adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Ərdoğan, Obama və Siirt İcra Hakimi!

FƏRHAD ŞABANOV
31302 | 2012-12-22 01:47
Türklər çox böyük bir müvəffəqiyyətə imza ataraq kosmosa Göytürk-2peykini göndərdilər. Türkiyə dünyada kosmosa peyk göndərən 25 ölkədən birioldu. Göytürk-2 peykinin Çin dövlətindən uçurulması isə hadisənin ironik tərəfioldu. Çindəki soydaşlarımız uyğurlara qarşı edilənləri unutmamışıq yəqin ki.(!)

Həmin peyki göndərərkən Ankaranın Orta Doğu Texniki UniversitetindəÇinlə canlı bağlantı quruldu. Universitetdəki konfransda Ərdoğan da iştiraketdi. Ərdoğan universitetə gəlməmiş universitetə 140-a yaxın polis vəmühafizəçi vasitələri gətirildi. Bu vasitələrdən 20-si zirehli idi. 4000-ə yaxıntam təchizatlı polis və Ərdoğanın yaxın mühafizəçiləri də bu həngamədə iştirakedirdi.

Orta Doğu Texniki Universiteti Türkiyədə solçuların qalası olaraqbilinir. Ərdoğanı universitetlərində görmək istəməyən tələbələr aləmibir-birinə qatdı. Universitetdə baş verən çaxnaşmanın detallarını ətraflı yazıbbaşınızı ağrıtmaq istəmirəm. Qısaca olaraq deyim ki, polislər o qədər qazbombası atmışdı ki, dumandan göz-gözü görmürdü. Plastik güllədən istifadəolunduğunu iddia edənlər də var.

Əgər bir ölkə başçısı öz ölkəsindəki bir elm beşiyinə - universitetə -gedərkən bu qədər mühafizəçiyə gərək duyursa və bu qədər mühafizəçiyəbaxmayaraq qorxusundan konfransı vaxtından əvvəl tərk edib qaçırsa, hər şeyiyenidən götür-qoy etməlidir.

Bir insan çox pis siyasətçi ola bilər. Fikirləriniz üst-üstə düşməyəbilər. Ancaq yenə də həmin insana qarşı bu cür "ölümünə" etirazıqəbul etmək mümkün deyil. Mən Ərdoğana qarşı edilənləri barbarlıq olaraqgörürəm. Mən insanların problemləri insancıl yollarla həll etməsi gərəkdiyinidüşünürəm. Nə daş atmaq lazımdır, nə yumurta. Hər şey etik çərçivələr içindəhəll olunmalıdır. Hər halda Ərdoğan o mövqeyə xalqın verdiyi səslər nəticəsindəgəlib, siz etdiyiniz barbarlıqla mənfəətlərini qoruduğunuzu iddia etdiyinizxalqa qarşı barbarlıq etmiş olursunuz. Ərdoğanı sevmirsənsə növbəti seçkilərdəHəsənağaya səs ver, gəlib səni ağ günə çıxartsın.

Dünənki hadisədən bir nəticə çıxdı; dövlət hər zaman güclüdür. Onunqarşısında dura biləcək hər gücü aradan qaldırmağa qadirdir. Dünən dövlətə heçnə olmadı. Ancaq yaralanan, zədələnən, ömürlərindən ömür gedən tələbələr oldu.Polisin atdığı qaz bombalarından biri tələbələrdən birinin başına dəyib vəhəmin tələbə 2 gündür komadadır. Beyin zədələnməsi keçirib. Həyata qayıtsabelə, beyin bəzi funksiyalarını əskik yerinə yetirəcək və bəlkə də həmin tələbəgələcək həyatını əlil arabasında keçirməli olacaq. İtirən həmin tələbə oldu.Çünki heç nə dəyişmədi...

Ərdoğana gəldikdə isə...

Konya şəhərində Mövlanə Cəlaləddin Rumini anma mərasimi keçirildi. Türkiyəsiyasətinin ən önəmli simaları bu mərasimdə iştirak etdi. Həm iqtidar, həmmüxalifət. "Nə olursan ol, yenə gəl..." deyən bir xoş görüşlü insanıyad etmə mərasimində Ərdoğan və Kılıçdaroğlu yan-yana oturdu ancaqsalamlaşmadı. Mövlanəni anlamayan insanlar Mövlanəni anma mərasiminə qatılsa nəfərqi, qatılmasa nə fərqi. Siz heç nəyin fərqində deyilsiniz? Siyasət sizinbeyninizi elə dumanlandırıb ki, gözünüzü nifrət, qəlbinizi kin bürüyüb.Türkiyənin durumu müalicəyə müsbət cavab verməyən xəstə kimidir. Hər kəs Türkiyədəkisiyasətin səviyyəsindən narahatdır. Orta yaşlı kimi dindirsən deyir ki, heyfdeyildi köhnə siyasətçilərimiz.

Obamanın axıtdığı timsah göz yaşları...

Hər zaman günahsız insanların öldürülməsinə qarşı olmuşam. Ən sonAmerikada baş verən qətliam da məni çox dərindən incitdi. Çünki hələ dünyayayeni öyrəşməyə çalışan körpə uşaqlar yaşamla vidalaşdı. Onları öldürmək çoxqəddarcadı. Ancaq mənim Amerikalılara və Amerika prezidenti Obamaya bir neçəsualım var...

Görəsən bu Connecticutqətliamını Amerikanın yetişdirib boya başa çatdırdığı "müsəlman"terroristlərdən biri etsəydi, neçə İslam ölkəsi bombalanacaqdı?

Əgər prezident günahsız uşaqların öldüyü üçün göz yaşı tökürsə,başlarına bomba yağdırdığı ölkələrdəki körpələr niyə gözünün önünə gəlmirdi?

Əgər Obamanın göz yaşları səmimidirsə, Fələstini bombalayan, ailələriyox edən, uşaqları yetim qoyan İsraili niyə dəstəkləyir?

Amerikada yeni kampaniyalar başladı. İnsanları silahlarını gətiribtəhvil verməyə çağırırlar. Bəs əziz Obama, dünyanın ən çox silah ixrac edənölkəsi ünvanına sahib olmaq necə duyğudur?

Satdığınız silahlarla hələ də Afrikada, Asiyada, Latın Amerikadakısilahlı qrupları əldə tutmaq necə hissdir? Onların varlıqlarını davam etdirəbilməsi üçün öldürdüyü günahsız insanların siması gecələr yuxunuza girirmi?Rahat yata bilirsinizmi?

Tragikomediya...

Türkiyənin Siirt şəhərinin icra hakimi Obamaya Tvitterdə yazıb ki,"I:::m from Turkey.I:::m governor in Siirt. I like you. Your life and President is verysuccesfull. I hope i will be like you." Tərcüməsi: Mən Türkiyəliyəm. Siirtşəhərinin icra hakimiyəm. Sizin həyatınız və prezidentliyiniz çox uğurludur.Ümid edirəm ki, mən də sizin kimi olacam.

Qurduğu cümlələr birinci sinfə yeni başlamış şagird cümlələri kimidir,həmçinin xətalıdır. Ən gülməlisi isə özü ilə təxminən eyni yaşda olan birinsana "ümid edirəm ki, mən də sizin kimi olacam" deməsidir. Bunudeyəndə nə hiss edib görəsən?

Siirt icra hakimiyyətinin internet səhifəsinə girdim. İcra başçısıhaqqında yazılanların arasında ingilis dilini bildiyi də yazılmışdı. Bunu çoxrahatlıqla iddia edirəm; Türkiyədə tutduğu vəzifənin ağırlığını anlamayan və"yüngüllük" edən o qədər vəzifəli şəxs var ki...

Fərhad Şabanov

[email protected]

TƏQVİM / ARXİV