adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qadağaya qadağa

ETİBAR CƏBRAYILOĞLU
69930 | 2015-10-09 19:23

Səməd Səmədovunitinə, ElzaSeyidcahanın pişiyinə bir quş...

Bakı küləyininelə quruca adı varmış... Heyf şairlərin Xəzri və Gilavar haqqındayazdıqlarından, bəstəkarların həmin sözlərə qoşduğu mahnılardan. MilliTeleviziya və Radio Şurası elə bir tufan qopardı ki, hamının canına üşütmədüşdü.

İstəyirsinizinanın, istəmirsiniz yox, lazım gəlsə and da içə bilərəm. Telekanallardakı gülkimi verilişlərin məzmununa and olsun ki, yorğanı başıma çəkib uzanmışam yerimdə,üşümüşüm üşüyürəm. Bu nə bəla idi düşdük, qardaşlar?

Milli Televiziyavə Radio Şurası Nuh deyir, peyğəmbər demir, bu qurumdan gələn hər açıqlamaadamı vəlvələyə salır. Belə məlum olur ki, özəl kimi tanıdığımıztelekanallardakı bəzi proqramlar ya bağlanacaq, ya da elə bağlanacaq. Yəni əvvəlkidövrlərdən fərqli olaraq bu dəfə bizdən aman gözləməyin.

Milli Televiziyavə Radio Şurası telekanalların üzərinə getməyə heç uyğun vaxt seçmədi, qızmaryay olsaydı, yenə bir təhər keçinmək olardı. Uzun qış gecələrində televiziyalarbizə nə göstərəcəklər?

Hər şeyi özünüzgörürdünüz də, daha sizlərə nə deyim axı. Az qala doğma ev-eşiyimiz kimi bizətanış gələn şadlıq evləri, ən bərk gedən restoranlar yalan olmuşdu. Elə efirdəcəkabab bişirirdilər, elçi-filan gedib nişanlanırdılar, veriliş gedə-gedə də evlənirdilər.Yatmaq-durmaq, geyinib-soyunmaq, hətta hamamda çimmək də canlı yayımda idi.Boşanmanı özləri bir-iki veriliş sonraya saxlayırdılar. Şura da deyir ki, dahabundan sonra belə olmayacaq. Yəni lap kəsəsi, ay camaat, uzun qış axşamlarındaüşüyün özünüz üçün.

Mən elə indidən,heç qış gəlməmiş üşüyürəm. Dişim dişimə dəyir, bir yandan da əsəb əhədimi kəsir.Necə yəni bir-iki günə efirdə iməclik edin, şou verilişlərini yığışdırın?Tamaşaçıya beləmi zülm edərlər... Bəs Səməd Səmədovun itinin nişanına, ElzaSeyidcahanın pişiyinin ad gününə baxmaq üçün hansı ölkənin telekanalını izləyim?

Milli Televiziyavə Radio Şurasının nə vecinə, ziyan mənə, sizə, minlərlə, milyonlarlatamaşaçıya dəyəcək. Telli Borçalının səhər qaymaq, günorta yayma xəngəl, axşamisə məhəbbət barəsindəki fəlsəfi fikirlərinə yer olmayandan sonra teleməkanımıznecə görünəcək?

Tutaq ki, MilliTeleviziya və Radio Şurasının qopardığı tufan bir az da şiddətləndi, efirimizdəkibəzi proqramlar uçub getdi haralarasa, bəs Rəqsanənin canlı efirdə uşaq dünyayagətirəcəyi ilə bağlı planları necə olsun? Və yaxud, Rəqsanə növbəti dəfədoğmağında olsun, sizə deyim onun böyük qızından. Anasının yolu ilə gedən buqıza ad günündə nə hədiyyə olunduğundan necə xəbər tutaq?

Heç uzağa getməyək,götürək elə Manaf Manafovu, bu adam bir ətək pul xərcləyib imarət tikdirib,sağlığına qismət olsun, traktor boyda yekə maşın alıb, üstəlik Sudandan sukeçirməyən təzə qış ayaqqabıları gətizdirib. Bütün bu bahalı və maraqlı şeylərefirdə göstərilməyəndən sonra mən onları harda görüm, Kənd Təsərrüfatı Muzeyində?

Kişi müğənnilərimizinəksəriyyəti saçına qara ayaqqabı xınası vurur, hələ qulağına sırğa taxan davar. Bu kişilər bütün əziyyəti ona görə çəkirlər ki, xalq efirdən görsün, qiymətləndirsin.Milli Televiziya və Radio Şurasının qopardığı tufandan sonra belə müğənnilərində çəkdikləri zəhmət bada gedəcək.

Bu qurum nə qədərlap dərinə getməyib, bir şey fikirləşmək lazımdı. Lazım gəlsə qadağanın özünü dəqadağan eləmək olar. Amma necə? Sözün açığı, elə üşüyürəm, elə üşüyürəm, ağlımaheç nə gəlmir. Qoy yorğanı çəkim başıma, bir az tərləyim. Sonra nəsə fikirləşərəm...


TƏQVİM / ARXİV