adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Oktyabr 2015 15:18
8887
MƏMLƏKƏT
A- A+

İşbaz həkimlərə “molekul” zərbəsi - Reportaj

Dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığından sonra Tarif Şurası dərmanların qiymətinin aşağı salınması yönümündə qərar qəbul etdi. Qəbul edilən qəardan sonra bu sahədə ciddi qiymət ucuzlaşması baş verdi. Araşdırmalar onu deməyə əsas verir ki, bəzi işbazlar qaydalara ələm etmir. Bazarda hələ də sünii qiymət artımı müşahidə olunur. 

Redaksiyamıza daxil olan müraciətlər əsasında apardığımız araşdırma bizi fərqli mənzərə ilə qarşı-qarşıya qoydu.  

Bakının Nərimanov və Nizami rayonlarında yerləşən apteklərdə qeydiyyata alınmış 1057 adda dərmanın yeni qiymətlərində süni artırmaların olub olmadığını öyrənmək üçün sözü gedən ünvanlara baş çəkdik. Müşahidələrimiz zamanı əlimizdə olan siyahıdakı qiymətlərlə apteklərdəki qiymətlərin uyğun gəldiyinin şahidi olduq. Nərimanov metrosu yaxınlığında yerləşən apteklərin birində satıcı işləyən Elnarə xanım bunu belə izah edir ki, yeni siyahıda qiymət artımı ola bilməz: "Əgər olsa belə bunun səbəbini bizdən yox bir başa firmalardan öyrənməyiniz məsləhətdir” .

Satıcı xanım sakinlərin qiymətlərin baha olması ilə bağlı şikayətləri xəbərinə də aydınlıq gətirib:"Ola bilər ki, sakinlərin aldığı dərmanlar Şuranın tərtib etdiyi siyahıda olmasın. Belə olduqda onların narazı qalması normaldır. Yenə də firmanın özüylə əlaqə saxlasanız daha yaxşı olardı. Onlar sizə daha dolğun izahat verəcəklər”.

Metronun yaxınlığında yerləşən apteklərin bir çoxu "Zeytun” firmasından mal qəbul etdiklərini bildirdilər. Elə isə yollandıq sözü gedən firmanın yerləşdiyi ünvana..

Qapıda məni mühafizəçi qarşıladı. Müxbir olduğumu söyləyəndə isə rəhbərliklə əlaqəyə çıxdı. Amma təəssüf ki, gözləntimiz boşa çıxdı və rəhbərlik görüşməkdən imtina etdi. Belə bir atalar sözü var: "Soğan yeməmisənsə, bəs niyə için göynüyür”. Yəqin ki, rəhbərliyin görüşməkdən imtina etməsinin səbəbi bununla bağlıdır.

İşbaz həkimlərin çarəsi tapıldı

Sakinlərlə apardığımız söhbətlər zamanı isə bəzi maraqlı nüanslar ortaya çıxdı. Sən demə dərman bazarında işbazlar fəaliyyət göstərir.

7 ildir firmaların birində çalışan Bakı sakini Cavid Osmanovla Nizami metrosu yaxınlığında yerləşən apteklərin birində tanış olduq. Həmsöhbətimiz bir sıra maraqlı faktları ortaya qoydu. Bakı sakini deyir ki, tənqid etmək üçün apteklərin üstünə o qədər də düşmək lazım deyil. Mən dəfələrlə şahid olmuşam ki, klinik xəstəxanalarda çalışan bəzi həkimlər dərman distrubyutorları(Firmalar) ilə belə demək mümkündürsə müqavilə imzalayırlar. Müqavilənin şərtlərinə görə, işbaz həkim xəstəsinin yanına gedərkən ona elə dərmanların respetini yazır ki, həmin dərmanlar həkimin birgə iş gördüyü firmanın məhsulu olsun. Əvəzində isə sözü gedən dərmanlar bahalı olur və satışında müəyyən faiz əldə edilir. Mən şəxsən bunun şahidi olmuşam, hətta həkimin mənim üçün yazdığı dərmanı başqa bir həkimə göstərəndə həmin preparatı rədd etdi. Bəzən belə hallara da rast gəlirik ki, şirkətin məhsulunun satılması üçün pasientə saxta dərman satırlar.

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov həkim saxtakarlığı ilə bağlı sualımıza cavab verib. O, təəssüflə bildirdi ki, bu problem günümüzdə ən çox rast gəlinən hadisələrdən biridir: "Dəfələrlə bizə bununla bağlı vətəndaş şikayətləri daxil olub. Mən onu deyə bilərəm ki, hökümət bunun da çarəsini tapıb. Səhiyyə Nazirliyinin verdiyi tapşırığa əsasən artıq xəstələrə resept yazılarkən dərmanların adı deyil molekulların adı qeyd olunur. Məsələn deyək ki, əvvəllər həkim xəstə üçün "K” adlı dərman yazırdı(Ad şərtidir), "K”nın içərisində isə 8 ədəd molekula rast gəlinir. İndi isə "Pasientə yazılan respetin izahı molekulların adları ilə ifadə olunur. Belə olduqda alıcı artıq əvvəlki kimi gedib "K” dərmanını yox, onun üçün hansı molekul tərkibli dərman sərf edirsə ona sahib olacaq. Beləliklə, işbaz həkim həmin dərmana istədiyi kimi nəzarət edə bilmir".

Dünyada saxta dərman istehsalı 60 faizə çatıb

Satıcının vətəndaşların qiymət narazıçılığına aydınlıq gətirməsi onların haqqsız duruma düşməsi kimi izah oluna bilməzdi. Belə ki, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Bakının ən böyük dərman firmlarından olan "Avromed”in paytaxtın bir neçə yerində yerləşən dükanlarında satışa qoyulan məhsulun qiyməti ilə başqa apteklər satılan eyni adlı dərmanın qiyməti arasında uyğunsuzluq müşahidə olunub. "Avromed” məhsulunun şirkətin özünəməxsuz aptekində satışa qoyulduğu qiymət 10 manatdırsa həmin məhsul digər bir aptekdə 8 manata təklif olunur. Buna birmənalı yanaşamaq mümkün deyil. Əgər belədirsə birinci məhsuluin orjinal , digərinin isə saxta olması barədə şübhələr ortaya çıxır.

Bazar iqtisadiyyatın belə bir anlayış var: əgər məhsul daha ucuz təklif olunursa o saxta məhsul ola bilər. Məsələni aydınlaşdırmaq üçün Bakının Nəsimi rayonunda yerləşən "Avromed”ə məxsus apteklərdən birinə baş çəkdik. Təəssüf ki, onlar məlumat verməkdən imtina etdilər.

Mediada ekspertlərin saxta dərmanlarla bağlı bir sıra görüşlərini yada salmaq olar. AİB-in sədri isə mövzuya fərqli yanaşma göstərib:

"Xatırlasanız, 2017-ci ilin fevral-mart aylarında Aərbaycanda 26 dövlət gömrük orqanlarının iştirak ilə saxta dərmanlara qarşı mübarizəyə dair konqress keçirildi. Həmin tədbirdə Azərbaycanı təmsil edən yeganə QHT təmsçisi olmuşam. Eləcə də Amerikada ixtisasartırma kursu ərəfəsində” Fayzer” firmasının baş ofisində oldum. Orada öyrəndim ki, dünyada saxta dərman dövriyyəsi 40-60 faiz arasında dəyişir. Təəssüf ki, buna qarşı effektiv mübarizə üsulları hələ tapılmayıb. O cümlədən bu problem Azərbaycandan da kənarda deyil. Hətta dünyada təyyarə hissələrinin istehsalı belə saxtadır. Çünki dərman hazırlanarkən onun tərkibində ən qiymətli molekullar qarışdırılır.. Azərbaycanda sahibkarların Alman şirkətləri ilə bu cür sövdələşmə aparmaq istəməsi də sözü gedən məsələnin üstünə aparır”.

Redaksiyamıza daxil olan şikayətlər təkcə Paytaxtın daxilində kifayətlənmir. Hətta bölgələrimizdən də narazılıqlar la bağlı xəbərlər eşidirik. İmişli rayonunda yaşayan Pərvin adlı xanımla söhbətimiz zamanı deyirdi ki, onun atası ürək – damar sisteminin xəstəliyindən əziyyət çəkir: "Atama keçən ay 25 manata "Vasolipit” dərmanı almışdım. İndi isə həmin dərman 28 manat olub. Bilirəm ki Bakıda daha ucuzluqdu. Amma niyə rayonlarda dərmanları baha satırlar, onu başa düşmürəm. İmişli sakinin narazılığı ilə bağlı ekspertlərin söylədiyi fikirlər oxşardır: "Rayonlarda dərmanların qiymətinin baha olması daşınma xərclərinin təsiri ilə əlaqədardı”. Qeyd edək ki, bu, Tariflər Şurasının qərarına aid deyil.


Müsahibəmiz zamanı QHT-nin sədri dərman bazarında son vaxtlar əmələ gələn Dərman defisiti haqqında da danışdı: "Dərman defisiti biznesdən çəkinən və yeni dərman partiyaları gətirməyənlərlə bağlıdır. Yəni ölkənin tibb sahəsinə lazım olan dərmanlar gətirilmir və bu da bazarda dərman defisiti yaradan amildir. Dərman defisitinin mənfi təsiri ondan ibarətdir ki, çamadanda dərman gətirib satılması, həkimlərin öz dərmanlarını xəstələrə verməsi, və yaxud saxta dərman satılması halları baş alacaq. Yaxın gələcəkdə bu cür vəziyyətin yaranması qaçılmazdır. Lakin Azərbaycan höküməti bu sahədə müəyyən işlər aparır və ümid edirik ki, yaxın gələcəkdə defisitin qarşısı alınacaq”.

Rüfət Soltan