adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SEÇİM ANI…

ƏBÜLFƏT MƏDƏTOĞLU
59943 | 2015-10-31 10:50

Biz üç məqamdaseçə bilmirik

İnsanYer üzünün ən güclü, ən qüdrətli və ən müdrik varlığıdı. Bunu mən demirəm, yənibu heç də mənim ixtiram və yaxud mənim gəldiyim nəticə deyil. Bu, Tanrınınyaratdığı və hər kəsi, hər şeyi idarə etmək qüdrətinin bəxş etdiyi bir varlığındigər canlılardan fərqidi. Yəni məhz düşünməsinə, idarə etmək qabiliyyətinə,gücünə görə insan Yer üzünə qədəm qoyub və Allahın «Ol!» dediyi andan bu günə qədərgəldiyi yolda özünü təsdiq edən varlığın görünən, məlum olan xüsusiyyətidi.İnsan «Ol!» kəlməsindən bu günə qədər məhz özü də nələrinsə olması üçün həmişəcan atır. Və demək olar ki, həmin o can atdıqlarına da qovuşa bilibdi. Amma çoxqəribədi ki, Allahın ol deyib olmasına hər cür şərait yaratdığı insan üç məqamdaacizdi. Onun birincisi atanı seçməyidi, ikincisi ananı seçməyidi, üçüncüsüdoğulacağı yeri seçməyidi. Yəni bu üç məqamın heç birini insan seçə bilmir – nəvalideynlərini, nə də doğulacağı yeri.

Çox qəribədiki, bu üç məqamı seçə bilməyən insan həyatda hər şeyi seçir - yaşamaq yerini də…dostu da… yarı da… peşəni də… yeyəcəyini də, geyəcəyini də, alacağını da… verəcəyinidə!.. Maraqlıdı, bu qədər seçim imkan olan insana Allah nədən valideynlə, doğumyerini seçmək imkanını verməyib.

Zaman-zamanbu sual ətrafında düşünürəm. Amma gerçək bir cavaba gəlib çıxa bilmirəm. Ammayadıma nədənsə bir müdrik kəlam düşür. Yəni o kəlam məni həmin sualdan cavabadoğru bir az itələyir, bir az çəkib aparır. O kəlamı deyim siz də bilin.

Aqillərsöyləyir ki, bir məşhur pəhləvanın yanına bir cavan oğlan öyrənməyə gəlir, pəhləvanlığınsirlərini. Həmin o məşhur pəhləvan da buna özünün bildiyi 40 sirdən 39-nu öyrədir. Və günlərin birində özündən razı həmin ocavan pəhləvan ustadını meydana çağırır, onunla güləşəcəyini bəyan edir. Təbiiki, yaş sözünü deyir, amma ustadlıq da ustadlıqdı də. Vəziyyət bir az gərginləşəndəustad həmin 40-cı sirlə, yəni üsulla cavan pəhləvanın kürəyini yerə vurur.

Pərtolmuş gənc pəhləvan ayağa qalxıb hay-küy salır ki:

- Yox, sənmənə qırxıncı üsulu öyrətməmişdin, ona görə məni yıxdın.

Ustad dagülümsəyib deyir ki, qırxıncı üsulu da mən bu gün üçün saxlamışdım.

Bəli, məndə həmin məntiqdən çıxış edib düşünürəm ki, böyük Yaradan biz insanlara da nəvaxtsa daha böyük, az qala Allahlıq iddiasına düşmək fikrimizin önündə həmin ovalideynləri və doğum yerini seçə bilməmək üsulunu öyrətməyib, verməyib. Hərhalda, bu mənim öz düşüncəm, öz mülahizəmdi, kimlərsə təbii ki, başqa cür dədüşünüb mülahizələr irəli sürə bilərlər.Sadəcə mən söylədiyim o kəlam və ümumiyyətləseçimlə bağlı dilə gətirdiyim fikirlər bu günün öz şinelindən çıxıb. Yəni bizlərləseçki günü arasında artıq saatlarla ölçülən zaman qalıb. Ona görə də bu zaman bir növü götür-qoy etmək, seçim qərarıvermək üçün bir növü sonuncu şansdı. Bu sonuncu şansdan yararlanma, gerçəyinyanında olmaq, gerçəyi seçmək isə bizim müstəsna hüququmuzdu. Təki seçimimizdəyanılmayaq. Axı biz zaman-zaman etdiyimiz seçimlərin hamısında həmişə dürüstolmamışıq. Ona görə də özümüzə təsəlli üçün «olub keçənə güzəşt deyərlər»fikrini formalaşdırmışıq. Elə bu məqamda da xatırladım ki, elə bunun özü dəAllahın bizə bir təsəlli lütfüdü. O lütf növbəti addıma, növbəti seçimə, növbətimünasibətə bir növü yaşıl işıq yandırır, fürsət verir. Deməli, bütün hallarda seçim dediyim bəlli məqamlardanbaşqa hər kəsin öz ixtiyarındadı.

Buradabir gerçək də var. Onu da qeyd etmək, onu da vurğulamaq bizim ədalətliolmağımıza şübhə yeri qoymaz. Təkcə məmləkətimizdə yox, ümumiyyətlə dünyadaAllahın özünün seçib şərəfləndirdiyi seçilənləri var. Onlar böyükaydınlar, böyük mütəfəkkirlər,böyük sərkərdələr, böyük şəxsiyyətlər, birsözlə dahilərdi. Və bu seçilənlər Allah tərəfindən seçildikləri üçün bizsıravi insanlara son dərəcə yaxın və son dərəcə də əlçatmazdılar. Biz onlara baxıb,onların ardınca gedib nizamlanırıq.

Bəli,bugünün gerçəyi ola bilsin ki, sabah bir az şübhəli, bir az narahat görünə bilər.Bu, zaman məsələsidi. Amma ağıllı seçim bütün zamanlarda şübhəyə, narahatlığa,nigarançılığa yer qoymur. Necə deyərlər, dırnaq ilişəsi heç bir nöqtə qalmır.Bax, bu mənada insanın ürəklə, ağılla, yəni gerçək məntiqlə etdiyi seçim onun həyatınınən uğurlu, ən maraqlı və həm də ən qətiyyətli anının ifadəsidi. Mənim bildiyim,mənim əmin olduğum bir şey var. O da seçim halında ağılla ürəyin bir nöqtədəbirləşməsi, bir ünvana dayaq nöqtəsi kimi söykənib, güvənib qərar verməsidi. Təəssüfki, biz seçim anında bəzən ya laqeydlikgöstəririk, ya da…

Bəli, məhzseçim anını bizim iç dünyamızla ətrafımızın o andan sonra başlanan təmasının üztutacağı yoldu… açacağı qapıdı… qədəm qoyacağı dünyadı. O dünya seçdiyimizlədaha gözəl, daha işıqlı, daha mənalı olur. Ammaseçimdə yanılanda, onda təəssüf etməklə heç nəyi düzəltmək olmur. Ömür boyu bir ağrı, bir nisgil, bir həsrət səniizləyir, səni hər yerdə suallarla üz-üzə qoyur.

Baxıram,səssizcə durub baxıram

Nə mehvar, nə də ki, yarpaq tərpənir…

Gözümüsancmışam şəkilli daşa-

O daşaltındakı torpaq tərpənir!

Sıxmışamdilimi lalam elə bil

Ammadanışıram səsim içimdə…

Nə olarbir anlıq sən də dinə bil-

Səninləbir kəlmə kəsim içimdə…

Torpağınaltında diridi ruhum

Dəfnolub istəyim – şəkil başdaşı…

Köhnəölü oldu – kiridi ruhum-

Çəkil ürəyimə,çəkil, başdaşım!..

***

Biz məqsədə,mərama doğru düşünüb yol gedəndə və ümumiyyətlə bu barədə qərar verəndə həmişəçevrəmizə də diqqət yetirməyi uyğun bilirik. Yəni ağıllı adamlar istənilən biraddımı atmamışdan öncə özünə və çevrəsinə baxır. Ondan sonra addımını atıb necədeyərlər, qolunu çırmayıb altına girdiyi yükü aşırmağa çalışır. Düzdü, bəzən eləsöyləyirlər ki, «ağıllı düşünənə qədər dəli vurub çayı keçir». Və bunun ardıncada onu da söyləyirlər ki, «qızğın başda ağıl olmaz». Amma mən bu deyimlərin hərikisini normal qəbul etsəm də, mənim daha çox ağılla, təmkinlə, səbirlə verilənqərarlara, çıxarılan hökmlərə sayğım var. Onların dürüstlüyünə daha çoxinanıram. Bax, bu mənada həyatın enişli-yoxuşlu yollarının dolanbaclarının hərnöqtəsində sualla qarşılaşan insanlara qəlbən acıyıram. Çünki onlar çayı vurubkeçməyi daha üstün tutduqları üçün sonradan daha çox sualla qarşılaşırlar və təntiyirlər,büdrəyirlər, hətta sıradan da çıxırlar. Bunu isə içində azacıq Allah xofu vəişıq olan bəndə həmcinsinə heç vaxt arzu etməz.

Bizim ətrafımızindi bir ağzı bağlı qazanın öz içində qaynamasını daha çox diqqətə təqdim edir.Hər yerdə mövzu da eynidi, söhbət də və söhbətlərin qəhrəmanları da. Elə bil buağzıbağlı qazanın içindən nə isə çıxacaq və bütün söz-söhbətlər də, bütündedi-qodular da, bütün mülahizələr də ona qoşulub ya həyatımızdan, cəmiyyətimizdənçıxıb gedəcək, ya da həll olunacaq. Məncə bu çox sadəlövh bir yanaşmadı, gözləntidi.Çünki insan və onun yaşadığı həyat məhz problemləri ilə həmişə maraqlı olub. Vəinsan da həyatın problemlərini çözə-çözə nəsildən-nəslə daşınan problemlərin dəbir növü daşıyıcısına çevrilibdi. Deməli, o qazanda nə qaynayır qaynasın, onunağzı heç vaxt açılmayacaq. Ona ümid bəsləmək, ondan nə isə ümid gözləmək sadəlövhlükdü.

Sonzamanlar mən daha çox bir məntiqə, bir istəyə üstünlük verirəm. Yəni ona dahaçox güvənirəm. Belə ki, hər kəs öz içində vicdanı ilə üz-üzə dayanıb nəyin gerçəkolduğuna qərar verə bilirsə və həmin gerçəyi də həyatının mənasına çevirirsə,onda onun üçün tərəddüd də, narahatlıq da, hətta basqılar belə ötüb keçən olur.Çünki o, gerçəyin ətəyindən tutub gerçəyin ardınca gedir. Necə deyərlər, faciəonda baş verir ki, küyə gedəsən, ilığımı dəniz sayasan. Bax, bu yerdə, bu məqamdaedilən yanlışlığa görə kimisə qınamaq da olmur. Çünki axına özün qoşulursan,özü də gözü bağlı şəkildə…

Hə, eləbu fikirləri diktə etdiyim məqamda son günlər kağıza köçürdüyüm bir şeir yadımadüşdü. Hiss etdim ki, yazdıqlarımın, dediklərimin poetik ifadəsi bu şeirdə dəözünü göstərə bilir.

Mən

əkdiyimçubuqlar

göyərmədi-

ağacolmadı…

buçubuqlar

gün görmədi

küləklərdə

təzə bir

saçyolmadı

tumurcuqda

düyülmədi

çiçək dəaçmadı…

deməli

açmayançiçəklər də

saralmadı,

solmadı…

sizibilmirəm

mən birdaha

susubdurdum

axı

ən böyükarzum da

göyərməyənçubuq kimi

ayaq üstəqurudu! -

içimdə…

***

Hər dəfəyazı yazanda, qələmlə, kağızla üz-üzə dayananda özümə bir sual verirəm. Görəsənbiz bu qədər düşünürük, daşınırıq, lap elə mənim özüm bu qədər fikirlərin,qayğıları, problemləri canımda-qanımda daşıyıb sonra onu kağıza köçürürəm.Başqalarına da hardasa problemə çevirirəm… Bax, bunu yazmağa, oxumağa dəyərmi?Ümumiyyətlə, buna zərurət varmı?

Bəli, mənhər dəfə bu sualı özüm özümə verib, özüm də özümü həmin sualların cavabı iləovuduram. Yəni düşünürəm, inanıram ki, yazdıqlarım hardasa kiminsə acısının,yanğısının üstünə bir iynə ucu boyda su çiləyir. O su odu söndürmür. Amma dimdiyində su daşıyan göyərçiningücü nəyə çatırsa, mənim də yazdığım onun bir nümunəsi, bir göstəricisidi.

Deməli,istənilən yazı, istənilən söz ürəklə, məsuliyyətlə yazılanda, düşüncə və təfəkkürlətəqdim olunanda mütləq nəyəsə yarıyır, nəyəsə təsir edir. Ən azından sənin özüntəklikdən, təklənməkdən müəyyən qədər xilas ola bilirsən. Bax, bu məntiqlə də mənhər şənbə sizin qapınızı döyürəm. İndi bu döyülən qapının sahibləri seçimsahibləridilər, onlar qərar verməlidi. Deməli, bütün hallarda qərar seçənindi,hökm seçənindi! Nəticənin seçənlə seçiləni hansı məsafədə saxlayacağı, bu zamanməsələsidi, zaman işidi. Ona görə də siz də tələsməyin, siz də tərəddüd etməyin,siz də qətiyyətsiz olmayın. Axı seçim sizindi!..

Yazımın əvvəlindəböyük Yaradanın bizə üç seçimdən başqa bütün seçimləri etmək imkanı verdiyinidilə gətirmişdim. Həmin seçimlərin içərisində dostdan da, yardan da sözaçmışdım. Zənnimcə, yazını xoş ovqatla bitirmək və yarından yarıyanlarınseçiminə daxildən gələn bir alqışla, bir xoş niyyətlə demək istəyirəm:

Canımıacıdırsan

Didirsənsətir-sətir

Sənacının topasın

Biryoluq götür, gətir-

Çəkim!

Bu gecəheyrətdəyəm

Ay bədirdəndə bədir

Mənəümid çubuğu -

Nə olargötür, gətir -

Əkim!

Çəkdirdiyinacının

Verdiyiümid sənsən!

Sən mənəbu dünyanı

Bölübvermisən tən-tən -

Təkim!

Bəli,seçim hər kəsin öz əlindədi. Seçiminizdə yanılmayın və bilin ki, valideyn vədoğum yerindən başqa hər şeyi seçmək mümkündü.


TƏQVİM / ARXİV