adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Oktyabr 2015 14:13
1786
HADİSƏ
A- A+

Batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub

 Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub.

Adalet.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşib.

 

Dərhal FHN-in dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:37-də başa çatıb.