adalet.az header logo
  • Bakı 19°C
08 Oktyabr 2015 18:25
5149
MƏDƏNİYYƏT
A- A+

Müasir incəsənət və süpürgə kolleksiyası

Perm Müasir İncəsənət Muzeyində (PERMM) "Konfet dağlar və neftli sahillər” adlı müasir Azərbaycan incəsənəti sərgisi açılıb. Sərgi Perm diyarının Mədəniyyət, Gənclər Siyasəti və Kütləvi Kommunikasiyalar Nazirliyi, "YAY GALLERY”, "Aydan Qalereya” və "Artist and Frollov Gallery” qalereyalarının dəstəyi ilə təşkil edilib.

Sərgidə 22 rəssamın əsərləri təqdim olunub. Muzeyin təqdimatında deyilir: "Onların çoxu Azərbaycanda yaşamır. Amma buna baxmayaraq, tarixi Vətən ilə sıx əlaqə saxlayırlar. "Azərbaycan dünyası” anlayışı ölkədə miqyasından xeyli genişdir. Azərbaycan diasporu keçmiş SSRİ ərazisində , xüsusən, Rusiyada ən çoxsaylı diasporlardan biridir Azərbaycanın mədəni elitası bütün dünyada uğurla fəaliyyət göstərir”.