adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Oktyabr 2015 16:02
2966
İDMAN
A- A+

Platini UEFA prezidenti postundan kənarlaşdırılıb

Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti Mişel Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb.

Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.

 

Hələ dünən korrupsiyada günahlandırılan Platininin 90 günlük müddətinə vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı. Xəbər özünü doğruldub və bu gün Platiniyə kəsilən cəza rəsmi şəkildə açıqlanıb.

 

FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bundan əlavə, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib.

 

Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb.(Apasport)