adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Oktyabr 2015 23:52
2832
İQTİSADİYYAT
A- A+

Banklarla bağlı - Yeni təklif

Banklar məhkəmə qərarı ilə kredit borcu olanların əmlakını hərraca çıxarır. Onun satışından əldə olunan vəsaitdən isə 18 faizlik əlavə dəyər vergisi ödəyir. Məhz bu verginin ləğvi tələb olunur. Təklif kredit faizlərinin aşağı salınmasına hesablanıb.

Adalet.az xəbər verir ki,, kredit ödənilmədikdə Banklar məhkəmə qərarı ilə borclunun əmlakını hərraca çıxarır və öz paylarına düşən məbləğdən 18 faizlik əlavə dəyər vergisi ödəyirlər. Bankların maliyyə itkilərini azaltmaq üçün bu verginin ləğvi təklif olunur.

Mütəxəssislər Banklar Assosasiyası tərəfindən verilən təklifin həm vətəndaşlara, həm də banklara faydalı olacağı fikrindədir. İlk olaraq vətəndaşların daha iri məbləğdə və aşağı faizlə kredit almasına səbəb ola bilər.

Mütəxəssislər girov qoyanların da mövqeyinin qorunması üçün dəyişikliyi vacib sayır. Çünki əksər hallarda banklar hərraca qoyulan girovun ucuz və ya baha satınmasında maraqlı olmur.

Təkliflər Banklar Assosasiyası ilə Mərkəzi Bank arasında müzakirə olunacaq. Təkliflərin reallığa çevrilməsi ilə kredit faizlərinin önəmli dərəcədə aşağı salınması hədəflənir.