adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MÜHARİBƏLƏR NƏ ÜÇÜNDÜR?!.

VƏSİLƏ USUBOVA
38002 | 2012-12-22 01:48
Kim deyir ki, insan dünyaya qayğısız gəlir?! Yox, gözünü işıqlı dünyayaaçmamış ağzı yemək gəzən andan başlanır onun qayğıları. İstinin-soyuğunfərqində deyil. Nə geyinəcəyinin də əhəmiyyəti yoxdur ondan ötrü - istər paltarolsun, istər əskiyə bələsinlər - ikisi də birdir. Təki qarnı tox olsun! Aclıqhəyəcanından başlanan qorxular sıralanır günbəgün. İlk addımını atmaqdan qorxur,oddan, sudan,təklikdən, qaranlıqdan, anasını itirməkdən, gbaşına dəyən qapazlardanqorxa-qorxa böyüyür...

Hələ irəlidə nələr var, nələr...

Həyatı anladıqca qəlbinə dolan çeşidli duyğular, ruhunu gəmirənanlaşılmaz fikirlər, sevgi həyəcanları, sevilməmək iztirabı, itkilər,ayrılıqlar, qayğılar, üzüntülər... Bu qədər əzablı ömür varkən...

Bəs, müharibələr nə üçündür?!.

***

Bu cavan oğlan ilk qorxularını unudub artıq. Yadına salan olsa, gülər,bir az da utanar bəlkə...

Hər şeyi var-yaraşığı, sağlamlığı... Ata-anası yanındadı. Evləri,bərəkətli bostanları üstəlik. Yaşıl düzəndə otlayan at isə bu bəxətəvərliyəayrı ovqat qatır...

Heç bu at da döyüş üçün yaranmayıb. Uzun yalını silkələyib ceyranayaqları kimi incə ayaqları üstə səkmək yaraşır ona...

Bəs, müharibə nə üçündür?!.

***

Kilsə zəngi hər şeyi yarımçıq qoydu. Müharibə başlanmışdı! Dedilər buzəng bir də müharibə qurtaranda çalınacaq...

Məhsul itkisi müharibədən ötə zəhər qatdı şirin ömürlərinə. Atasınınehtiyac üzündən atı bazara çəkdiyini eşidib özünü təngnəfəs yetirsə də, artıqgec idi. At hərbçiyə satılmışdı...

Ürəkdən bağlandığını, ən qiymətli olanını itirəndə nə hallara düşürmüşadam...

Düşmənə də arzulamalı qismət deyil bu...

"Onda mən də gedirəm müharibəyə" deyir başqa çarəsi qalmayanyeniyetmə. Yaşı düşməsə də, dediyini edir...

Bir-birini axtara-axtara, itirib tapa-tapa döyüşlərdən keçirlər. At da,oğlan da...

Atın yaralı ayağını gözdən keçirən baytar qərarını verir: "Onsuz daöləcək. Güllələyin!" Yox, heç kəs razı deyil bununla. Yanmış gözləritənziflə sarınmış oğlan heç yanı görməsə də, atın qoxusunu, hənirini alır.Həmişə elədiyi kimi, fitlə onu çağırır... At qulaqlarını şəkləyib sahibinətərəf götürülür... Bu mənzərədən təsirlənən baytar qərarını dəyişib müalicəyəbaşlayır...

Deyilənlərə görə, Tanrının sevə-sevə yaratdığı ən gözəl, ən təmizheyvandı at. Bir də deyirlər ki, canlı-cansız nə varsa, hamısı bir gün gəldiyiyerə dönür. Sağalandan sonra da əldən-ələ keçir. Bu dəfə düşmən tərəfdən ikifərari onu köhnə dəyirmanda gizlədib saxlayır. Özləri tutulub güllələnəndənsonra yaxınlıqdakı evdən balaca qızcığaz atı tapıb aparır. İndi də o, bütünmehrini ata salır...

At burada da çox qalmır. Onun ardınca qız da almanların əlinə keçir...

***

Hürkmüş at yolunu azıb tikanlı məftillərə ilişir. Hörümçək toruna düşmüşkimi yumalanıb məftillərə bələnir... Ölümünü göz altına alan əsgər ağ bayraqqaldırıb atı xilas etməyə tələsir. Arxadan deyilənlərə məhəl qoymadan irəligedir. Amma məftilləri əllə açmaq mümkün deyil. Onun da təslim olmaq fikri yoxdu.Bu zaman arxadan hənirti duyub dönür. Düşmən əsgəri əlindəki bağ qayçısınıgöstərir: "Bəlkə işə yaradı..." Köməkləşib məftili açırlar. Ayağaqalxandan sonra dayanıb bir-birlərinə baxırlar. Hiss olunur ki, ürəkləridoludu. Bir-birlərinə deməyə o qədər sözləri var ki... Düşmən qayçını əsgərəverir. O da, "hə, müharibədən sonra ağacları darayaram..." deyibgötürür...

Müharibədən sonra... Müharibə mütləq olmalıydımı?!.

Mən "Döyüş atı" filminə baxıram və bu səhnə indiyədək gördüyüm"davalı" filmlərin ən təsirli yerlərindəndi... Cəmi yarım saat əvvəlsəngərdə qarşı-qarşıya dayanıb bir-birinin qanını tökməyə hazır olan iki əsgərhər şeyi unudub atı xilas edir, bağ becərməkdən danışırlar...

Belə isə, bəs, müharibələr nə üçündür?!.

***

Yenə bazar, yenə hərrac...

Bu sondu. Bu dəfə filmimizin qəhrəmanı gəldiyi yerə qayıdacaq. İndiyəcənkeçdiyi bütün yollar onu buraya gətirirdi. Döyüş və alqı-satqı meydanlarınaəlvida! Oğlan da burdadı. Dostları onun xeyrinə hiylə işlədiblər; pultoplayıblar, atı alacaq və ... sahibinə qaytaracaqlar. Həyəcanlı dəqiqələr çoxsürmür. Qəfildən bir qoca özünü meydana salıb yüksək məbləğlə atı alır...Məyusluq, peşmançılıq... Oğlan qocaya yaxınlaşıb məsələni anlatmaq istəyir...

- Bu mənə nəvəmdən qalan yeganə yadigardı...

- Nəvəniz indi hardadı?

- Müharibə adamların çox şeyini əlindən alır, cavan oğlan...

Oğlan məyus olub uzaqlaşmaq istəyəndə qoca atın yəhərindən açdıqları ikikiçik bayrağı ona qaytarır. Bir qədər ardınca baxıb fikirləşir, geri çağırıb,atın yüyənini də ona verir...

Mənsə filmə baxa-baxa fantaziyama güc vermişdim. Qızcığazın böyüyərəkbir gün oğlanla rastlaşacağını, bir-birlərini sevib evlənəcəklərini, bu sevimliata da birlikdə qulluq edəcəklərini xəyal etmişdim...

Amma... qız artıq yox idi...

Müharibələr də elə bunun üçünmüş...

Adamların ən qiymətli olanını əlindən almaqçün...

Vəsilə USUBOVA

[email protected]

TƏQVİM / ARXİV