adalet.az header logo
  • Bakı 20°C
08 Oktyabr 2015 17:18
2537
SİYASƏT
A- A+

Mikayıl Cabbarov Gürcüstanda səfərdədir

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, azərbaycanlı şagirdlərin təhsil aldığı 73 və 64 nömrəli məktəblərə baş çəkib.
 
Nazir hər iki məktəbə elektron əşyalar hədiyyə edib.
 
M. Cabbarov daha sonra Gürcüstanın elm və təhsil naziri Tamar Sanikidze ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq,  iki ölkə arasında tələbə mübadiləsi, dərsliklərin birgə hazırlanması üçün ekspertlər qrupunun yaradılması mövzularında məhsuldar müzakirələr aparılıb.
 
Bu barədə jurnalistlərə açıqlama verən M. Cabbarovun sözlərinə görə, Azərbaycanda gürcü dilində və Gürcüstanda Azərbaycan dilində məktəblərin fəaliyyət göstərməsi və s. haqda danışılıb.

O, Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin dərsliklərlə təmin edilməsi məsələsinə də münasibət bildirib: "Biz Azərbaycan məktəblərində tədris olunan Azərbaycan dili və ədəbiyyatı" dərsliyindən əlavə olaraq, Gürcüstanın təhsil sisteminə uyğun hazırlanan digər dərsliklərin də təkmilləşdirilməsi barədə razılığa gəldik. Razılığa əsasən, Azərbaycandan Gürcüstana ekspertlər ezam ediləcək, birgə işçi qrupu yaradacaq”.
 
T. Sanikidze isə Marneulidə yanğın baş verən Qasımlı orta məktəbinin təmirinə başlandığını bildirib, azərbaycanlıların təhsil aldığı Saqareco rayonundakı Ləmbəli kənd orta məktəbinin də gələn il istifadəyə veriləcəyini əlavə edib.