Horadizdə qazandığımız təcrübə

ƏBÜLFƏT MƏDƏTOĞLU
61576 | 2015-10-13 17:15

İnsan yaşa dolduqcatorpaq onu daha çox özünə çəkir. Ola bilsin ki, bu, təbii qanundu. Necə deyərlər, torpaqdany aranan torpağa döndüyü kimi, insanda Allahın yaratdığı ən müqəddəs, ən ali varlıq kimi sonda öz ilkinə qayıdır. Təbiiki, bu proses zaman-zaman davam edir - günlə, ayla, illə… Və beləcə silsilə özününyüksələn xəttini cilalaya-cilalaya kamilliyə, müdrikliyə qovuşur. O vaxta qədərki, onun kamilliyi də, müdrikliyi də, hətta torpağa sevgisi də artıq birmənalı şəkildəqəbul olunur. Heç kim, hətta gözü, könlü dumanlı, qaranlıq olanlar belə bu kamilliyin,bu müdrikliyin yanından ötüb keçə bilmir. Hətta onun işığına bürünməyə məcbur qalır.Bax elə mənim yazmaq istədiyim məntiq də bu işığa söykənir. Elə bir işığa ki, onugörməmək mümkünsüzdü…

Hələorta məktəb illərində bir kənd uşağı olaraq beş addımlığımızda yerləşən şəhərə həmişəqeyri-adi sevgi hiss etmişdim özümdə. Və bu qeyri-adi sevgini formalaşdıran da oşəhərin, o şəhərə daxil olan çevrənin ziyalı potensialı idi. İstər qələm, söz adamıolsun, istər musiqi, mədəniyyət xadimi. Fərq etmirdi. Eşidib biləndə ki, Füzulidədoğulub, Füzuliyə aiddi, onda içimdən bir qürur hiss gəlib keçirdi. İnanın ki, həmino tanımadığım adamlar mənə qan qohumu qədər, özqapı qonşum qədər yaxın və doğma olurdu. Özümü onların bir hissəsi, bir nümayəndəsikimi təsəvvürümdə canlandırırdım. Görünür, Haqqdan gələn təsir, maqnit dalğası mənimhəyatda formalaşmağıma bir səbəb idi. Amma bu səbəbi mən sonralar, necə deyərlər,az-çox yaşayandan sonra anladım. Ona qədər isə Füzuli şəhəri mənim üçün dünyanınən gözəl, ən səliqəli və işıq dolu ünvanı idi. O işıq da həmişə məni özünə çəkirdi…

Bəli,mən Füzuli şəhərini, Füzuli rayonunu bir ərazi kimi yox, bir canlı, düşünən, qurub-yaradan,görüb-götürən, ruh verən, həvəsləndirən canlı orqanizm kimi təsəvvür edirdim. Vəbu təsəvvürüm də ayla, illə təsdiq edilirdi.Həmin təsəvvürün arxasında isə gerçəklik dayanırdı. Onda sovet dönəmi olsada, bir kənd təsərrüfatı rayonu kimi Füzulinin uğurları təkcə Azərbaycanın yox,onun yaxın-uzaq qonşularının da sərhədlərini ötüb keçmişdi. Çünki burada yaşayıb-yaradanlar,burada həyatın mənasını halallıqda, zəhmətdə görənlər özlərini birmənalı şəkildətəsdiq etmişdilər. Təkcə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın həyat yolu,rayonun və respublikanın gündəmində tutduğu mövqe hər kəs üçün yaxşı nümunə olmaqlayanaşı, həm də qürur yeri idi. Çünki adibir kənd qızı, adi bir zəhmət adamı özünün əməyi ilə o vaxtkı İttifaqın sayılıb-seçilən əmək adamıolmaqla yanaşı, həm də nüfuz sahibi idi. O, alın təri ilə qazandığını heç vaxt özhəyatının, öz yaşamının bayrağına çevirmirdi. Əksinə, onun həyatının, yaşamınınmənası elinə-obasına aid idi…

Bəli,o illəri düşünəndə gözümün önünə təkcə bol məhsulu ilə, üzümü, pambığı, xüsusilətaxılı ilə seçilən bir bölgə yox, həm də hər gün abadlaşan bir rayon gəlir. Təbiiki, rayonun və bütövlükdə həmin coğrafiyanın inkişafında o vaxtlar Azərbaycana rəhbərlikedən Heydər Əlirza oğlu Əliyevin xidmətləri, diqqət və qayğısı birmənalı idi. Məhzonun ölkədə yaratdığı mühit Füzuliyə rəhbərlik edənlərə, Füzulinin inkişafını, tərəqqisiniistəyənlərə bir növü yaşıl işıq yandırmışdı. Həmin işıq da Füzulinin işığına qarışıbonun inkişafını daha uğurlu və daha rəngarəng etmişdi. Bax, 80-ci illərin həmino inkişaf tempində xidməti olanların cərgəsinə yeni nəslin nümayəndələri də qoşulurdu.Mən bu sırada bu gün Füzuli rayonuna rəhbərlik edən bir çox insanları da görürəmvə xatırlayıram. Elə həmin o xatirələr də məniBakıdan üzü Horadizə çəkib aparır…

Birvaxtlar Horadiz qəsəbəsi Füzuli rayonunda daha çox stansiya kimi diqqəti çəkirdi.Və bura ölkənin mühüm bazalarının yerləşdiyi yer kimi gündəmdə qalırdı. Çünki Horadizdənkeçən həm magistral, həm dəmiryolu buranı bölgənin digər rayonları üçün bir təminatbazasına çevirmişdi. Daha çox tikinti materialları, müxtəlif çeşidli yüklər, birsözlə, bölgəyə gərək olan nə varsa qatarlarla buraya daşınır və eləcə də tədarükolunan hər nə varsa, yəni bostan, tərəvəz məhsullarından tutmuş üzüm, pambıq, taxıl,heyvandarlıq məhsulları buradan da üzü böyük şəhərlərə yola salınırdı. Ona görədə bu qəsəbədə il boyu adamlar daha çox dəmiryolu ilə, yükdaşımalarla bağlı çalışırdılar.Doğrudur, qəsəbənin yaxınlığındakı kəndlərdə, təsərrüfatlarda regionun ən önəmliməhsulları olan taxıl, üzüm, pambıq becərilirdi. Bu isə adamların torpağa bağlılığınastimul verir və onların böyük şəhərlərə axınına bir növü yaxşı mənada mane olurdu.Çünki qurulmuş iş üsulu, yaradılmış işgüzar şərait hər kəsə öz istəyinə uyğun işləməşğul olmaq imkanı verirdi. Lakin bir qəsəbə olaraq Horadizin özü Füzuli şəhərininkölgəsində qalırdı. Görünür, deyilmiş bir fikrin, yəni acının içərisində şirininolması düşüncəsinin də əsası var. Bax,bu mənada bu gün Horadizi gəzib dolaşanda, Horadizə üz tutanda adam gözlərinə inanabilmir. Çünki sözün həqiqi mənasında artıq şəhər statusu almış Horadiz bu gün yaşamalı,işləməli, görüb gəzməli cənnət guşəsidi. Buranı cənnət edənlər isə məhz füzulilərdi,onların əməyidi, onların daxilindəki işıqdı,torpağa, doğulduqları yurda sevgidi!..

Mən yazımın bir məqamında80-ci illərdən Füzulinin yeni bir inkişafmərhələsinə qədəm qoyduğunu xatırlatdım və vurğuladım ki, bu işdə rəhbərlik meydanınayeni atılanların da izləri, sözləri var idi. Bax elə bu gün də həmin o insanlarınFüzulidə gördükləri işlər bünövrənin möhkəmolduğunu, ideyaların kökdən, nəsildən gəldiyini, istəyin davamlı olduğunu büruzəverir, xatırladır. Yəni sovet dönəmində rəhbər işdə çalışan, bu gün isə Füzuli rayonicra hakimiyyətinə rəhbərlik edən Alı Alıyev və onun komandası məhz həmin o kökdən,o tarixdən qidalanan, bəhrələnən insanlardı. Sadəcə bu gün onlar Azərbaycan Prezidenticənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rayonun öz coğrafiyasına uyğun birşəkildə, həm də məsuliyyətlə, vətəndaş sevgisi ilə gerçəkləşdirdiklərindən nəticədə ürəkaçan olur. Görülən iş insanın üzünə gülür, onun əhvalını xoş edir.

Bir anlıq özünüzüHoradiz şəhərində, işğaldan azad olunmuşərazilərdə təsəvvür edin. Onda görəcəksiniz ki, bir vaxtlar erməni işğalçılarınıntalan etdikləri, yandırıb-yaxıb yağmaladıqları qəsəbədə və kəndlərimizdə indi bərpa,eləcə də yenidənqurma işləri hansı sürətlə, hansı keyfiyyətlə aparılır. İnsanlar öz doğma yurd-yuvalarına necə böyük həvəslə dönürlər.Bu ərazilərdə salınan yeni qəsəbələrdə həyat necə qaynayır, infrastruktur necə ürəkaçır, adamlar hansı ümidlərlə, arzularla yaşayırlar!.. Məncə bütün bunları görənvə gördüyünə də daxili bir sevgi ilə yanaşanhər kəs ancaq qürur hissi keçirə bilər. Şəxsən mən bu gün özünün tərəqqisi və həm də obrazlı desəm, öz çəpərləri arasındayaratdığı işgüzar, anlayışlı mühitə görəFüzuli rayonunun həm rəhbərliyinə, həm də hər bir sakininə daxilən minnətdarlığımıifadə etməkdən məmnunluq hissi keçirirəm.

… Bəli, cəbhənindivar qonşusu kimi müharibənin barıt qoxusunu hər gün duyan, Arazın pıçıltısınıhər gün dinləyən Horadiz şəhərində yaşadığım xoş anların başdan-başa işığa bürünməsininbir inancı da var. O da tezliklə bu şəhərin gözəlliyindən işğaldan azad olunacaqFüzuliyə düşəcək paydır. Mən birmənalı şəkildə inanıram ki, Ali Baş Komandanımızİlham Əliyevin rəhbərliyi altında bu gün Füzulinin işğaldan azad edilmiş ərazilərindəcənnət yaradanlar, xüsusilə rayon rəhbərliyi və onun komandası bu uğurlu işi Füzulişəhərində, onun digər ərazilərində də coşqu və sevgi ilə davam etdirəcəklər. Çünkionların həm buna böyük vətəndaş potensialı, rəhbər təcrübəsi, həm torpaq sevgisi,həm də ölkə prezidentinə sədaqət nümunəsi var. Bütün bunlar isə ən böyük çətinlikləridəf etməyə qadirdir. Deməli, həsrətini yaşadığımız Füzulidə də cənnət qurmaq arzumuzmütləq çin olacaq!

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV