsan və istədiyin şablon, sevgi mesajları istənilənünvana özünü çatdırır. Amma o mesajın içərisində ürək olmur, ruh olmur, duyğuolmur. Ölü bir mesaj!.. Hə, deyəsən bu fikir yerinə düşdü. Elə ona görə də birsevgi şeirinin yeri görünür. Çünki bu şeirdə mən hisslərimi, duyğularımıismarıca çevirmişəm, yəni mesaja.

Sənruhumda, qanımdasan

Nəfəs çəkənanımdasan

Haragetsəm yanımdasan -

Mənözümü gəzdirirəm…

Qızılgülünətrindəsən,

Ürəyiminçətrindəsən

Nəyazıram sətrindəsən -

Mənsözümü gəzdirirəm…

Günümkeçir od üstündə

Od içimdə,od üstümdə

İzin düşənot üstündə -

Məngözümü gəzdirirəm…

Bağımbarınmaq üçündü

Dağımyarınmaq üçündü

Yarımsarılmaq üçündü -

Məndözümü gəzdirirəm!..

***

Hə,bütün yazı boyu məni narahat edən fikrə aydınlıq gətirməyə çalışdım. İstədimki, sizinlə bölüşəm həmin fikri. Bilmirəm, həmin o istəyimə çata bildim, yayox, amma yazı boyu bir daha anladım ki, həqiqətən su həyatdı. Çünki bilgisayarotağına daxil olan və bu mövzunun diktəsinə gah mane törədən, gah da mövzunubir az da cilalayan ayrı-ayrı adamlarındavranışı düşündüklərimdə haqlı olduğuma bir daha inandım. Və mən sizlərin dəarasında mənimlə həmfikir olanlarınsayının az olmadığına şübhə etmədən demək istəyirəm ki, rəhmətlik sovethökumətinin şüara çevirdiyi «su məsələsi» bu gün üz suyu məsələsinə çevrilib.Ona görə bir-birimizin gözünə, üzünə baxanda diqqətli olaq. Gözümüzdə yaşaxtarmayaq, tir axtarmaq. Sadəcə, üzümüzün suyuna baxıb daxilən rahatlanaq və həttaimkanımız olsa üzümüzün suyuna bir salavat çevirək. Yəqin ki, bu, bizimüzümüzün suyunun qorunmasında həm Allah dəstəyini artırar, həm də özümüzbir-birimizə dəstək olarıq. Sizcə bu necə təklifdi? Oxumağa, əməl etməyə dəyər?..


TƏQVİM / ARXİV