adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Oktyabr 2015 14:10
4915
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev memarlara səsləndi

"Dağlıq Qarabağdakı memarlıq abidələrimizin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması ilə bağlı məsələ YUNESKO-da daimi gedən müzakirələrdəndir". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, sözügedən məsələ bizi narahat etsə də, təəssüf ki, Dağlıq Qarabağda yerləşən tarixi abidələrimiz nəzarətimiz altında deyil: "Biz gündəlik olaraq bu işin içərisindəyik. Hər dəfə YUNESKO səviyyəsində qaldırdığımız sözügedən məsələlər bizi çox narahat edir. Hazırda Dağlıq Qarabağda yerləşən tarixi abidələrimiz təəssüf ki, nəzarətimiz altında deyil. Bizim ən çox həyəcan keçirdiyimiz məsələ də məhz bundan ibarətdir. Bu gün Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı cənab Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq xüsusi xidmət yaradılıb. Bu xidmət demək olar ki, Azərbaycanın bütün regionlarını təhlil edir. Belə ki, bərpa olunacaq layihələr hazırlanmaqdadır. Ancaq Dağlıq Qarabağa daxil ola bilmirik. Çox heyf ki, bəzən Azərbaycan memarlığına aid olan tarixi abidələrimizin işğalçı ölkənin memarlıq məktəbinə şamil edildiyi prosesləri də görürük. Ona misal olaraqdeyə bilərik ki, i.ğal olunmuş ərazilərdə Gəncəbasar alban kilsəsi var. Onu azərbaycanlılar tikib. Bu abidə Azərbaycanın Alban dövrünə aid olan memarlıq nümunəsidir. Amma bu gün biz oranın təəssüf ki, yazılarda, çıxışlarda erməni məktəbinə aid olduğunu görürük. Sözsüz ki, bunun həllini təkcə nazirlikdən gözləmək düzgün deyil. Onu demək istəyirəm ki, bütün ictimaiyyət, o cümlədən də memarlar, inşaatda olan şəxslər, həmçinin tarixçilər də öz haqq səsini qaldırmalıdırlar”.