adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Oktyabr 2015 10:39
3550
MƏMLƏKƏT
A- A+

DSMF məhkəməyə verildi

"Dalğa" Elmi-İstehsalat Müəssisəsi (EİM)Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamentini məhkəməyə verib.

"Report"un xəbərinə görə, EİM iddiaçıya hesablanmış borcun əsassız sayılaraq ləğv edilməsi tələbini irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin təməli 1936-cı ildə qoyulub. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti isə 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.