adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Hissiyyatımla əlaqədar rastlaşdığım qeyri-adi macəralar

MƏMMƏD DƏMİRÇİOĞLU
46641 | 2012-12-22 01:43
Bir gün havalar çox isti idi. Uzun müddət idi ki, yağış yağmırdı.Şəhərin parkında Qazax məscidinin əfəndisi ilə görüşdük. Ona dedim ki, ayMikayıl əfəndi niyə möminləri bir yerə yığıb allaha dualar edib yağışyağdırmırsınız. Mənim Mustafa əfəndi babam həmişə belə edərdi. O, mənə bildirdiki, vallah edirik, qurban olduğum eşidib yağdırmır. Mən ona dedim ki, gəlsənəmən deyəm yağış yağa. Mikayıl əfəndi mənə razılıq verib bildirdi ki, çox yaxşıolar. Mən üzümü allaha tutub yalvardım ki, ya fid olduğum, məni eşit möhkəm biryağış yağdır. İnanın ki, bir saat vaxtkeçmədi ki, sellər-sular oynadı. Mən əfəndiyə zəng edib dedim ki, birbayıra çıx gör necə yağır. O gündən o mənə çox maraqlı bir şəxs kimi qiymətverərək, məni əsl allaha yaxın adam kimi qiymətləndirirdi.

***

Bir gün yeməkxanada bir neçə nəfərlə stol arxasında oturub çörək yeyənzaman həmin vaxtlar rayonda elektrik şəbəkəsinin rəisi işləyən Orucİbrahimxəlilov, enerji satış idarəsinin rəisi Elşad Məmmədov bizə bildirdilərki, icazə verin biz duraq, Bakıya Kollegiya iclasına getməliyik. Mən dedim ki,uğurunuz xeyir olsun, gedin, Kollegiyada təriflənin. Oruc qayıdıb dedi ki, guyasən deməsən uğurumuz xeyir olmayacaqdı, nədə ki, kollegiyada təriflənmiyəcəyik?(o nazirlə yaxın olduğuna güvənib bu sözləri dedi). Dedim ay Oruc, mənimdediklərim Elşada aid olası oldu. İndi dayan gözümün önünə gələnləri qısadanışım. Getmək istəyəndə and verib saxladım,1-2 dəqiqə mənə qulaq asmasınıxahiş etdim. Bildirdim ki, bilmirəm kimə arxayınsan? Ancaq kollegiyada sənəolmazın divan tutulacaq, yol getməyində yaxşı görünmür, ancaq yenə allah köməkeyləsin. Bu deyilənlərə biganəliklə yanaşaraq bizdən ayrıldı.

Bakıdan qayıdanda Elşad gülə-güləmənə dedi ki, ay Musayev sən nə qədər qabaqgörənsən. Başımıza gələnləri sənədanışım.

"Həmin axşam gedib Bakışəhərinə çatdıq. Səhər tezdən gördüm Oruc axsaya-axsaya gəlir. Soruşandadedi ki, ayağım qarajın qapısının arasında qalıb. Kollegiya iclası başladı. Onahəmişə böyük hörmətlə yanaşan nazir İmanov Orucu ciddi tənqid edərək cəzaverdi, mənə isə söz demədi. Bakıdan yola düşdük, yolda mən bildirdim ki,Cavanşir inamlı adamdır, ona şəkk etmə gördünmü sənə dedikləri düz çıxır.Yolunda da çətinliklərin olduğunu söyləmişdi - deyəndə, bildirdi ki, qabaqdabir ziyarətgah var orada maşınımı saxlayıb bir nəzir verəcəm, yolumuz uğurluolacaq. Cavanşir dedikləri boşa çıxacaq. Bu vaxt bizhəmin ziyarətgaha çatdıq. Düşüb ziyarət etdikdən sonra maşına minəndəmaşın öldü var, döndü yox, hərəkətə gəlmədi. Ora-bura qaçdıq, bir kömək əlibizə çatmadı və gələn usta bildirdi ki, mühərrik vurub. Artıq bütün günümüzitmişdi. Axşamüstü dedim ay Oruc açarı mənə ver, bir mən oturum sükanarxasında. O mənə uğuru ürəklə demişdi. İnan ki, oturdum və maşının mühərrikihərəkətə gəldi. Yavaş-yavaş şəhərə kimi yol gəldik. Maşın qapıya çatandan sonratam dayandı və mühərriki əsaslı təmirə verdik".

Ondan sonra Oruc hansı məclisdə, mərəkədə məni görəndə üzümə baxıb sankixoş sözlər və söhbətlər eşitmək istəyirdi.

***

Bir gün Hətəmalı Qağamgildə (doxdur Hətəmalı) oturub söhbət edərkən televizorda Simarəİmanova gözəl bir təsnif oxudu. Mən dedim ki, ay qağa nə gözəl oxudu, allahqoysa bu yaxın vaxtlarda mütləq onuncanlı konsertində olmalıyam.

Həmin günün sabahı idarədə oturan zaman günortaya yaxın zəng edibbildirdilər ki, təcili olaraq bir neçə nəfər işçilərindən götürübmədəniyyət evinə get. H.Əliyevin ad günümünasibəti ilə keçirilən marafonun iştirakçıları gəlib, konsert olacaq.

Mədəniyyət evinə gedib gördüm Simarə xanımın iştirakı ilə konsertbriqadası (üçlük) gəlib. Mən təcili gül buketi aldırıb onu səhnədə təbrik etdimvə arzumun yerinə yetirilməsini ona qısa şəkildə söyləyib, Allahıma şükürləretdim.

***

Mənim ağzımdan nə çıxsa həmişə o mənim qabağıma gəlir. Bir gün yoldaşlardan biri məni harasaaparmaq istəyirdi. Mən həmin yerə getmək istəməsəmdə o məni az qalaməcbur etmək istəyirdi ki, gedəm. Çıxış yolu kimi, yalan danışmaq istədim vədedim ki, kənddə iki hüzr düşüb mən mütləq onlara dəyməliyəm. O, bunları eşidibmənimlə razılaşdı və tək getməli oldu. Bir saat çəkmədi ki, kənddən həmin güniki nəfərin rəhmətə getməsinin xəbərini eşitdim və kəndə yollandım.

Həmin əhvalatdan sonra mən həmişə xeyirli söhbətlər etməyi özüməməsləhət bildim. Az sonra bir yoldaş yenə də mənə xoşuma gəlməyən yerə getməyitəklif etdi. Mən bu dəfə xeyirli bir yalanla canımı qurtarmaq istədim və Gəncəşəhərinə toya gedəcəyimi bildirib evə getdim. Evdə mənə bildirdilər ki, yaxınqohumlardan biri Gəncəyə toya dəvət edib. Sevincək Gəncəyə yola düşdüm. Bu cürhadisələr artıq dəfələrlə başıma gəlib.

***

Günlərin birində bir neçə nəfərlə yeməkxanada televizora baxa-baxa çörəkyeyirdik. Yanımdakı yoldaşlar mənə dedilər ki, bu gün yaman kefin yuxarıgörünürsən. Dedim ki, həqiqətən elədir.Ancaq bircə bir şey çatmır. O da ki, Səkinə İsmayılovanın İrəvanda xal qalmadımahnısının oxuması. Elə həmin anda xəbərlər qurtardı və televizorda diktorunsözü eşidilir-Konsertimizə başlayırıq, oxuyur Səkinə İsmayılova. "İrəvandaxal qalmadı". Yoldaşlar ayağa qalxıb mənim arzumun həmin dəqiqə həyatakeçməsini təbrik etdilər və sağlığıma badə qaldırdılar.

***

1992-ci ilin payız ayı idi olduğum evin tikintisi gedirdi. Bir günsəhər ustalar işə başlayan zamangörüblər ki, pəncərənin altına qoyulan uzunsov pəncərəaltı daşı qırıblar. Buişi mənə deyəndə, eybi yoxdur dedim, başqasını düzəldib yerinə qoyum. Usta mənədedi ki, nə yaxşı arxayın danışırsan. Axtar gör kim edib. Dedim ki, narahatolma iki adamdan - filankəslərdən şübhələnirəm üç gün müddətində hansınınbaşına bəla gəlsə bilki odur. İki gün keçmiş onlardan birini polis şöbəsindəgördüm və çəkinmədən utanmırsan dedim, belə bir hərəkət edibsən deyəndə qızardıvə içkili olmuşam dedi. Polisə nə üçün gəldiyini soruşdum. Məndən oğurluqgörürlər dedi. Bilirdim ki, sənin cəzan ölümdən başqa bir şey deyil. Qorxmatutmayacaqlar ona kimi öləcəksən. Və bir həftə keçmədi ki, həmin şəxs öldü.

***

Bir gün şəhərdəki 707 saylı hərbi hissənin komandiri Qorik adlı şəxsinyanında olub rəisi olduğum Kombinata pulkeçirilməsi məsələsi barədəsöhbət etdim. O, sabah pulun keçəcəyini bildirdi. Səhər pul keçmədi vəmən onun yanında təkrar oldum. O maliyyə işinə baxan Nofəl adlı bir qazaxlınıyanına çağırtdırdı və pulu keçirmədiyinə görə ona hərbi cəza verilməsini əmretdi. Onu əsgərlər aparan zaman mən ona mane oldum və dedim ki, mən bu işdənötrü qazaxlıya cəza verilməsinə razı olmaram. Heç onda mənə pulda lazımdeyildi. Çox xahiş etdim ki, ona cəza verilməsin. O, mənə dedi ki, eləqazaxlılara cəza düşür. Çox pis oldum. Dedim ki, elədirsə o pul mənə lazımdeyil, görək allah kimə cəza verəcək. İnsanların cəzasından yox, allahıncəzasıdan qorxmaq lazımdır, deyib çıxıb gəldim. Səhər eşitdim ki, həmin gecəRespublika Hərbi Prokurorluğundan gəlib Qorikinəl-qolunu bağlayıb apardılar. O, elə getdi, pul da həmin gündənkeçirilməmiş qaldı.

***

Bir gün işlədiyim idarənin qabağında Abbas Göyüşovla səhər tezdənsalamlaşdıq və mən onu yoldaşcasına, ərkyana danladım. Dedim ki, sən nə qədəricra başçısının müavini kimi söz götürəcəksən. Hər bir köməyin və sairən var,niyə bir rayona başçı olmursan? O, belə bir fikrim var söylədi. Mən ona dedimki, bu gecə üç rayonun başçısını işdən azad ediblər. Onlardan ən münasibi Qaxrayonudur. Bir azda qoz-fındıq yeyərik. Get Qaxa başçı ol. Bu vaxt şəhər icranümayəndəsi Mehman müəllim yanımıza gəlib bizimlə görüşdü. Mən dedim ki, ayMehman müəllim Abbas müəllimlə yaxşı görüş, de ki, ay Qaxın icra başçısı salam,necəsiniz?

Mehman müəllim dedi, ay Göyüşov səni təbrik edirəm. Abbas tez cavabverərək bildirdi ki, canın üçün yalan deyir, elə bir şey yoxdur.

10-12 gün keçmiş Prezidentin Fərmanı ilə Abbas Göyüşov Qax rayonunabaşçı təyin olunur. Rayonda mənim bu söhbətim böyük rezonans yaratdı.

Ancaq mən nə qoz, nə də fındıqyedim.

***

26 ilə yaxın idarə müdiri işlədim.İşlədiyim müddətdə həm özüm üçün, həm də mənə yaxın insanlar üçün təhlükəlihallar yaranacaq büro və iclaslarda həmişə təhlükəni sovuşdura bilirdim. Büronuaparan, sözü kəskin deyəcək rəhbərləri həmin anda müvəqqəti olaraq iclasdançıxara və ya həmin şəxsə deyəcək sözü deməyə qoymaya bilirdim. Bunlardan biriniqeyd etmək istəyirəm.

Bir gün Fikrət Nəsibov şəhərsovetinin sədri işləyərkən Rayon PartiyaKomitəsinin birinci katibi Aslan Süleymanovun illik hesabatında çıxışetməli idi. O,öz katibi Mamoy müəlliməona həmin ətrafda çıxış yazmağını demiş, o isəbunu eşitmədiyindən və ya yadındançıxardığından çıxışı yazmamışdır.Fikrət müəllim onunla sözə gələndəmən söz-söhbəti eşidib onların yanınagedib bildirdim ki, iclasın başlanmasına 5-10 dəqiqə qalıb gəl, iclasagecikirik, gedək. Narahat olmaelə edəcəyəm ki, sənə çıxış verilməsin. O, mənə istehza edərək bildirdi ki, səndə bir-iki dəfə beləetmisən elə bilirsən bu həmişə olacaq. Mən ona bildirdim ki, sən mənə inansanda-inanmasan da, hətda çıxış etmək istəsən də buna mane olacam. Sənə çıxış üçünsöz verməyəcəklər. Bu həqiqətəndə beləoldu. Həmişə birinci söz verilən şəhərSoveti sədrinə çıxış üçün söz verilmədi. Bunu Fikrət müəllim öz yaxınyoldaşlarına danışandan sonra"müştərilərim" bir az da çoxaldı.

***

1986-cı ilin payız ayı idi. Mənə qarşı bir nəfər ləyaqətsiz hərəkətetmişdir. Həmin vaxtlar mənə yaxın olanlardan birinə dedim ki, bunun cəzasıağır olmalıdır. Ancaq mənim əlimlə yox, Allah özü layiqli cəzanı onaverəcəkdir. Mühit və insanlar əksərən pozulubdur. Allah özü bunu qəbul edəbilməz, bir məhv tufanı qoparmalıdır. O da yalnız müharibə yolu ilə olacaqdır.Bu hadisədən çox keçmədi.

1988-ci ilin fevral ayında yaranacaq tufanın (müharibənin) başlanğıcıoldu və bu davam etdi, o insanların bütün arxaları söykənəcəkləri məhv oldu.

Bunlar mənim hisslərimin nəticələrinin qısa xronikası idi.

Allah hamının köməyində dursun, qəlbinə və əsasəndə əməllərinə görə özpayını versin.

Allah hamınızı qorusun.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV