adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Oktyabr 2015 01:42
82882
MÜSAHİBƏ
A- A+

“Reket məmur sözü leksikomumuza gətirilməlidir”

Rasim Məmmədov: "Cənab prezidentin televiziya və media vasitəsilə xalq müraciət etməsi ölkədə vətəndaş cəmiyyətinə güclü inam, etibar, həfəs, maraq yaratdı”

Sabitlik və İnkişaf Mərkəzinin sədri Rasim Məmmədovun Adalet.az-a müsahibəsi

-Rasim müəllim, bildiyimiz kimi noyabrın 1-i seçkilər günündür, artıq namizədlər seçki təbliğatlarına başlayıblar. Siz bir təşkilat sədri kimi ölkədəki seçki prosesini necə dəyərləndirirsiniz?

-Mən deyərdim ki, bəlkə də indiyənə kimi Azərbaycan tarixində bu ilki seçki qədər yüksək ab-hava heç br vaxt olmayıb. Mən özüm dostların seçki kompaniyalarında iştirak edirəm. Müşahidələrim onu deməyə əsas verir ki, vətəndaşlar seçkidə iştirak etməkdə maraqlıdırlar. Artıq hər bir seçici bu kompaniyalarda iştirak edir, namizədlərini dinləyir. Onlara suallar verir. Bunlar onu deməyə əsas verir ki, prezidentimizin ictimaiyyətin aktivləşməsinə yönələn ictimai-siyasi çıxışları artıq öz bəhrəsini verir. Əlbəttə də ki, ölkənin inkişafı xalqın inkişafı, xalqın şüurunun, mənəviyyatının qorunmasının inkişafı deməkdir.Nəticə də ortadadır ki, insanlar artıq özləri seçimlərini etməyi bacarır.Ümumiyyətlə seçkilərə demokratik yanaşma xalqa yönələn səmimi fikirləri, vətəndaş cəmiyyətlərinin aktivləşməsinə müsbət təsir edir. Danılmaz faktdir ki, indiki halda mətbuatın da rolu çox böyükdür. Cənab prezidentin televiziya və media vasitəsilə xalq müraciət etməsi ölkədə vətəndaş cəmiyyətinə güclü inam, etibar, həfəs, maraq yaratdı.

-Bir sıra beynəlxalq təkilatlar seçkiləri izləməkdən imtina etdi. Bunu necə qiymətləndirirsiniz?

-Azərbaycanın qısa zamanda keçdiyi inkişaf yolu, dünya ölkələrini üstələyən sıçrayış təbii ki, Avropa ölkələrini sarsmalı idi. Ancaq reallıq ortadadır. Bu gün Azərbaycandfa şəffaf seçkilər keçirilir. Namizədlərə heç bir təzyiq yoxdur. Hər kəs sərbəst öz işini görür. Bunun timsalında Avropada tətillər baş alıb gedir. İnsanlar öz haqqlarını tələb etməkdən ötrü meydanlara axışır. Bizdə isə vətəndaşları özündən narazı salan yalnız və yalnız məmurlardır. O məmurlar ki, gözü puldan başqa heç nəyi görmür, o məmur ki, oturduğu kresloya, başının üstündə asdığı ulu öndərin portretinə hörmət etmir. Biz bu məmurların adlarını bilirik. İctimayyət də onları yaxşı tanıyır. Çox istərdik ki, bu məmurlar barəsində bir tədbir görülsün. Çünki, bu xalq ulu öndər Heydər Əliyev siyasətinə sadiqdir. Vətəndaşları bu siyasətdən ayıran qüvvələr var. Onları daxilimizdən təmizləməliyik. Cəmiyyət də bu işdə aktiv olmalıdır.

Baxın bizim inkişaf yolumuza. Ancaq bu haqq yolu ilə bu cür güclü ideyayla fantastik nailiyyətə çatmaq olar. Qəhrəman olmaq istəyən insan heç vaxt qəhərman ola bilməz. İnsan öz əməli ilə, öz güclü baxışı ilə, xeyirxahlığı ilə qəhərman ola bilər. Beynəlxalq təşkilatlar isə istəyir ki, İlham Əliyev kimi ölkənin sərkərdəsi, özünə məxsuz əqidəsi, xarakteri və gözəl xasiyyəti ilə seçilən birini hakimiyyətdən endirib yerinə ağılsız birini oturdsunlar və həmin şəxsin ağılsızlığından istifadə edib dövləti və onun güclərini sarsıtsınlar. İnsanlar fikirəşsələr ki, onların həyatlarını, qızıl vaxtlarını xərcləyib yığdıqları var dövləti şər qüvvələr öz xeyirlərinə istifadə edəcək – xalq bunu dərk etsə həmin şər qüvvələri yıxmaq da mümkün olacaq. Bü günlər bəzi nsanlar tamahın çoxluğundan özlərinə bir nəçə yerədə villa tikdirir. Bu villaların qiyməti bəzən 40 milyona qədər çatır. Əgər həmin villalara yatırılan maliyyə başqa təsərrüfat sahələrinə yatırılsaydı, bu təbii ki ölkənin də xeyrinə, iqtisadiyyatın inkişaf xüsusiyyətlərinə müsbət əsir göstərəcək. Dövlətimiz hazırki dövrdə həyata keçirdiyi bir sıra uğurlu layihələri ilə, artıq Avropanı mat qoymağı bacarıb. Ancaq bu cür tamahkarların edtikləri fəlakətdən başqa heçnə gətirmir.

Ölkə başçımız özünün bütün sərmayələrini, canını, qüvvətini Azərbaycana hədər edib. Ona görə də ölkəmizin uğur traektoriyası nəinki Qafqaz regionunda hətta MDB ölkələrinin paytaxtlarını belə əhatə edir. Prezidentimizin sayəsində Azərbaycan öz inkişaf xarakterinə görə, Avropadan seçiir. İndi fikir versəniz Avropanın inkişa etmiş ölkələrində, Almaniyada, Fransada ətraf insanlar özlərinə villalar tikdirir, çoxlu avtomobil alır, rüşvət almaqla öz gəlirlərini artırırlar, dövlət büdcəsini yeyirlər. Biz də təşkilat olaraq çalışırıq ki, ölkə başçısının ictimai çıxışlarını əsas götürərərk xalqın problemlərinə nəzarrət edək və öz dəyər və təkliflərimizi media vasitəsilə ictimaiyyətə çatdıraq.

-6 ayın yekunlarında prezident İlham Əliyev Azalda, vergilərdə, turizm sahəsində müəyyən tövsiyyə vətapşırıqlarını vermişdi. Hətta bu yaxınlarda keçirilən müşavirədə ölkə başçımız bəzi məmurları məmur övladları ilə bağlı, yaxud məmur özbaşınalığı və digər sahələrdə yaranan çatışmazlıqlarla bağlı qınadı. Bu qınaqlar müəyyən nəticələr veribmi bir il ərzində?

-Azərbaycanda istər həkim olsun, istər alim olsun hər kəs vətəndaşdır. Əgər dövlət qulluğunda çalışan bir məmurun kapital vəsaiti üç milyard, yaxud beş milyarddırsa artıq o məmur deyil, kiçik dövlət sahibidir. Cənab prezident doğru vurğulayır ki, hər kəs dövlətdə öz haqqına uyğun mavacib almalıdır. Yəni vətəndaş vəsiqə alırsa bunu verən orqan prosesi qanuna uyğun şəraitdə həyata keçirməlidir. Vətəndaş da öz növbəsində başa düşməlidir ki, onun aidiyyatı orqana ödədiyi vəsait dövlət büdcəsinə verilən vergidir. İnsanların şüurunu dəyişmək üçün əvvəlcə onların aid olduğu dövlət qurumlarındakı məmurların süurunu dəyişmək lazımdır. Yaxınlaşma şəxsi mənafe ilə deyil, ümumi mənafeylə bağlı olmalıdır. Amma təəssüf edirəm ki, indiki şəraitdə məmurlardan çox vətəndaşlar özlərinə prblem yaradırlar. Bu mənəvi – bəşəri dəyərlərdən uzaqlaşmaq deməkdir. Mən dəfələrlə çıxışlarımda demişəm ki, kapital və siyasət dövlətə məxsusdur. İnsana yaşamaq üçün lazım olan qədər vəsait lazımdır. Pul vasitədir. Əgər hər hansı təhsil almış gənc iş tapa bilmirsə və başqa biri hər hansı yolla vəzifədə oturub altında maşınla onun yanında keçirsə bu artıq anormallıqdır.

-Məmurlar kifayət qədər harınlayıblar, və belə desək onların gözləri doymur. Bunun qarşısını hansı yollarla almaq olar?

-Bəzi insanlar var ki, maddiyata bağlıdır. Onun həyat tərzi bahalı yerlərdə yaşaması, bahalı maşın sürməsi, bahalı geyim geyməsi ilə bağlıdır. Bu bir növ hobbidir. Ancaq onlar bəzən elə bir mühitdə düşürlər ki, orada özlərinin yalnış mövqedə olduqlarını dərk edirlər. Burada əsas təsir nədir?- İcitmai maarifləndirmə. Sadəcə olaraq belə düşünürəm ki, həmin insanları bəşəri dəyərlərə cəlb etmək, Allahı daha yaxından tanımaq mühüm amildir. Əgər bizim çoxlu sayda maarifləndirmə təşkilatlarımız varsa nəyə görə bu cür gənclərimizi düzgün yola yönəltməyək? Bəşər dəyərlər bunlardır. Dövlətin gücü onun ədalətli olmağındadır.

-Hər bir insan sanki öz üzərinə düşən məsuliyət hissindən uzaqlaşıb. Ümumiyyətlə vətəndaşların problemlərlə üzləşməsi, mənurlararın idarə etməsində uğursuzluqların olması məsuliyyətsizliyin nəticəsində baş verir. Bu məsələni siz necə dəyərləndirisiniz?

-Belə deyək, əgər hər hansı bir şəxsəin tətif olunması üçün prezidentin imzalayacağı sənədin altında 50-60 min dayanırsa bundan böyük cinayət və məsuliyyətsizlik ola bilməz. Prezidentin imzasını satmaq elə hər şeyi satmaq deyilmi? Məsuliuyyətsizlik odur ki, cinayət cəsasız qalanda o daha da böyüyür. Təəssüf edirəm ki, biz belə hallara rast gəlmişik. Bilrsiniz, rəhbərin böyüklüyü onun səbrinin, təmkininin böyük olmasıdır. Ona görə də Prezidentin çıxışları özündə dəqiqlik vəd edir.

-Bildiyimizə görə siz ictimai nəzaərtlə bağlı komissiya yaratmısınız. Bu komissiya ilə hansı işləri görməyi palnlaşdırısınız?

-Əvvəlcə bildirim ki, "Sabirlik və İnkişaf Mərkəzi” mənim tərəfimdən 2003-cü ildə mənim tərəfimdən təsis olunub. Bizim təşkilat prezidentin dövlət başçısı ola biləcəyinin aşılayan bir qurum olub. Və xalq mitinqində küçəyə çıxan təsadüfi insanları canlı ünsiyət vasitəsilə təbliğat edib evlərinə yollayan, o cümlədən bir sıra qeyri-demokratik təşkilatlara qarşı heç bir təmənna güdmədən fikirlər yürtmüşük. Ancaq son 3 ildə "Sabitlik və İnkişaf” Mərkəzi fəaliyyəti aktivləşərək ölkədə məmur və vətəndaş arasındakı soyuq münasibətləri və onların yaratdığı narazıçılıqları gündəmə gətirən bir təşkilatdır. Bu illər ərzində biz bunu gündəmə gətiririk. Sevindirici haldır ki, artıq ölkə rəhbərliyi Nazirlər Kabineti səviyyəsində toplantı keçirirək mərkəzin irəli sürdüyü fikirləri dilə gətirir. Cənab prezident çağırış edərək bildirdiki ki, ictimai fəaliyyətinizi gücləndirin, gördyünüz işlərlə bağlı sosal şəbəkələrdə yazın, mənə bu barədə işarə verin. Bizim kimi insanların xalqın xeyri naminə irəli çəkdiyi fikirlərini xalqdan gizlətməyin özü də bir cinayətdir. Düşüncələrimiz tam şəffaflıqla insanlar tərəfindən qəbul olunub məmurlar tərəfindən qəbul edilmirsə bu məmurun özündəki qüsur və çatışmazlıqdır. Artıq cənab prezident də hər şeyi bilir. O cümlədən bu fəaliyyətlərimizin nəticəsidir ki, "Sabitlik və İnkişaf” komissiyası yaradılıb və bu komissiyanın rəhbəri mən seçilmişəm. Hətta bu komissiyanın tərkibində "Nəzarət-təftiş” komissiyası yaradılıb ki, həmin quruma da təqaüddə olan Polkovnik Həmid Cəfərov seçilb.

-Sizə müraciətlər olurmu?

-Əlbəttə var. Məsələn deyə bilərəm ki, bu şikayətlərdən birinin məzmunu belədir ki, yeddi ildir ki,bir vətəndaşın heç bir şikayətinə baxılmır. Belə ki, bu vətəndaşı ev satmaq adı ilə aldatmış dələduz indi "Bentle” avtomobili ilə gəzir. İkinci bir şikayət isə ondan ibarətdir ki, 13 ailənin vəsaiti hesabına Diaspora Komitəsinin sədri Nazim İbrahimovun aldığı 12 milyonuluq villanın əvəzinə bir nəfərə ön üç mənzil satılıb. Bunun kimi br çox şikayətləri qəbul etmişik. Bir faktı da qeyd etmək istəyirəm ki, bu gün bir çox insan rekert-bank kredit siyasətinin qurbanına çevrilib. Nəticədə 650 min nəfər vergi ödəyicisi 2 milyon kredit ödəyən var. Əslində isə 650 min bank kreditoru olmalıdır, 2 milyon yarım isə vergi ödəyicisi olmalıdır. Burda balans pozulur.

-2016-cı ildə dövlət büdcəsi müzakirə olundu. Belə demək mümkündürsə Azərbaycan iqtisadi baxımdan on il öncəki duruma gəlib çıxıb. Prezident özü də çıxışında dedi ki, büdcəyə qənaət etmək lazımdır. Sizcə bu cür tənzimləmələri həyata keçirmək üçün hansı addımlar atılmalıdır?

-Necə ki, Sovet İttifaqı dövründə müharibə olarkən ana-bacılarımız öz toxuduqları əşyaları, cehizlərini, dövlətin büdcəsinə verirdilər, eləcədə bu gün insanlarda vicdan oyanmalıdır ki, özlərinə artıq edən vəsaitlərini dövlətin hesabına köçürsünlər. Bizim məmurlar paklanmalıdırlar. Biz nə qədər qazanmışıqsa onlardan dövlətin xeyrinə istifadə etməyi bacarmalıyıq. Təbii ki, burada qınaq subyektim xalq ola bilməz, xalqın nəyi varki versin?.. Dövvlətin büdcəsində nəyi varsa, banklardakı kredit də məmurlardadır. Heç olmasa o gəlirlərin 50 faizinini dövlətin nəfinə ödəyib bir qəhrəmanlıq etsələr daha yaxşı nəticələr görə biləcəyik.

-Siz nəyi bəxş etmisiniz?

-Mən dövlətin büdcəsinə demək olar ki lazımi qədər vermişəm. Ölümümdən sonra bütün orqanlarımı Azərbaycan respublikasının ehtiyacı olan ailələrinə bəxşiş etmişəm. Notarial qaydada. Ikinci növbədə mən rəhmətlik qızıma bu dövlətin yaratdığı şəraitdə qazandığı məvaciblər hesabına tikdirdiyim balaca villanı qızımın adını daşıyan, qızımla eyni vaxtda dünyasını dəyişən bir kişinin övladına hədiyyə etmiş və özümə övladlığa götürmüşəm.Mənim atamdan qalan bir evim var idi, onu ehtiyacı olan bacımı evləndirib onun ailəsinə hədiyyə etmişəm. Atamdan qalan ata evini isə digər sonbeşik bacıma hədiyyə etmişəm, özümü isə bu dövlətə, bu mərkəzə əmanət etmişəm. Alaha şükür, dəyərim də vicdanlı insanlar tərəfindən verilir. Mən istəyirəm ki, hər kəs düşünsün ki, hamımız ana bətninə necə düşmüşüksə elə de bu dünyadan köcəcəyik. Nə qədər vicdanlı və ədadlətli olarsansa bir o qədər də ucalarda, yüksəklərdə olarsan. Öz növbəmdə xalqa ədalətli və düzgün olmağı, məmurlara isə vicdanlı olmağı arzu edirəm.

Sonda onu da qeyd edək ki, müsahibədən sonra MTN-də baş verən olaylar gündəmə gəldi.

Rüfət Soltan