adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Oktyabr 2015 18:35
4264
DÜNYA
A- A+

ATƏT-in baş katibi Moskvaya gedir

ATƏT-in baş katibi Lamberti Zanyer Moskvaya səfər edəcək. Səfər çərçivəsində oktyabrın 12-də Rusiya xarici işlər naziri Sergey Lavrov və L. Zanyer arasında görüş keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
Rusiya XİN nümayəndəsi Moskvada keçiriləcək görüşdə Ukraynada vəziyyət, Avropada miqrasiya böhranı və dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Xarici İşlər Nazirlərinin Şurasının iclasına hazırlığın müzakirə olunacağını deyib: "Lamberto Zaniyerin Sergey Lavrovdan başqa, ənənəvi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi ilə görüşü də nəzərdə tutulub".