Deməli, nəşriyyatın 1-ci mərtəbəsində bir alababat yeməkxana var,oturmuşuq orda. Qiyamətə bir gün qalmış dostumuz Etibar Cəbrayıloğlunun düz 9gün əvvəl tamam olmuş 45 yaşını imkanımıza və şəraitimizə uyğun qeyd edirik.Təbii ki, qələm adamlarının süfrəsi meysiz-məzəsiz olmur. Biz də EtibarCəbrayıloğlunun şərəfinə dediyimiz ən xoş sözləri acı içkilərə qatıb nuşedirik. Havanın verdiyi imkan və qarşıdan guya gələcəyi gözlənilən qiyamət biziəməlli-başlı kökləyib. Necə deyərlər, araq su kimi gedir. Zarafat deyil, birgün sonra qiyamət qopacaq. Biz dostumuz Etibarın xatirinə ürəyimizdə olansözlərin ən azı 99 faizini deməliyik. İkincisi də gərək namərd olmayaq,bacardığımız qədər içək ki, bu dünyada araq ehtiyatı o qədər də çox qalmasın.Çünki qiyamətdə onun həsrətini çəkəcəyik.
Bax, elə bu iki səbəbdən də Allahın verdiyi təamlarla Etibarın tərifinigöyə qaldırmışıq. O da gah bizə baxır, gah süfrəyə baxır, gah söylədiyimiz 21dekabr həyəcanının yaratdığı muhiti gözdən keçirir və elə arada-bərədə deyir:
- Dostlar, bənd olmayın, boş şeydir. Özüm bu yaxınlarda əlaqəsaxlamışam, heç nə olası deyil.
Etibarın bu açıqlaması nəfəsimizi bir az da genəldir. Deməli, bir arağada ehtiyac qalır. Amma bu məqamda məclisdəkilər yüz qramlıq rumkalarınıovuclarının altında gizlədirlər. Bu da o deməkdir ki, yəni biz "pəs".Hə, bir də o deməkdir ki, biz hələ iş dalınca gedəcəyik... Bunu da anlayışlaqarşılayırıq. Durub ayrılmaq istəyəndə özümdən asılı olmadan deyirəm:
- İnşallah, ya qiyamətdə, ya da axirətdə görüşərik!..
Otağa qayıdıram. Mobil telefonuma zəng gəlir. Hal əhli olan dostlardanbiri "nə var, nə yox" deyə birbaşa mətləbə keçir:
- Müəllim, sən bilərsən, 21-də nə olacaq?
Mən də həm nuş etdiyimiz arağın gücünə, həm də Etibarın etibarlımənbədən verdiyi məlumata istinad edib deyirəm ki:
- Narahat olma, ya qiyamət olacaq, ya da axirət. Sən başını sal aşağı,işinlə məşğul ol. Çünki mənə də belə məsləhət görüblər. Mən də dost məsləhətinisənə rəva bilirəm.
Hiss edirəm ki, gülümsəyir. Elə gülümsəyən səsiylə də zarafatındanqalmır:
- Müəllim, deyəsən vəziyyətbabatdı.
- Yox, tam babat deyil, amma alababatdı, hazırlaşırıq babat etməyə...
Bu zəngi də yola verirəm və öz-özümə fikirləşirəm ki, deyilən və guyagələcəyi güman edilən həmin o qiyamətlə bağlı gör indi nə qədər insan təlaşkeçirir... gör indi kimlərin içində nə qədər qarışıq fikirlər çaş-baş qalıb. Buyerdə istər-istəməz bir anlıq həyatın şirinliyini düşünürsən. Əgər fikirvermisinizsə, insan həyatın şirinliyini daha çox qəbiristanlıqda düşünür.Məzarın başında dayananda həyat sənin üçün daha şirin gəlir. Elə ki,qəbiristanlığı tərk etdin, ondan sonra həyat da yadından çıxır, hətta Allahbəndəsi olduğun da...
Deməli, qiyamətə bir gün qalıb. Mən də yazı-pozunu atıb bir kənarabir-bir dosta-tanışa zəng vurub hal-əhval tuturam, necə deyərlər, onlarınhazırlıq durumunu öyrənmək istəyirəm. Kiminin səsində təlaş var, kimininsəsində tərəddüd, kiminin də ki, dünya vecinə deyil. O dünya vecinə olmayanlarda iki qrupa bölünüblər. Bəziləri Allahdan başqa Allah tanımırlar və sidqürəkdən bilirlər ki, dünyanı yaradan da, onun sahibi də Tanrıdı və onun şərikiyoxdu. O böyük Yaradan öz yaratdığını hansısa bir bəndənin sayıqlaması ilədağıdan deyil. İkinci qrup isə Araz aşığından, Kür topuğundan olanlardı. Onlarüçün dünyanın dağılıb-dağılmaması heç nəyi dəyişmir. Çünki möhkəm hazırlıqgörüblər və düşünürlər ki, onlar əl çatmaz, güc yetməz imkanlara malikdilər...
Hə, nə isə... Belə bir məqamda telefonuma yenə zəng gəlir. Bu da Floraxanımdı. Bacım, Flora Xəlilzadə! Yenə özünəməxsus şəkildə mənim yazılarımamünasibətini bildirdikdən sonra böyük bir ərklə deyir ki:
- Əbülfət, səni asacam. Bax, deyirəm, eşit, bil, əgər yazılarındaorfoqrafiya qaydalarına əməl etməsən gözümə görünmə. Bil ki, səni vallahasacam!
Mən onun səmimiyyətinə də, ərkinə də inanıram. Ona görə də günahımıetiraf edib söz verirəm ki, qiyamətdən sonra yazdıqlarımın heç birində misralarıkiçik hərflərlə başlamayacam.
Amma qiyamətin astanasında öncə yazdığım bir şeiri elə yazdığım kimi dətəqdim edirəm.
qədim yazılar kimi
mən oxuna bilmirəm
əlimi uzadıram
mən toxuna bilmirəm-
özümə...
ən qəti addımlarla
lal sükuta bürünür
lay divar adamlar da
ilğım kimi görünür-
gözümə...
uçub gəlir durmadan
ürəyim şan, dərd - arı
aramızı vurmadan
gülümsəyə o barı-
üzümə...
***
Bəli, qiyamətin astanasında evdəkilərin də narahatçılığını əməlli-başlıhiss etdim. Hətta evin xanımı dedi ki,heç belə narahat olmazdım, əgər telekanallarda tez-tez bu məsələniqabartmasaydılar. Başa düşmək olmur ki, bu verilişlərin müəllifləri adamlaranəyi diktə etmək istəyir. Doğrudanmı, təhlükə var? Yoxsa hər şey uydurmadı,şoudu...
Mən də başa düşdüyüm şəkildə onu fikrindən yayındırmaq, televiziyalarınmənasız verilişlərinə baxmamaq barədə əməlli-başlı çıxış edirəm. Hətta mənim buçıxışım balaca qızımın da xoşuna gəldi və anasına iradını bildirdi:
- Görürsən, atam da deyir ki, dünya dağılmayacaq!
Əla, heç olmasa uşağı inandıra bildim. Deməli, çıxışım çox möhtəşəmolub. Kaş imkan verəydilər, bu çıxışı canlı yayımda edəydim. Heç olmasa bir50-60 adamı inandırardım. O 50-60 adamın da hər biri öz ətrafındakı 50-60 adamadeyərdi ki, bəs televizorda dedilər ki, dünya dağılmayacaq, gedək yeyib-içibiş-gücümüzlə məşğul olaq. Heyf deyil, adamın içində inam ola, adamın işi-gücüola! Ümumiyyətlə, adam Adam ola! Məncə dünyada ən böyük var-dövlət, mülk eləAdam olmaqdı. Adam olandan sonra hər şeyi qazanmaq asan olur.
Qonşularımızın hamısı qapılarını çəkib örtüblər. Heç kim qapı-bacadagörünmür. Doğrudur, əvvəllər də elə çox görünən deyildilər. İndi isə lapgörünməz olublar. Bir tərəfdən havaların soyuqluğu, o biri tərəfdən də deyəsənqiyamət məsələsi onları yuvalarına çəkilməyə məcbur edib. Hətta telefonzəngində də hiss edirsən ki, çox narahatdılar. Düzü, mən onların indikidurumunu düşünə-düşünə ağlımdan keçirirəm ki, görəsən, işdi-şaətdi həmin oqiyamət deyilən olsa, mən yenə onlarla qonşu olacam? Yenə onlarla üz-üzəgələcəm? Əgər doğrudan qiyamətdə də qarşılaşacağıqsa, mənim vəziyyətim lap ağırolacaq. Çünki bu adamlar ayrı tövür adamlardı. Onların bir məqsədi var: dahaçox qazanmaq, daha çox yığmaq, daha çox öz içinə çəkilmək və daha az gözəgörünmək. Şeytana lənət olsun, yadımdan çıxmışdı, bir qonşum var, adına doktordeyirəm. Allah kömək olmuş hər işi bacarır. Əlindən qaçan da, uçan da qurtarabilmir, civə kimidir. Bircə onun üçün bu dünyanın dağılmaq məsələsi Bakıküləyinə bənzəmək kimi bir şeydi. Hətta mənə dedi ki:
- Müəllim, Bakıda külək bərk əsəndə, dənizdə qasırğa olanda hansıhissləri keçirirsənsə, elə bu qiyamətsöhbətində də həmin məsələni o cür təsəvvür elə. Yəni burax başını, küləkdi,əsib dayanacaq. Bu xəbərin də bir gün ömrü qalıb. Sonra ayrı xəbərlər çıxacaq,ona hazırlaş...
Hə, doğrudan da bütün xəbərlərin ömrü ünvanına çatana qədərdi.
Ondan sonra boyatlaşır, bir azdan sonra da lap yaddan çıxır, unudulur.Necə ki, bu qiyamət söhbətinin də unudulacağı gün uzaqda deyil. Amma mənim əlimin altında bir şeir var. Düşünürəmki, indi onun məqamıdı. Bilmək olmaz, sonra yaddan çıxar...
cırıb at son məktubu
heç nə sona qalmasın
həsrətdən varis olmaz-
könlüm ona qalmasın...
çiliklənsin əlində
şüşə könlüm ovulsun
barsız oldu, barsız da
öz içində sovulsun...
baxışların əritsin
xatirələr toplusun
yaşanmayan bir sevgi
torpaqlara hopulsun!
cırıb at hər nə varsa
qoy aparsın küləklər
son nəğməsin oxusun
qovuşmayan ürəklər...
Hə, qiyaməti təsəvvür etmək fikrindən çox uzağam. Ona görə də buməsələnin üstündən keçirəm və qəti olaraq bəyan edirəm ki, Allahın izni ilə"qiyamətdən", yəni 21 dekabrdan bir gün sonra da elə yenə"qiyamətdən" bir gün əvvəl də gördüyüm işlərlə məşğul olacam. Yənidostların çevrəsində gördüyüm işlər, yazdığım yazılar, ailə, uşaq və sairə.Digər tərəfdən mən yenə şeirlərimiyazacam, sevdiklərimi daha artıq sevəcəm, sevmədiklərimi ən azı insan kimi adibaxışla dəyərləndirəcəm və ən vacibi Allaha bağlılığımı, dualarımı bir az daçox, bir az da şövqlə dilə gətirəcəm.
Təbii ki, hər bir insanın həyat yolu, düşüncələri, qayğıları, istəklərivar. Mən də öz yolumla, öz qayğılarımın, öz istəklərimin ardınca gedəcəm.Getdiyim yolu sən də tanıyırsan, sən də bilirsən. O yolda sən də mənimyanımdasan. Mənimlə olan, mənimlə gedən ürək hara getdiyini, niyə getdiyini çoxgözəl bilir. O yolun bir adı var: Söz yolu, Sevgi yolu!
Yol-yoldaşım, üzümü sənə tuturam və deyirəm. Özü də indi deyəcəyimi neçəil öncə əllərimi göyə açıb demişəm:
Allahım, əlimi açıram sənə
dərddən uzaq olaq, kədərdən qaçaq
bütün gecələri iş avandlığı,
bütün səhərləri xeyirlə açaq!
Bu duanın ardınca yenə sənə üz tuturam və yenə pıçıldayıram, ancaq səninüçün:
gecəni yarıb gedir
gedir işığa doğru
qanım artıqlıq edir
axır qaşığa doğru...
telləri tumarlanır
gözləri xumarlanır
ürəyi qubarlanır
baxır aşığa doğru...
ilğımdan kimdi doyan
məni mənim tək duyan
işıqlı yerdə dayan
çağır, işığa doğru!
... Bəli, yazımın bu sonuncu bölümü qiyamətdən bir gün sonra, ya daaxirətdə görüşəndə söhbətimizin mövzusuolacaq. Odur ki, bu hissəni unutmayın, bu hissəni yadınızda saxlayın və necədeyərlər, axirətdə görüşənədək!
Əbülfət MƏDƏTOĞLU