Medvedyev İrəvan yolunda
Bu ilin sonuna qədər Ermənistana Rusiya Baş naziri Dmitri Medvedyev səfər edə bilər.
Bu barədə informasiyanı Ermənistanın "Qraparak” qəzeti yayıb. Medvedyevin Ermənistanda Avrasiya İttifaqı təşkilatının Baş nazirlərinin görüşü üçün İrəvana gələcəyi deyilir: "Avrasiya İttifaqının baş nazirlərinin görüşündə Ovik Abramyan növbəti iclasın İrəvanda olmasını təklif etdi. Lakin bunun üçün indiyə qədər dəqiq vaxt göstərilməyib. Abramyan ümid edir ki, bu səfər zamanı Medvedyevi qaz və strateji məhsulların rublla ödənməsinə inandıra biləcək”.(Axar.az)
Digər Xəbərlər
17 Aprel 2024 20:43