adalet.az header logo
  • Bakı 13°C

QONŞU QONŞU OLSA...

BABƏK YUSİFOĞLU
61832 | 2012-12-26 10:19

Hazırda Cənubi Qafqaz və onaqonşu olan dövlətlərdə gedən proseslər daha çox diqqət mərkəzindədir. Çünki həmsiyasi, həm də iqtisadi hadisələrin inkişafı ondan xəbər verir ki, bütöv birregion hansısa dəyişiklik mərhələsinə qədəm qoyub. Əlbəttə, gedən proseslərinAzərbaycanla bağlı hissələri bizim üçün önəmli olduğu üçün bəzi maraqlıməqamlara diqqət çəkmək istərdim.

Mətbuatın xəbər verdiyi kimi qonşu Gürcüstanda hakimiyyətə gələn Bdzinaİvanaşvilinin bu gün Bakıya səfəri reallaşır. Və onsuz da son dövrlər xeyli dərəcədə sərinləşməyə macaltapmış Azərbaycan-Gürcürtan münasibətləri bu vizit öncəsi bir daha narahat açıqlamalarlasilkələndi. İvanaşvili bəyan etdi ki, beynəlxalq layihə olanBakı-Tiflis-Axalkalaki-Qars (BTAQ) dəmiryol dəhlizinin işə salınması Gürcüstanaiqtisadi cəhətdən o qədər də sərfəli deyil. Və qısa da olsa məsələnin bəzitəfərrüatlarını da söylədilər.

Hökumətin digər nümayəndələrindən də gələn açıqlamalarda bildirildi ki,BTAQ layihəsi həm iqtisadi, həm də siyasi cəhətdən daha çox Azərbaycan tərəfinəsərf edir. Çünki Bakı bu yolla Ermənistanın iqtisadi blokadasını sərt şəkildəsaxlaya bilir. Bunun ardınca isə müəyyən dairələrdə Gümrü dəmiryol xəttinin işəsalınması ideyası da ortalığa atıldı. Maraqlıdır, bu açılqlamaların üstündənqısa zaman keçməsinə baxmayaraq artıq həmin mövzu ətrafında saysız-hesabsızproqnozlar, təhlillər verilməyə başlayıb. Ən çox da erməni ekspertləricanfəşanlıq edir.

Bütün bu deyilənlərdən belə görünür ki, yeni gürcü hökuməti məlumaçıqlamalardan sonra Bakıdan böyük güzəşt mesajlarının gələcəyini gözləyirmiş.Çünki seçkilər ərəfəsində"Gürcü arzusu"nun lideriəhaliyə elektrik enerjisinin, qazın daha ucuz qiymətlərlə satılacağınasöz vermişdi və çox yəqin ki, dediklərinihəyatda reallaşdırmaq üçün belə manevrlərlə uğur qazanacağına inanırmış.Reallıq budur, həqiqətən dəAzərbaycansız verdiyi həminvədləri gerçəkləşdirmək sadəcə mümükün deyil. Ən azı indiki dövrdə. Məhz Rysiya ilə hazırkı münasibətlər Azərbaycan variantını alternativsiz edir.

Belə olan halda böyük biznesmen olduğu söylənən bir adam nəyə ümid edibbelə bir cəzbedici platformayla xalqın önünə çıxa bilərdi ki? İvanaşvili çoxgözəl bilir ki, kasıb gürcü əhalisininsəslərini məhz bu cür vədlərlə qazanmaq mümkündü. Amma görünən budur ki,yeni gürcü hökuməti tərəflərin gücünü və vəziyyətin tamamilə ondan asılıolmadığını doğru hesablaya bilməyib.

Deyim ki, Tiflis Bakının ilkin cavabını artıq alıb. NəqliyyatNazirliyinin mətbuat katibi bildirib ki, Bakı məlum layihənin Gürcüstanərazisindən keçən hissəsinin tikintisi üçün Tiflisə 775 milyon dollar güzəştlikredit verib. Və layihənin özü üç ölkə - Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindənqəbul edilərək təsdiqlənib. Habelə, onun həyata keçirilməsində Orta Asiya vəAvropa çox maraqlıdır: "Azərbaycan inanır ki, bu layihə regionun, həttadigər ölkələrin strateji, həm dəiqtisadi inkişafi üçün çox böyük əhəmiyyət daşıyır. Onu da qeyd etmək lazımdırki, bu layihə həyata keçəndən sonra regionunun təhlükəsizlik sisteminin birhissəsinə çevriləcək. Azərbaycanbeynəlxalq razılaşmalar çərçivəsində öz üzərində götürdüyüöhdəlikləri daim yerinə yetirib vəyetirir, eləcə də razılaşmada iştirakedən tərəfdaşlarından da məsələyə bu cür yanaşacaqlarını gözləyir".

Mətbuatın verdiyi xəbərlərə görə, artıq cavabın qeyri-rəsmi hissəsi dəTiflisə çatdırılıb. Və seçkilərdəki qələbənin eyforiyasını yaşayan,siyasi-idarəetmə təcrübəsi olmayan Bdzina İvanaşviliyə öz yaxın ətrafı çatdırıbki, həmişə çətin situasiyalarda gürcülərin köməyinə çatan Azərbaycan öz qazınıən aşağı qiymətlərlə - 1000 kubmetr qazı200 dollara satır və bunlardan sonraqiymətlərə yenidən baxa bilər. Çünki hazırkı qiymət də Azərbaycanın iqtisadimaraqlarına cavab vermir. Bundan başqa, xatırladılıb ki, Azərbaycan hazırdaGürcüstanın iqtisadiyyatına 3 milyard dollar investisiya qoyub ki, bu məsələ dəböhran yaşayar. Hələ bu üzdən Türkiyənin də Gürcüstanla münasibətlərinin pozulabiləcəyini düşünəndə gürcü hökuməti dövlət idarəçəliyinin biznes idarəçiliyinəoxşamadığını yəqin ki, anlayacaq. Amma ozaman bunun gec olmayacağının qarantını da kimsə verə bilməz.

Onu da qeyd etmək lazımdı ki, İvanaşviliilə Vladimir Putinin yaxın vaxtlarda görüşəcəyi və tərəflər arasındamövcud olan problemlərin çözülməsi istiqamətində addımların atılacağı mövzusudövriyyəyə buraxılmışdı. Amma bütün bunlar da sən demə, təbliğat xarakteridaşıyırmış. Çünki bir neçə gün əvvəl Moskvada mətbuat konfransında çıxış edənRusiya prezidenti açıq şəkildə söyləmişdir: "Cənab İvanaşvili iləgörüşəcəyimlə bağlı ilk dəfədir eşidirəm. Bizdə bu məsələ ilə bağlı rəsmimüraciət yoxdur. Onun RusiyaFederasiyasında biznesi də var... Mən onunla tanış deyiləm... Mən hələ anlamıram, bizimmüzakirələrin predmeti nə ola bilər ki?.."

Putinin bu cavabı açıq göstərir ki, yaxın perspektivdə Moskva Tiflisi"bağışlamağı" düşünmür. Bundan ötrü gürcülər rusların dudkasınaoynamalıdır. Gürcüləri isə belə dudkaya oynamağa İvanaşvilinin gücüçatmaz. "Gürcü arzusu" isə özünü düşünülməmiş addımlarıyladelemmalar içərisinə daha çox salır.

Gürcü hökuməti BTAQ dəmiryoldəhlizi məsələsini bu şəkildə ortaya atmaqla Azərbaycandan daha əlavə güzəştlərqoparmağa çalışır. Maraqlıdır, elektrik enerjisini 27 faiz ucuzlaşdıracağını, qaz tariflərinin aşağısalınacağını, digər sahələrdə də endirimlərə nail olacağını vəd verənİvanaşvili görəsən kimə və nəyə güvənərək xalqa səslənirdi? Guya xəbəri yoxdurki, gürcülər hazırda ölkə prezidenti olan Mixail Saakaşvilini getdiyi yerlərdədaşa və fitə ona görə basır ki, yeni hakimiyyətdən ucuzluq gözləyirlər. Və"Gürcü arzusu" bu ucuzluğu verə bilməzsə xalq həmin daşıİvanaşvilinin üzərinə yönəldəcək.

Əslində Gürcüstanın yeni hakimiyyəti qələbə eyforiyasından qurtulubAzərbaycanla bazarlıq söhbətləri qurmamalıdırlar. Əks halda onlar Azərbaycankimi bir qonşunu itirə bilərlər. Türkiyənin də etibarını məhv edərlər. Rusiya ilə münasibətlərinin üzərində isə Abxaziyavə Cənubi Osetiya kimi mürəkkəb düyünlər var ki, xalq da onları İvanaşviliyəheç vaxt qurban verməz. Hazırda o qonşularıyla münasibətləri sərinləşdirməkəvəzinə özünün Rusiyadakı biznesini qurtarmaq üzərində düşünsə daha yaxşıolar...

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV