adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Oktyabr 2015 01:08
3394
DÜNYA
A- A+

Rusiya İŞİD-i darmadağın edir

Rusiyanın döyüş aviasiyası Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının 8 dayaq məntəqəsinə zərbələr endirib. Nəticədə terrorçuların müdafiə istehkamları tamamilə dağıdılıb. 

Adalet.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Su-25 və Su-34 bombardmançı təyyarələri Homs əyalətində terrorçuların 8 dayaq məntəqəsinə zərbələr endirib. Atəş zərbələri nəticəsində silahlıların istehkamları tamamilə dağıdılıb”, deyə general bildirib.