adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Oktyabr 2015 10:55
2509
MƏMLƏKƏT
A- A+

Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 5% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 094 201,4 min manat vəsait daxil olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, proqnoz tapşırığına 100,5% əməl edilib.
Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə Nazirliyin xətti ilə büdcə daxilolmaları 4,72% azalıb.
Məlumata görə, hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb, bu isə 2014-cü ilin ilk 9 ayına nisbətən 4,4% azdır.