adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HƏRƏNİN ÖZ HAVASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
59155 | 2015-10-09 18:06

Hə,bu da payızın bir günü. Əslində hər şey ardıcıllıqla, necə deyərlər, bir zəncirvarişəkildə baş verəndə o qədər də diqqəti çəkmir. Amma bax belə, qəflətən olandaisə özündən asılı olmadan reaksiya verirsən. Çünki sənin diqqətini çəkir, sənəözünü göstərir. Sadə şəkildə desəm, pıçıldayır ki, mən də varam, niyə heç mənimbarəmdə düşünmürsən?..

Təbiiki, bunu payız deyir, sevdiyimiz o gözəl yox. Çünki gözəllərin naz-qəmzəsi iləyanaşı, qürurları da adamın suyunu sıxıb çıxrarır. Onlar demək əvəzinə, dahaçox dedirtməyi xoşlayırlar. Bu fikir mövzuya bir haşiyə sayıla bilər. Ona görədə yenidən qayıdıram payızın üstünə. Çünki iki gündü Bakıda və bütövlükdə məmləktimizdəhavanın üz-gözü elə turşuyub, göy üzü elə dümanlanıb ki, elə bil indicə səni dəbağrına basıb ağlayacaq - hönkürə-hönkürə, dəli kimi. Düzdü, arada belə biraddım atdı. Gecənin yarısında hay-küylübir selləmə oldu. Şəxsən mən və mənim kimi bir çoxları özülsüz gecəqondununhayında olduğundan bu selləmədən ləzzət ala bilmədi. Amma adamın üstündə Allahvar, təbiət də bizə rəhm elədi. Çox qısa oldu selləmənin müddəti. Yoxsa indi Xəzərdənizində axtaracaqdınız mənim olacağımı - "evimi!"

Hə,doğurdan da havada çox qəribə bir ağırlıq var. Elə bil adamın çiyinlərindən üzütorpağa tərəf sıxır. Ola bilsin ki, bu da payızın bir xüsusiyyətidi. Axıpayızda təkcə toylar olmur. Payızda həm də yarpaqlar tökülür. Özü də təkcəağacların yarpaqları yox, insanların da nəsili tökümü başlayır. Ömrün payızıdeyirlər buna. Eh, bu şairlər, söz adamları payıza o qədər söz qoşublar ki,adam heç bilmir hansına üz tutsun, hansından iqtibas gətirsin, nümunə gətirsin.Mən bu yerdə heç kimə əziyyət vermədən nə vaxtsa yazdığım bir bəndi yadımasalıram. O bənddə mənim düşüncəmə, mənim nəzərlərimə görə çox şey var. İndi sizdə oxuyacaqsınız. Mənimlə razılaşsanız məmnun qalacam. Razılaşmasanız, elə bupayızın bir günü kimi sükutla ötüb gedəcəm. Bax, o bənddə demişəm:

Baxıramyarpaqlara

Səssizcəqopub düşür...

Sevgisibitən yarpaq -

Ölümüyləgörüşür!..

Bəli,bu ömrün bütün fəsillərində istənilən mənanı axtarmaq və o fəsillərə istənilənbəzəyi vurmaq mümkündü. Ən azından ona görə ki, yazan da, söyləyən də insanınözüdü. Deməli, insan nəyi necə görürsə və yaxud da nəyi necə görmək istəyirsə,ona o cür baxıb, o cür naxış vurur. Və bu da bir günlə, bir fəsillə bitmir. Hərgələn fəsil, hər dəyişən il bu naxışları, bu ilmələri, bu deyimləri həm şaxələndirir,həm təzələyir, həm də onun zəncirinin həlqələrini artırır. Çünki illər, fəsillərvə nəsillər yenilənir və hər yenilik də özü ilə təzə münasibət gətirir, təzəbaxış formalaşdırır. Doğrudur, bu gün dünəni inkar etməyə həmişə maraqlı olub.Elə nəsillər də belədir. Ona görə də yanaşmalar bəzən öz təsdiqini tapmır, dahaçox inkara meylli olur və bunu da hardasa bir qanunla əlaqələndirirlər,bağlayırlar. Adını da qoyurlar inkarı inkar qanunu. Nəticədə həmin o inkaretmədönüb inkişafa çevrilir. Çox təəssüf ki, indiki durumda, yəni havanın bu qədərcansıxıcı olduğu məqamda mən nəyinsə inkar edilməsinin və yaxud da həmin inkarın nəyinsə inkişafına səbəb olmasınınheç bir elementini görmürəm. Sadəcə, gördüyüm odur ki, ətrafımda, Bakının üzərindəçox ağır bir hava kütləsi qol-qanadını açıb. Gözləyir ki, indicə, elə bu ançalxalansın, sonra da gözlərini yumub nəriltiylə, gurultuyla ələnsin üstümüzə...

Yerigəlmişkən xatırladım ki, indiki anda həmin o nərilti, gurultu zənnimcə hamıyalazımdı, elə Bakının özünə də. Çünkiyuyulub təmizlənməli çox şeylər var, içi adamlar qarışıq. Nə isə...Yağıb-yağmayacağı, nərilti-gurultu qoparıb-qoparmayacağı təbiətin özixtiyarındadı. Mən sadəcə, içimdən gələni, ürəyimdən keçəni dilimə gətirdim.Necə deyərlər, mən bir dilək dilədim. O diləyin qəbul olunub olunmayacağı isəixtiyar sahibinin əlindədi. Ona görə də susub misralarla baş-başa qalmağaüstünlük verirəm. Düşünürəm ki, bu havada kövrək misraların yeri görünür.

Sənköhnə bir havaya

Gəl,köklə təzdən məni...

Qoyyuxudan oyatsın -

Buhava tezdən məni!..

Mənyamacda tək binə

Çatacağaməhdimə...

Dumanenib çəhlimə -

Tanısaizdən məni!

Bəlligünüm, qədərim

Əkdiyimiqoy dərim!

Yaşayaram,kədərim -

Salmasaüzdən məni!..

***

Doğrudanda hər bir hava - istəyir təbiətdən, istəyir onun bir parçası olan insanınifasından qaynaqlansın, fərq etməz, mütləq insanın ovqatının formalaşmasına öztəsirini göstərir. Tutaq ki, aşıq Ədalət "Yanıq Kərəm"i çalır vəyaxud Rəmiş "Ana" mahnısını, ya da ki, Kamil Cəliliov "Azərbaycantəranələri"ni və yaxud da Elşən Həşimov "Yetim segah"ı...Bunları dinləyəndə mütləq səndə bir ovqat yaranır. Ya xəyalın çəkib aparır sənidoğulduğun ünvana, ya hansısa bir durum yenidən canlanır gözünün önündə, ya daözün-özünlə rahatca danışa bilirsən, həmsöhbət olursan və yaxud da təbiətinüzünə açılan bir günündə dan söküləndən günəş özünü göstərənə qədər seyretdiyin mənzərə, həmin o içərisində olduğun mühit, o hava səni yenə kökləyir.Bax bu mənada özünü təkcə hiss etdirməyən, həm də evimizin içərisinə təpilən bupayız havası adama çox şeylər söyləyir. İlk söylədiyi zənnimcə arxasınca qışıngəlməsidi. Və bu da o deməkdir ki, sənin evində, həyatında hazırlıqlar hansıformadadı, hansı vəziyyətdədi. Sən bu qışı qarşılamağa özünü hazır bilirsənmi?Bax, artıq iki gündür ki, qaş-qabağını töküb içimdə bir sıxıntı yaradan və mənidə bu sıxıntıya kökləyən hava özü ilə birlikdə qışla bağlı bir xeyli suallarıda az qala bir-bir mənə göstərir, mənə xatırladır. Və mən də o suallardan yayınmağa çalışsam dabacarmıram. Çünki həmin suallar mütləq cavabalandırılmalıdır. Lap açığını desəm,bu suallar təkcə mənimlə fərdi şəkildə qarşılaşmır, mənimlə hesablaşmağa gəlməyib.Bu suallar əslində mənim evimin, ailəmin sualıdı. Yəni onun istiliyindən tutmuşqazına, işığına, suyuna qədər bütün zəruri məqamları özündə ifadə edir. Deməli,necə olur-olsun çıxış yolu tapmaq, sualları cavablandırmaq gərəkdir. Ona isə təkcəfiziki güc yox, həm də cibdən əlin boş çıxmaması bir tələbat kimi, zərurət kimigərəkliyini az qala utana-utana pıçıldayır. Və mən də bu pıçıltılaraalışdığımdan havanın məni içinə atdığı ovqatdan çıxmağa çalışıram. Lakin buçabalama çox uğursuzdu. Yəni sual yerində qalır, cavab isə... Mən onuaxtarıram!

Göründüyü kimi,həyatımızın hər bir anı mütləq mənada havalanmış bir görkəmdədi. Özü də buhavalanma daha çox problemlərlə, onların həll olunmayan və yaxud datapılmayan səbəbləri ilə bağlıdı. İnsanda səbəbi tapa bilməyəndə, təkcə acizliyini yox, həm də çarəsizliyini özünə dərdetməyə məcbur olur. Həyatın bu məcburiyyəti isə elə bir ömrün qırılan simləri,tökülən yarpaqları kimi üzücüdü və biz bu üzüntüləri zaman-zaman içimizdə,canımızda daşımağa doğulduğumuzu inkar edə bilmərik. Şəxsən mən həmin inkarıdilə gətirməyi belə özümə günah sayıram. Ona görə də özümdən başqa kimsədənincimək fikrim və iddiam yoxdu. Bax, inciməkdən söhbət düşdüyünə görə də üzümüsənə tutub deyirəm:

Nazını çəkməyəyaranıbdı o

Gülüm, ürəyimibelə incitmə...

Tel-tel saçınkimi daranıbdı o-

Verib küləklərə- yelə incitmə!

Dözümü min dəfəsınaqdan keçib

Gah haqlı, gahhaqsız qınaqdan keçib...

Sevinci həmişəqıraqdan keçib-

Ümidi bitməyib,hələ, incitmə!

Kimsəyə çatmırki, bu fəryad, bu ün

Düşüb neçə yerdənbu ağrı, düyün...

Özü öz içində əriyirhər gün-

Qarışıb gedəcəkselə incitmə!

Hakim də, hökm dəsənin özünsən

Hər gün olanlarıbaşdan çözürsən...

Bilirəm, sən onanecə dözürsən-

Özün nə edirsən,elə, incitmə!..

***

Bütünyazılarımda özüm də bilirəm ki, daha çox özümü, yaşadıqlarımı, duyduqlarımı,düşündüklərimi və bir də arzularımı yazıram. Doğrudur, bunu mənə irad tutandostlar da, oxucular var.

Və hətta bəzənbildirirlər ki, yazılarımda həddən artıq pessimist və nostalji hiss olur. Mən dəonlarla razılaşıram. Çünki həm bacardığım, həm də yaşadığım budu. Başqa cür olabilmirəm və olmaq fikrim də yoxdu. Sadəcə, mənim üçün bu yazıların dünyaya gəlməsi,az-çox oxunması sizinlə həmsöhbət olmağımla yanaşı, həm də daxilən bir azyüngülləşməyimdi, rahatlanmağımdı. Bu mənada ki, yazdıqlarımı ikicə nəfəroxuyursa, deməli mən iki nəfərlə həmsöhbət olmuşam və deməli iki nəfərə içimdənələr varsa onu söyləyə bilmişəm. Onlar, bax həmin iki nəfər dərdimə əlac tapabilməsələr də, problemimə yardımçı olmasalar da dinlədikləri üçün, oxuduqlarıüçün xüsusi təşəkkürə layiqdilər. Məhz həmin o dinlədiklərinə, oxuduqlarına görə,onlar artıq mənə növbəti yazı üçün bir stimul veriblər, bir ipucu uzadıblar. Məndə bir az da yaşamaq, bir az da budünyanın havalarını dinləmək, bu dünyanın havalarına köklənmək istəmişəm. Təbiiki, buna haqqım olub-olmadığını buna səlahiyyət sahibi olanlar bilir. Sonyazılarımın birində bildirmişdim ki, "Mən çıxıb gedəcəm səssiz-səmirsiz"...Bununla bağlı dəyərli dostlardan biri iradını bildirdi. Mən təbii ki, onun səmimiyyətini,onun iradını qəbul etdim. Amma onu da deməyi unutmadım ki, ümumiyyətlə insan, məniməxlaqıma, mənim dünya görüşümə görə, nə vaxtsa, hardansa, kimin yanındansaçıxıb gedirsə, o, böyük Səməd Vurğunun dediyi kimi, "şirin bir xatirə tək"xatırlanmalı, yaddaşlarda qalmalıdı. Və hər kəs də məhz bu prinsipi özünə məram,məqsəd etməli, bu cür düşünüb, bu cür də yaşamalıdı. Faciə onda baş verər ki,gedənin arxasınca daş atılar. Nə isə... İndiki məqamda mənim bu yazımınbir növü dünyaya gəlməsinin səbəbkarlarındanən birincisi çox dəyərli qələm dostum Samir Sədaqətoğludu. Məhz Samir bəy mənəünvanladığı yazılarının birinin adını "Hava" qoymuşdu. Xeyli vaxtbundan öncə, yəni mənim 50 yaşımda yazdığım həmin o yazının havası hələ dəbaşımda idi. Payızın bugünükü havası mənim də içimi təpətdi. Və bir də gördümki, elə bu havanın özünə bənzəyən bir yazı qaralayıb bitirdim...

Hərhalda bütün havalar sümüyə düşmür... bütün havalar sevilmir. Bu məlumdu. Amma oda məlumdu ki, hər kəsin öz havası var. Məndə bu yazını bir növü öz havam kimiortaya çıxardıram. Bilmirəm, necə qarşılayacaqsınız. Amma tam səmimiyyətimlədeyirəm ki, indiki durumuma və indiki havaya məhz bu cür bir havayla dəstəkverməyim, özümü ona uyğunlaşdırmağım sizi rahatsız edərsə, onda çalışın özhavanıza köklənin. Çünki o havanın dilini daha yaxşı bilirsiniz. Mən isə...

P.S. Yazınıyarımçıq saymayın. Çünki hava durumu qarışıqdı. Proqnozu belə veriblər.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV