adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Heç kimin xəbəri yoxdur...

SAMİRƏ ƏŞRƏF
48014 | 2012-12-22 01:50

Masadamənimlə üz-üzə oturan qadınların çoxu mənim qanqohumlarımdı. Amma iki-üç nəfəriçıxsaq heç birini tanımıram.

Mənimlə birgə əyləşən anam qohumlarımı bir-bir mənə nişan verir. - Busarıbəniz arvad atanın xalası qızıdı, o eynəkli qadın filan dayısının arvadı.Qapı tərəfdən ayaq üstə dayanan kişi isə böyük əminin oğludu.

Qeyri-ixtiyarı çevrilib baxıram. Kişinin azından qırx beş yaşı var. Mənonu axırıncı dəfə on bir yaşım olanda görmüşdüm. Nə vaxtsa küçədə rastlaşsaydıq,yəqin ki, tanımazdım.

İndi nənəm sağ olsaydı, deyərdi ki, "allah urusun başına odələyəydi, başımıza od ələdiyi yerdə. Qoydu ki, camaat görsün hara-haradı,hamını bir-birindən qaçaq saldı".

Nənəmin bu sözlərinin əvvəli ilə hardasa razılaşıram. Çünki, onbeş-iyirmi il əvvəl sözün əsl mənasında camaatın başına od ələndi. Torpağınıqoyub qaçan da oldu, ermənilər tərəfindən olmazın işgəncələrə məruz qalacağınıbilə-bilə evindən çıxmayıb qalan da.

Müharibə başlayana mən uşaq olsam da, yaddaşımda ilişib qalanfraqmentləri bir anlıq sizə təqdim eləsəm, özünüz də görərsiniz ki, başımızahəqiqətən od ələnib. Həm də ən qaynarından.

Tutaq ki, işdən evə gəlib, xörəyini yeyirsən, istirahətini edirsən.Axırda da başını atıb yatırsan. Səhərə yaxın yuxunun ən şirin vaxtında dəhşətlibir gurultu, partlayış, qıyhaqıy səsinə yerindən dik atılırsan. Yorğanıüstündən atmağa macal tapmamış, bayaqkından da güclü səslər eşidirsən. Necəgeyinməyini, necə bayıra qaçmağını xatırlamırsan. Çöldə isə şaxta, soyuq, qar... Və sən öz canınıgüllə-boranın altından qaçırıb qoymağa yer tapmırsan.

Sonralar bu hadisələr təkrar olunduqca, sən bir az daha öyrəncəliolursan. Amma şüurunda baş vermiş zədələnmə hər dəfə bir az böyüyür. Əgər sənhələ dünyanı dərk edəcək yaşda deyilsənsə, bu zədələnmə daha güclü və qalıcıolur.

Bu belə. O ki, qaldı hamının bir-birindən qaçaq düşüb, soyumasına,yadlaşmasına. Bu barədə, nənəmə heç haqq qazandırmıram. Çünki, tarix də,ədəbiyyat da sübut edib ki, müharibələrölüm-itim, ayrılıq göz yaşlarına qərq olduğundan, həmin zamanda insanlarbir-birinə daha da yaxın və doğma olublar.

Necə olur ki, II dünya müharibəsində döyüşən əsgər müharibədənqayıdandan sonra, öz övladına müharibə vaxtı rəhmətə getmiş, başqa millətdən,başqa dindən olan dostunun adını qoyur, amma mən öz qohumlarımı, əmimin oğlunutanımıram.

İndi bir çox şairlərin şeirlərini oxuyanda tez-tez kədərlə yüklənmişmisralara rast gəlirəm. Sanki, kədərin əl-ayağı var gəlib bizi tapır ki,bizimlə qol-boyun olsun. Əslində isə bəlkə də biz özümüz kədəri tapıb onunbizimlə isinişməsinə şərait yaradırıq.

Yaxınlarımızdan, doğmalarımızdan uzaq düşməklə, onları illərləitirib-axtarmamaqla içimizdə böyük bir boşluq yaradırıq. Vaxtı gəlib çatanda oboşluğun yerini qarşısıalınmaz laqeydlik doldurur. Sonralar nə qədər çalışırıq,əlləşirik o laqeydliyi ordan qovub çıxarda bilmirik.

Çıxırıq qərib-qərib insanların arasında sevgi axtarışına. Bu isə bəxtə,bəxt məsələsidi.

Sual: Ən çox nə ilə fəxr edirsiniz?

Cavab: Bu yaxınlarda həmin sualı anama da vermişdilər. Hamı gözləyirdiki, anam dünya şöhrəti qazanmış oğlu Qabrielin adını çəkəcək, o isəgözlənilmədən demişdi: "Mən bu dünyada ən çox rahibə olmuş qızımla fəxredirəm".

Bu sual-cavab, özünün də dediyi kimi dünya şöhrətli yazıçı QabrielQarsia Markesin məşhur müsahibəsinin sonundandır. Çox məhrəm və ülvi sözlərdi.

Dünyanın o başından, bu başına ürəyinin sözünü, xalqının dərdiniədəbiyyatın dili ilə çatdırmağı bacaran o boyda yazıçı oğlu ilə yox, rahibəolmuş qızı ilə fəxr edən ana da məhz Markes kimi yazıçı dünyaya gətirə bilər.

Əgər məşhursansa, ən azından müsahibələrini canlandırıb, bəzəməkdən ötrüözünün fəxr edə biləcəyin, ya da səninlə fəxr edən insanlar mütləq tapılacaq.

Mən də məşhur biri kimi yox, sıradan bir insan olaraq hər zaman birqadınla fəxr etmişəm. Ona görə yox ki, o mənim bibimdir.

Ona görə ki, o mənim üçün hər zaman dünyanın ən saf, ən günahsız vətənha qadınıdır...

Onun on yaşına qədər olan uşaqlıq dövrünü çıxsaq, sevincli günləri çoxaz olub. Uşaqlıqda el diliylə desək, ürəkgetmə xəstəliyinə mübtəla olan bibim,sonralar möcüzəvi şəkildə sağalıb.

Lakin tənhalıq onun alın yazısı olub. Heç vaxt ailə qurmayıb. Heç kimisevməyib. Sevə bilməyib. Xəstəliyi, dərd-səri imkan verməyib ona sevgiyaşamağa. Evin balacası olduğundan, ondan böyük qardaş bacılarını itirə-itirəgəlib. Nəhayət, ana qədər mehr saldığı bacısını da uzun sürən xəstəlikdən sonraitirib. İndi daha onun özündən başqa heç kimi yoxdur.

Başımın üstündə şəkli asılmış rəhmətlik bibimə ağlamıram. Zorla deyilki, ağlaya bilmirəm.

Ancaq sağ qalmış o balaca, çəlimsiz bibimə tərəf hər baxanda gözlərimdənyaş süzülür, özümü saxlaya bilmirəm. Onun taleyini fikirləşirəm. Onu bacısınıitirən altmış yaşlı bir qadın yox, anasını itirən balaca uşaq gözündə görürəm.

Kim nə deyir desin, insanların həyatında kədər çox vacib məsələdi. Əzab,qüssə bizim xasiyyətin formalaşmasında inanılmaz rol oynayır. Ürəyimizididən-qanadan ağrı-acılara, bəzən amansız ayrılıqlara sinə gər-gərə bərkiyirik,müdrikləşirik, hər dəfə bir az dözməyi öyrənirik. Amma necə?

İçimizdə özümüz boyda bir insanı dəfn edə-edə...

Balzakın "Qorio ata" romanında təxminən belə bir fikir var."İncə qəlbli insanlar bu dünyada uzun müddət yaşaya bilməzlər. Namuslu,böyük hisslər bu xırdaçı, mahud, alçaq cəmiyyətlə uyuşa bilərmi?"

Hərdən öz-özümə fikirləşirəm. Bəlkə, bizdə bu dünyada yaşamırıq?! Bəlkəmən və mənim kimi düşünənlər də çoxdan köçüb gediblər bu dünyadan. heç kimin xəbəri yoxdur...

Samirə Əşrəf

TƏQVİM / ARXİV