adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Oktyabr 2015 10:17
269354
MODA
A- A+

Tanınmış müğənni intihar etdi

Türkiyədə `Ankaralı Namiq` adı ilə tanınan sənətçi Namiq Uğurlu intihar edib.


Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, yaxınları ilə gəzintidən evə gələn sənətçi həyat yoldaşına "yaxşı deyiləm” dedikdən sonra yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb.

Xəstəxanaya çatdırılan Namiq Uğurlunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Ankaralı Namiq" sentyabrın 19-u qəzaya düşmüşdü. Avtomobili qayaya çırpılan sənətçi həyat yoldaşı Nebahat Uğurlu ilə ağır yaralanmışdı.