adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Oktyabr 2015 17:41
5086
ƏDƏBİYYAT
A- A+

Sandıqdan çıxan qadın yazıçılar

Türkiyənin İstanbul şəhərində yerləşən "Yeditepe Üniversitesi” qadın yazıçıları tanıtmaq üçün maraqlı addım atıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitetin Türk dili və ədəbiyyatı bölümü adı yetərincə tanınmamış, ümumiyyətlə oxucuların heç tanımadığı qadın yazıçıları ictimaiyyətə tanıtmaq məqsədilə silsilə tədbirlər keçirəcək. Hər dəfə 3 belə yazıçının özü və yaradıcılığı haqqında müzakirələr aparılacaq. "Sandıqlardan çıxanlar: gizli qalmış qadın yazarlar" adlı ilk konfrans bu gün başladı.

Konfransda Türkiyənin tanınmış ədibləri, jurnalistlər və elm adamları iştirak edirlər.