adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də...

RAMİLƏ KULİS.AZ
254277 | 2012-12-26 10:26

Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi:"Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ƏnvərHəsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanovayerindəcə keçinib".

Quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyənaparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acıxəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım. Ailədə altı uşaq olublar, beş bacı, birqardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat hamıdan ərköyün və çılğın uşaq idi.

Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin,idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyətvə İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı vəreaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən düşüb özünə bir"düz-əməlli peşə" tapar.

Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəbillərində "7 oğul istərəm"filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindəndüşmürdü. Cəlalın (Ənvər Həsənovun-red.) şəklini otağının divarından asmışdı.Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçünaktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr,tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu.İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovunevinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə ilvar. Hələ ki, Möminat institutun aşağıkurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl kinolara çəkilir.

1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov "Dərviş Parisipartladır" filminə kino sınaqları keçirirdi. Tələbə Möminat eşidir ki,filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərindəiştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaqçəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağagələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun sərrafrejissor gözündən yayınmır. Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənəŞərəfnisə olar? Ənvər "elə olar", -deyə yarızarafat cavab verir. Ammahər ikisi hiss etdi ki, aktrisada əsl bəy, xan qızlarına, xanımlarına xasşahanə görkəm var.

Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna ənlayiqli namizəd kimi.

Ənvər Həsənov danışır: "Münasibətlərimiz elə bu filmlə də başladı.Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq".

1978-ci ildə institutu bitirən Möminat Qurbanovaya o vaxt hamıya veriləntəyinat əvəzinə azad təyinat verilir, çünki artıq çox tanınmış aktyor ƏnvərHəsənovun həyat yoldaşı idi. Ənvər Həsənov isə "Azərbaycanfilm"dəçalışırdı.

Ənvər isə onu daha çox evdə görmək istəyirdi.

"İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Möminatı uşaqla,mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəmolmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim".

İllər keçir, artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətrinərazılaşmış aktrisa daha bir filmə dəvət alır. Bu dəfə dəvət deyildi, tələb idi.Ailənin dostu Şeyx Əbdül Mahmudbəyov Qaçaq Nəbidən bəhs edən "Atlarıyəhərləyin" filmində Həcər rolunda Möminatdan başqa heç bir aktrisanıtəsəvvür edə bilmirdi.

Ənvər Həsənov deyir: "Möminatın igid, ağıllı qadın görkəmi vardı.Çox ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları vardı.Onun iştirak etdiyi məclislərdə kollektiv şənlik olardı. Həsən Turabovla Əbdüldedilər ki, razı olmasan, onu qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildirazılaşdım. Nəbini Həsənağa Turabovoynasa da Həcərlə olan əksər mehribançılıq səhnələrində özüm oynamışam, qrimielə ediblər ki, hiss edilməyib. Həcərin at çapmaq səhnələrini də Möminatıntəhlükəsizliyi üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə atçapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürübbaş alıb getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Möminata möhkəm acığımtutdu, elə bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi təsəvvürümə beləgətirə bilmirdim".

Həcər rolunu oynayanda Möminatla Ənvərin Aytən adlı bir qızları vardı.Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi. İkinci uşağın dünyayagəlməsi üçün Möminat xanım həyatını riskə qoymalı idi. Ondan olsa riskəgedərdi. Yenə Ənvər Həsənov heç nəyin xətrinə Möminatın həyatını riskə qoymağarazı olmadı.

"Möminat cəmi üç filmə çəkilib, üçündə də mənimlə birgə. Üçüncüfilm kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi sevinirəm ki, heçolmasa üç filmə çəkilib, tarixdə qalacaq o filmlərlə. Daha çox çəkilsəydi,böyük uğurlar qazanardı. İncəsənət Muzeyində çalışırdı, elmi dərəcəsi də vardı,tez bir zamanda şöbə müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insanidi".

Bir gün dostlarla birgə növbəti ailə şənliyini qeyd etmək üçün şəhərkənarına çıxmaq istədilər.

Möminat xanımın 50 yaşı olurdu, dörd il əvvəl dekabrın 8-i idi. Dostları onları Nabrana dəvət etmişdilər.Razılaşmışdılar, amma nədənsə yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər.Möminat xanım axşam nə isə yuxu görübmüş, əhvalı pis imiş.

"Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonranədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat , dostlar aşağıda, maşındagözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim ayqız, sənin yubileyindir gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim budublyonkanı dəyişim, sonra gec olar dəyişməzlər. Razılaşdım və keçib o biriotaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Möminatəlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim otüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən,mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki,Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum rola, Möminat məndənarxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm,sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi,arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, roluqəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldıağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb birkəlmə deyə bilmədi. İndiyə qədər özümə gələ bilmirəm, yaxşı ki, qızım, nəvəmvar, onlara görə yaşamalıyam".

50 yaşı qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıbmış taleyinə.Ənvər Həsənova isə ondan sonra "bəlkələrlə", "kaşlarla"özünə əzab vermək.

Dörd ildir ki, Mömünatsız bir dəqiqəsi yoxdur. Hər an düşünür,xatırlayır, müşkül suallara öz-özlüyündə cavab axtarır.

Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Murad adlıbalaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayır. Bir-birilərinə dəstək, dayaqolurlar. Bir də çəkəcəyi filmlərdir onun təsəllisi.

Dörd ildir ki, hər il dekabrın 8-i bu ailədə doğum günü ilə ölüm günübir yerdə qeyd olunur.

Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi:"Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ƏnvərHəsənovun idarə etdiyi filan nömrə nişanlı maşın aşıb, nəticədə sərnişinMöminat Qurbanova yerindəcə keçinib".

Bu quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onudeyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki,bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

Ramilə QURBANLI

Kulis.az

TƏQVİM / ARXİV